Bir sıra deputatlar sosial şəbəkələrdən şikayətlənirlər. Onlar bir sıra insanların sosial şəbəkələrin imkanlarından sui-istifadə etdiklərini, təhqirlərlə məşğul olduqlarını bildirirlər və bu tendensiyanı durdurmağın yollarından biri kimi sosial şəbəkələrdə müəyyən məhdudiyyətlər yaradılmasının vacibliyini bəyan edirlər.
Xeberler.az məlumat verir ki, Yeni Müsavat mövcud məsələylə bağlı müxalifətin və müvafiq ictimai təşkilatların münasibətini öyrənib. Belə ki, AMİP katibi Əli Orucovun bildirdiyinə görə, doğrudan da sosial şəbəkələrdə təhqirlərə və insan şəxsiyyətini, ləyaqətini alçaldan ifadələrə yer verilir. Kimlərsə sanki bunu bilərəkdən edir ki, sosial şəbəkələrə həm inamsızlıq yaransın, həm də müəyyən məhdudiyyətlər qoyulması üçün bəhanələr yaransın:
“Sosial şəbəkələrdə olan bu cür neqativ hallar təkcə deputatları deyil, ümumiyyətlə cəmiyyəti narahat edir. Sosial şəbəkələrdən sui-istifadəyə və təhqirlərə yol verənlərin şəxsiyyətini müəyyənləşdirmək, onlar barədə tədbir görmək bir qədər çətin olsa da, buna qarşı mübarizə aparılmalıdır. Onların əhatəsi maksimum daraldılmalıdır. Belə hallara qarşı hər kəs sərt davranmalıdır. Onların cəmiyyətə, insanlara qarşı hörmətsizliyinin qarşısı hamılıqla alınmalıdır”.
KXCP İdarə Heyətinin üzvü Xəzər Teyyublu isə qeyd edib ki, əslində sosial şəbəkələrdə yazılanlar, fikirlər həm insanların yaşadıqları sosial həyatı, həm də hər bir insanın mənəvi keyfiyyətlərini, tərbiyəsini nümayiş etdirir. Maraqlı, əhəmiyyətli fikirlər insanı düşündürür, tərbiyədən uzaq fikirlər, ifadələr isə etiraza səbəb olur. Bəzən insanlar iqtisadi çətinliklərini, üzləşdiyi problemləri söyüş yazmaqla ifadə edir.
Bəzən də haqsızlıqla üzləşəndə cavabları təhqiramiz ifadələrə əl atmaq olur. İnsanlar bəzən yanlış olaraq çıxış yolunu bu cür davranmaqda görürlər. Hər kəs sosial şəbəkələrdə sərbəst olduğu üçün istədiyi fikri yazır. Buna da məsuliyyət daşıyan yoxdur. Virtual münasibət getdikcə cəmiyyətə kök atır. Əlbəttə, söyüş cahillik əlamətidir. Sosial şəbəkələrdə bu olmamalıdır. İnsanlar bilməlidir ki, sosial şəbəkədəki imkanlardan söyüş söymək üçün sui-istifadə etmək olmaz, bunun da bir məsuliyyəti var".
Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz də son günlərdə sosial media resurslarında sui-istifadə hallarının, şayiə yönümlü və dezinformasiya xarakterli məlumatların yayılması hallarının nisbətən çoxaldığı müşahidə olunduğunu vurğulayıb. Ayrı-ayrı fərdi şəxslərə məxsus sosial media hesablarından mənasız, qeyri-qanuni video materiallar və bilərəkdən dezinformasiyalar paylaşılır:
“Açıq-aşkar görünür ki, kimlərsə azərbaycandilli sosial media seqmentinə bu tip məlumatları sızdırmaqla ictimai fikri bu istiqamətə yönləndirmək istəyir. Bu tip addımların da bir qayda olaraq xaricdən atıldığı müşahidə olunur. Kimlərsə çalışır ki, bu tip zərərli informasiyalar ətrafında müzakirələr açılsın, ictimai-sosial qruplar buna münasibətlər bildirsinlər.
Güman ki, xaricdə də elə qruplar var, onlara da lazımdır ki, bəzi ölkələrdə olduğu kimi ölkəmizdə də sosial mediaya qarşı hökumət tərəfindən “balta” metodu tətbiq olunsun. Ötən gün də deputatlar bu məsələni növbəti dəfə müzakirəyə çıxarıblar.
Sosial medianı kökündən “baltalayan” ölkələrin üzləşdiyi problemlər hamımıza məlumdur.
Düşünürük ki, dezinformasiyalarda məqsəd həm də sosial medianın Azərbaycan seqmentini gözdən salmaq, mənasız müzakirələrə yönəltmək, parlamentin diqqətini zərərli kontinentə yönəltməklə daha sərt tədbirlərə rəvac vermək ola bilər. Xatırlatmaq istərdik ki, bizim hər birimizin, həmçinin də cəmiyyətimizin və dövlətimzin sosial mediaya və internetə daha çox ehtiyacı var. Son dövrlərdə ölkədə aparılan islahatlarla, global dünyanın çağırışları ilə rəqəmsallaşma və transformasiya sahəsində biz böyük hədəflərə çatmağı planlayırıq. Bu baxımdan fərqində olmalıyıq ki , bu cür resurslar bizim üçün ictimai bir platformadır, ictimai nəzarət imkanıdır, ictimai müzakirələr meydanıdır, kimlər üçünsə biznes və karyera imkanlarıdır, kimlər üçünsə informasiya mənbəyi və informasiya münasibələri vasitəsidir. Fikrimcə, ilk növbədə özümüz sosial medianın bizim üçün və cəmiyyət üçün əhəmiyyətini dəyərləndirərək sui-istifadə hallarının qaşısını almalıyıq. İctimai fikrin yanlış yönləndirilməsinə yol verməməliyk".
İqtisadçı-ekspert Rövşən Ağayev isə qeyd edib ki, təhqirin müdafiə olunacaq heç bir tərəfi yoxdur. Kimin etməsinin və harada edilməsinin də fərqi yoxdur:
“Mənə görə öz ləyaqət və şərəfinə dəyər verən hər kəs təhqirdən uzaq durmağa çalışır. Hökumət çevrələrindən son zamanlar gələn çağırış odur ki, sosial şəbəkələrə nəzarət artırılmalıdır. Bəziləri hətta bağlamağı təklif edir. Axı bu, çıxış yolu deyil. Tutaq ki, sabah sosial şəbəkələrə çıxış qapadıldı. Xaricdə olan hər kəs təhqir dolu fikirlərini səsli mesajla eyni vaxtda ölkədəki onlarla insana göndərəcək, bu da ildırım sürəti ilə yüz minlərlə insan arasında yayılacaq. Sonra təklif gələcək ki, WatsApp da bağlansın ölkədə. Sosial şəbəkələrin ardınca bunu da bağladıq...
Yaxud youtube kanalı vasitəsilə yayacaqlar - yenə milyonlarla insan baxmağa qalxacaq. Bu dəfə təklif gələcək ki, youtube kanalına çıxış məhdudlaşdırılsın.
Bu da baş verəndən sonra insanlar kiminsə xaricdən göndəriyi söyüş mətnlərini email-la yüz minlərin arasında paylaşmağa çalışacaq. Bu dəfə bütövlükdə internetin qapadılması tələbləri səslənəcək. Amma bunların heç biri çıxış yolu deyil. Ölkədə demokratik mühit bərpa edilməlidir".
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri