Previous Next
Bağla

Sosial şəbəkələrdə söyüş, təhqir və böhtana YOX deyək adlı dəyirmi masa keçirilib

20-09-2019 15:31
Sosial şəbəkələrdə söyüş, təhqir və böhtana YOX deyək adlı dəyirmi masa keçirilib

Xeberler.az APA-ya istinadən bildirir ki, bu gün Bakıda keçirilən “Sosial şəbəkələrdə söyüş, təhqir və böhtana YOX deyək” adlı dəyirmi masanın iştirakçıları adından son dövrlərdə sosial şəbəkələrdə, xüsusi ilə “Youtube” saytında heç bir əxlaqi dəyərlərə sığmayan söyüş, təhqir və böhtan xarakterli çıxışlarla bağlı bəyanat qəbul edilib.

Tədbirdə Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunda birləşmiş hüquq müdafiəçiləri, Milli Məclisin deputatları, QHT rəhbərləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquqşünas Çingiz Qənizadə deyib ki, bugünkü tədbir siyasi yox, sülh tədbiridir: “İllərdir ki, ölkəmiz erməni işğalçılarına qarşı müharibə şəraitində yaşayır. Müharibə deyəndə, ilk olaraq silah-sursat, döyüş, qan və ölüm yada düşür. Ancaq sən demə, ölkəmizdə bir "vətəndaş müharibəsi" də gedirmiş. Bu müharibə sosial şəbəkələrdə, virtual məkanda gedir”.  

Deputat bildirib ki, "Facebook" və "Youtube"da ölkəmizdə sözün əsl mənasında bir "vətəndaş müharibəsi", soyuq, ideoloji müharibə gedir: “Buna misal olaraq, virtual dünya hesab edilən sosial şəbəkələrdə son dövrlərdə heç bir əxlaqi dəyərlərə sığmayan söyüş, təhqir və böhtan xarakterli çıxışları qeyd etmək istəyirəm. Xüsusilə də həmin çıxışlara münasibət bildirən və şərh yazan sosial şəbəkə istifadəçilərinin dilə gətirilməsi mümkün olmayan söyüş, təhqiramiz ifadələrini vurğulayardım”.

Ç.Qənizədə onu da bildirib ki, böhtan, təhqirə görə Cinayət Məcəlləsinin 147, 148 və 148.1 maddələri mövcuddur: “Lakin bu maddələr bu gün tətbiq edilmir. Bəlkə nəinki bu maddələrin tətbiqinə başlamalı, əksinə bu maddələrin sanksiyalarının artırılmasının da vaxtıdır”.

Daha sonra tədbirə telefon bağlantısı ilə Xalq artisti Arif Babayev qoşulub. Xalq artisti söyüş kampaniyasını davam etdirənlərə çağırış edib: "Biz hamımız azərbaycanlılarla fəxr edirik. Amma bəzi söyüş söyənləri görəndə üzülürük. Axı, bu ölkənin azyaşlısı var, uşağı, körpəsi, qızı, gəlini var. Vallah, biz rahat yaşayırıq. Gəlin, söyüşləri yığışdırın. Gəlin, dövlət başçımızın ətrafında toplaşaq. Biz əsas torpaqlarımızın geri qayıtması üçün çalışmalıyıq. Mən söyüş söyənlərin bu hərəkətlərini eşidəndə halım dəyişir. Onlara çağırış edirəm ki, söyüşü dayandırsınlar".

Xalq şairi Nəriman Həsənzadə də Azərbaycan dilinin leksikologiyasında söyüş və qarğış mənasını ifadə edən sözlərin çox olmasından təəssüflənir: "Bu yaxınlarda bir kitab oxudum, orada ermənilər də gürcüləri söyürdü. Ermənilər fransızlara gürcüləri söydürən kitab yazdırırlar. Bu gün biz hiyləgər və riyakar düşmənlə üz-üzəyik. Mən fikir vermişəm, bizim dilimizdə çoxlu söyüşlər, qarğışlar var. Görəsən, başqa millətlərin də dilində bu qədər söyüş və qarğış ifadələri var?"

Çıxış edən Xalq yazıçısı Çingiz Abdullayev deyib ki, internetdən çox istifadə edir: “İngilis dilində təhqir mənalı hər hansı bir söz sosial şəbəkədə yazılırsa, həmin profil 1-3 ay müddətinə blok olunur. Bu qayda rus dilində də təhqir yazan sosial şəbəkə istifadəçilərinə tətbiq olunur. Görünür, Azərbaycan dilində olan təhqir sözləri isə nə Mark Zukkerbergə, nə də digərlərinə hələ də çatmayıb. Mən təklif edirəm ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Azərbaycan dilindən söyüş söyənlərin blok olunması üçün müvafiq bir qrup yaradılsın. Azərbaycan dilində söyüş söyən istifadəçilər blok olunmalıdır”.

Ç.Abdullayev deyib ki, bu gün Azərbaycanda dünyadan köçən bütün xalq şairləri və xalq yazıçıları söyülüb təhqir olunurlar: ”Səməd Vurğundan tutmuş Mikayıl Müşviqə qədər. Sonda Azərbaycan Yazıçılar Birliyi ədibləri söyənlərin üzvlükdən çıxarılması ilə bağlı qərar qəbul etdi”.

Daha sonra tədbir çıxışlarla davam etdirilib və yekunda bəyanat qəbul edilib.

”Biz respublikanın hüquq-mühafizə orqanlarına müraciət edərək sosial şəbəkələrdə ölkəmizdə bərqərar olmuş ictimai-siyasi sabitliyin pozulmasına yönələn, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq və əhali arasında vahimə yaradan, insanları istənilən qanunazidd hərəkətlərə çağıran, o cümlədən söyüş, təhqir və böhtanlara yol verən şəxslər barəsində ciddi tədbirlərin görülməsini xahiş edirik.

Hər bir vətəndaşımızın, tələbə və gənclərimizin, xüsusi olaraq məktəblilərin təlim-tərbiyəsinə və psixologiyasına mənfi təsir göstərən bu cür halları qəti şəkildə pisləyir, istər xaricdə, istərsə də ölkə daxilində bu cür hərəkətlərə yol verən şəxsləri söyüş, təhqir və böhtanlardan əl çəkməyi, bu hərəkətləri dayandırmağı tələb edirik.

Azərbaycanın hər bir vətəndaşını – ziyalılarını və ağsaqqallarını, kütləvi informasiya vasitələrinin rəhbərlərini, hüquq müdafiəçilərini, QHT və ictimaiyyət nümayəndələrini susmamağa, bu cür hallara qarşı etiraz səslərini ucaltmağa, söyüş, təhqir və böhtanlara YOX deməyə çağırırıq”, – deyə bəyanatda vurğulanır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

«Sosial şəbəkələrdə yayılan neqativ məlumatlara görə cinayət işi açıla bilər»

04-04-2013

Baş prokuror: “Mediada insanların şərəf və ləyaqətini təhqir edən məlumatlar olmamalıdır”

22-02-2022

Ekspertdən təklif – Facebook və YouTube bazaları Azərbaycana gətirilsin

14-02-2019

“Azərbaycanda sosial medianın əhəmiyyəti artıb”

05-06-2015

Ekspert kibercinayətkarlıqla mübarizədən danışdı

23-07-2018

Saxta profillərdən xaricdə istifadə edilməsinin qarşısı necə alınacaq?

02-12-2016

Saxta profillərlə yalan məlumat yayanlar cinayət məsuliyyətinə cəlb ediləcək

15-11-2016

İnsanlar sosial şəbəkələrdə mənəvi terrora məruz qalırlar

14-02-2019

Sosial mediada netiket qaydaları necə tənzimlənir ?

16-06-2015

“Tərbiyəsiz hərəkətlərə yol verən insanları sosial şəbəkələrdən təcrid etmək lazımdır”

19-03-2018

İnternetdə böhtan və təhqirə görə cərimələr artırlır

19-04-2017

Deputat saxta profilin cinayət məsuliyyəti yaratmasına aydınlıq gətirib

16-11-2016

“Sosial şəbəkələrdə şərh yazmaq üçün şəxsiyyət vəsiqəsi ilə qeydiyyat zəruridir”

10-03-2017

Sosial şəbəkələrdə təxribat xarakterli çağırışlarla bağlı cinayət işi başlanıb

09-07-2018

Youtube-də Azərbaycan bayrağı və himni təhqir olundu!!!

14-05-2009

“Sosial şəbəkələrdə paylaşılan kitabçanın nazirliyə aidiyyatı yoxdur”

01-09-2015

“Tiktok”da təhqirə məruz qalan şəxs hansı məhkəməyə müraciət etməlidir?

29-05-2025

Sosial şəbəkədə qeyri-etik paylaşım edənlər məsuliyyətə cəlb ediləcək

24-11-2025

Sayt və sosial şəbəkədə cəmiyyətə açıq hörmətsizlik hərəkətləri qadağan edilib

15-01-2026

XİN YouTube-dəki təhqiredici videoya münasibət bildirdi!!!

18-05-2009

Saxta profillər məsələsi gələn həftə plenar iclasda müzakirəyə çıxarılır

22-11-2016

Yayılması qadağan edilən informasiyaların dairəsi genişləndirilir

24-11-2025

Əli Abbasov : “İnternetin hüquqi bazasının inkişafına böyük ehtiyac var”

06-05-2013

“Facebook”da polisi təhqir edən sürücü həbs edildi

06-10-2010





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə