Previous Next
Bağla

Azərbaycanda hər 1000 nəfərə cəmi 1.4 domen düşür - Osman Gündüz

30-09-2025 14:02
Azərbaycanda hər 1000 nəfərə cəmi 1.4 domen düşür - Osman Gündüz
"Milli domen sahəsindəki inhisarçılıq Azərbaycanın innovasiya sahəsində onsuzda zəif olan mövqeyini daha da zəiflədir.
 
“Qlobal İnnovasiya İndeksi 2025”-də Azərbaycan öz potensial imkanlarından xeyli aşağıda, 139 ölkə arasında 94-cü yerdə oturuşub".
 
Xeberler.az bildirir ki, bunu Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspertin sözlərinə görə, bu qlobal indeks müxtəlif sahələrə aid çoxsaylı subindekslər əsasında formalaşır:
 
"“Qlobal İnnovasiya İndeksi 2025”-də “Yaradıcılıq nəticələri ” blokunda “Top-level domains (TLDs)/th pop. 15–69” subindeksi var.
 
Bu indeks 15-69 yaş arası əhalinin hər 1000 nəfərinə düşən domen sayını göstərir. Domen olaraq da milli domen(.az) və 5 əsas qlobal domenlərdən (.com, .net, .info, .biz, .org) istifadə səviyyəsini göstərir.
 
Anlaşıqlı desək, bu indeks ölkənin rəqəmsal iştirak və onlayn kreativlik potensialını qiymətləndirir.
 
Azərbaycan bu göstərici üzrə də çox zəif nəticə əldə edib, cəmi 1.4 bal toplayaraq 95-ci yerdə qərarlaşıb. Bu, olduqca aşağı bir göstəricidir. Bu indeksə cavabdeh qurum da birbaşa RİNN-dir".
 
Ekspert bildirib ki, bu sahədə zəif nəticəmizin səbəbi, əlbəttə, ümumi iqtisadi inkişafla bərabər, əsasən də milli domen ekosistemindəki uzun illər oturuşan konservativ və qeyri-münbit mühitlə də bağlıdır:
 
"Əsas problem .az domeninin tənzimlənməsindəki illərdir davam edən inhisarçılıq və qeyri-şəffaflıqdır.
 
Əvvəllər .az domeni üzrə yalnız bir qeydiyyatçı vardı, indisə mövcud qeydiyyatçıların əksərinin bir nəfərə bağlı olması da şübhə doğurmur. Müstəqil qeydiyyat biznesi qurmaq istəyənlər üçün münbit şərait yoxdur. İndiyədək heç bir hüquqi sənəddə göstərilmir ki, .az domeninin milli administratoru kimdir.
 
Xatırlayıram ki, İKTA .az domeninin tənzimlənməsinə cəhdlər etdi, milli domenin inhisarçısı olan Faiq Fərmanovu da İKTA-ya dəvət etdilər, lakin yanaşmalar düzgün olmadığından, bəlkə də gücləri çatmadığından İKTA bu prosesdən əl çəkdi.
 
Çox güman ki, RİNN məhz bu səbəblərdən .az domeni sahəsində tənzimləmənin, tənzimləyici qurum olan İKTA-da deyil, İRİA olmasında maraqlı oldu.
 
Bir müddət öncə Prezidentin təsdiqlədiyi sənədlər əsasında .az domeninin tənzimlənməsi sahəsində müəyyən səlahiyyətlər İRİA-ya verilib. Problemlər isə hələlik həllini gözləyir".
 
Ekspert düşünür ki, .az domeninin milli administratoru müəyyən olunmalı, maraqlı tərəflərin iştirakı ilə kollegial tənzimləyici formalaşmalı, müstəqil registrantlar olmalı, şəffaf və hesabatlı idarəçilik mexanizmi qurulmalıdır:
 
Milli təhlükəsizlik baxımından .az domen infrastrukturunun kritik qanunvericilik perimetrinə daxil edilməsi də çox vacibdir.
 
Bu sahə ictimai nəzarətə açılmalı, rəqabət və inkişaf stimullaşdırılmalıdır.
 
Yeri gəlmişkən, hazırda start verilən MilliNet.az müsabiqəsinin əsas məqsədlərindən biri də məhz milli resursların inkişafını, domen istifadəçilərinin sayının artmasını stimullaşdırmaqdır".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bu gün .az milli domeninin 30 yaşı tamam olur

Bu gün .az milli domeninin 30 yaşı tamam olur

25-08-2023
Ekspert: az domeni hələ də Azərbaycan yurisdiksiyasından kənardadır

Ekspert: az domeni hələ də Azərbaycan yurisdiksiyasından kənardadır

12-11-2025
Milli domenə maraq niyə azdır?

Milli domenə maraq niyə azdır?

06-08-2013
Son iki ayda Azərbaycanda 60 yeni milli domen qeydiyyata alınıb

Son iki ayda Azərbaycanda 60 yeni milli domen qeydiyyata alınıb

07-07-2010
Az domeni ilə qeydiyyatdan keçən veb-saytların sayı artıb

Az domeni ilə qeydiyyatdan keçən veb-saytların sayı artıb

01-10-2019
“.az” domen zonasında 17705 domen adı qeydiyyatdan keçib

“.az” domen zonasında 17705 domen adı qeydiyyatdan keçib

01-03-2013
Azərbaycanın domen zonasında qeydiyyatdan keçən saytların sayı artıb

Azərbaycanın domen zonasında qeydiyyatdan keçən saytların sayı artıb

02-07-2019
Azərbaycanda 7174 .az domeni qeydiyyatdan keçib

Azərbaycanda 7174 .az domeni qeydiyyatdan keçib

08-10-2008
Azərbaycanın milli domen adlarının stop-vərəqəsi genişləndirilir

Azərbaycanın milli domen adlarının stop-vərəqəsi genişləndirilir

14-03-2013
Osman Gündüz: .az domeninin idarəçiliyində 30 illik model dəyişə bilər

Osman Gündüz: .az domeninin idarəçiliyində 30 illik model dəyişə bilər

09-06-2026
az. zonasında qeydiyyatdan keçmiş domenlərin sayı artır

az. zonasında qeydiyyatdan keçmiş domenlərin sayı artır

22-06-2010
Hüquqi sənəddə adı olmayan şəxs milli təhlükəsizliklə əlaqəli sahəni necə tənzimləyə bilir?

Hüquqi sənəddə adı olmayan şəxs milli təhlükəsizliklə əlaqəli sahəni necə tənzimləyə bilir?

13-08-2020
Kiril əlifbalı domen zonasında qeydiyyatdan keçmək üçün ilikin müraciət qəbul olunub

Kiril əlifbalı domen zonasında qeydiyyatdan keçmək üçün ilikin müraciət qəbul olunub

12-11-2009
Ekspert domen almaq qaydalarının dəyişdirilməsindən danışdı

Ekspert domen almaq qaydalarının dəyişdirilməsindən danışdı

01-03-2019
Osman Gündüz: "Milli domenin qeydiyyatında ciddi problemlər var"

Osman Gündüz: "Milli domenin qeydiyyatında ciddi problemlər var"

11-04-2014
Azərbaycanda domen adlarının milli inzibatçısı müəyyənləşdirilir

Azərbaycanda domen adlarının milli inzibatçısı müəyyənləşdirilir

20-06-2020
Milli domen qeydiyyatı üzrə 12 qurumu kim yaradıb və haradadır bu qurumlar ?

Milli domen qeydiyyatı üzrə 12 qurumu kim yaradıb və haradadır bu qurumlar ?

11-09-2014
Azərbaycanda gov.az domeninin 40-a yaxın saxta oxşarı bloklanıb

Azərbaycanda gov.az domeninin 40-a yaxın saxta oxşarı bloklanıb

23-12-2022
Azərbaycan əlifbasını dəstəkləyən domenlərin qeydiyyat sistemi yaxın bir il ərzində istifadəyə veriləcək.

Azərbaycan əlifbasını dəstəkləyən domenlərin qeydiyyat sistemi yaxın bir il ərzində istifadəyə veriləcək.

10-09-2014
“az” domeni üzrə milli inzibatçının hesabatlılığı ilə bağlı müzakirələr aparılıb

“az” domeni üzrə milli inzibatçının hesabatlılığı ilə bağlı müzakirələr aparılıb

02-05-2024
.az domeninin monitorinq sistemi hazırlanıb

.az domeninin monitorinq sistemi hazırlanıb

16-12-2014
Azərbaycanın milli “*.az” domeninin 20 illik yubileyinə həsr edilmiş konfrans keçiriləcək

Azərbaycanın milli “*.az” domeninin 20 illik yubileyinə həsr edilmiş konfrans keçiriləcək

22-08-2013
Azərbaycanda 10min 036 milli domen adı qeydiyyatdan keçib

Azərbaycanda 10min 036 milli domen adı qeydiyyatdan keçib

25-05-2010
Ölkəmizdə nə qədər domen qeydiyyatdan keçib ?

Ölkəmizdə nə qədər domen qeydiyyatdan keçib ?

31-08-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə