Previous Next
Bağla

Ekspert: Azərbaycanın Huawei şirkəti ilə əməkdaşlığında risklər olacaqmı?

09-12-2021 19:30
Ekspert: Azərbaycanın Huawei şirkəti ilə əməkdaşlığında risklər olacaqmı?
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, ADA Universiteti və “Huawei" anlaşma memorandumu imzalayıb.
 
Huawei ADA-da Tədqiqat və İnkişaf Mərkəzi yaradacaq və yüksəkixtisaslı yerli mütəxəssislərin hazırlanmasına kömək edəcək.
 
Xeberler.az məlumat verir ki, bununla bağlı Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz münasibət bildirib.
 
Osman Gündüzün sözlərinə görə, Azərbaycanda daha çox peşəkar kadr hazırlamaq, eləcə də azərbaycanlı istifadəçiləri qabaqcıl texnologiyalardan istifadəyə hazırlamaq baxımından bu anlaşma xeyli faydalıdır.
 
"Huawei texnologiyalarından Qarabağda "Ağıllı kənd" layihəsində, texnoloji infrastrukturun qurulmasında da istifadə ediləcək. Huawei bizdə telekommunikasiya operatorları ilə də sıx əməkdaşlıqdadır. Dövlət sektorunda bu şirkətin xüsusi çəkisi yüksəkdir.
 
BakTelecomun 80%-i, Aztelekomun 70%-i, hətta bəzi dövlət qurumlarının data mərkəzləri “Huawei” məhsulları üzərində “oturub”".
 
Ekspert bildirib ki, dünyada, qlobal bazarlarda 5G texnologiyalarla bağlı sanksiyalarla, məhdudiyyətlərlə üzləşən Huawei-in işləri görünür ki bizdə "xod" gedir.
 
"Məlumdur ki, ABŞ və bir çox ölkələr Huawei şirkətini telefonlardakı və digər avadanlıqlarındakı proqram təminatlatında yerləşdirdiyi xüsusi kodlar vasitəsilə məlumatları oğurlamaqda və Çin hökumətinə ötürməkdə günahlandırır.
 
Hazırda Huawei qlobal bazarda mövqeyini saxlamaq üçün 5G texnologiyalarını dəstəkləyən özünə məxsus olan sistemin hazırlanması üzərində işləyir.
 
Sanksiyalarla bağlı heç bir şirkət bu tip texnologiyanı Huawei şirkətinə sata bilmədiyindən onun telefonları hələlik 4G-dən o tərəfə keçə bilməyib. Beləliklə, görünən odur ki, Huawei-in ölkəmizdə telekommunikasiya infrastrukturuna təsirləri getdikcə güclənəcək.
 
Əlbəttə, bunun faydalı tərəfləri nə qədər çox olsa da, düşünürəm ki, risklər də var. Fikrimcə, Huawei-ə qarşı sanksiyalarla bağlı Azərbaycanın üzləşə biləcəyi problemlər, təhlükəsizlik məsələləri öncədən nəzərə alınmalıdır.
 
Ümid edirəm, sektora və informasiya təhlükəsizliyinə cavabdeh rəsmilərimiz Huawei şirkətinə tətbiq edilən qlobal sanksiyaların ölkəmiz üçün yarada biləcəyi riskləri də nəzərdən qaçırmayıblar".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Çin şirkəti Qarabağda: Risklər aradan qalxıbmı?.. - Osman Gündüz

Çin şirkəti Qarabağda: Risklər aradan qalxıbmı?.. - Osman Gündüz

29-04-2021
Huawei ilə DGX-nin imzaladığı niyyət protokolu çox risklidir

Huawei ilə DGX-nin imzaladığı niyyət protokolu çox risklidir

00-00-0000
Ekspert: Huawei ilə əməkdaşlıq edənləri nə gözləyir?

Ekspert: Huawei ilə əməkdaşlıq edənləri nə gözləyir?

21-05-2019
Huawei smartfonları Google-dan imtina edib

Huawei smartfonları Google-dan imtina edib

30-08-2019
Android Q əməliyyat sistemi istifadəçilərin ixtiyarına veriləcək

Android Q əməliyyat sistemi istifadəçilərin ixtiyarına veriləcək

01-07-2019
Microsoft Huawei-yə qoyulan sanksiyalara etiraz edib

Microsoft Huawei-yə qoyulan sanksiyalara etiraz edib

11-09-2019
Huawei 5G-ə giriş üçün lisenziya alıb

Huawei 5G-ə giriş üçün lisenziya alıb

29-07-2019
Huawei Samsung  şirkəti ilə əməkdaşlığa başlayır

Huawei Samsung şirkəti ilə əməkdaşlığa başlayır

09-09-2015
Sanksiyalara baxmayaraq yenə də satışları rekord qırır

Sanksiyalara baxmayaraq yenə də satışları rekord qırır

03-07-2019
Britaniya 5G şəbəkələrində “Huawei” avadanlığının quraşdırılmasını qadağan edəcək

Britaniya 5G şəbəkələrində “Huawei” avadanlığının quraşdırılmasını qadağan edəcək

30-11-2020
Huawei şirkəti Google Maps-ə əvəzləyici tapıb

Huawei şirkəti Google Maps-ə əvəzləyici tapıb

21-01-2020
«Huawei» şirkəti «WiMAX Forum»un Direktor Şurasına daxil olub

«Huawei» şirkəti «WiMAX Forum»un Direktor Şurasına daxil olub

03-04-2009
Huawei Azərbaycanda akademiya açır

Huawei Azərbaycanda akademiya açır

18-04-2016
Huawei Bakıda yeni  məhsullar təqdim edib

Huawei Bakıda yeni məhsullar təqdim edib

21-09-2017
Huawei Apple-ı geridə qoydu

Huawei Apple-ı geridə qoydu

07-09-2017
Huawei və Bakcell tələbələri həvəsləndirir

Huawei və Bakcell tələbələri həvəsləndirir

19-10-2015
Huawei “Bakutel-2014” sərgisində iştirak edib

Huawei “Bakutel-2014” sərgisində iştirak edib

04-12-2014
Huawei Android-lə işləməyə davam edəcək

Huawei Android-lə işləməyə davam edəcək

19-07-2019
AzTU ilə “Huawei” şirkəti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

AzTU ilə “Huawei” şirkəti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

09-06-2022
Nazir “Huawei Enterprise Business Group”un prezidenti ilə görüşüb

Nazir “Huawei Enterprise Business Group”un prezidenti ilə görüşüb

30-10-2025
Xəzər İnnovasiya Konfransı Huawei ilə Azərbaycanın əməkdaşlığına mühüm töhfədir

Xəzər İnnovasiya Konfransı Huawei ilə Azərbaycanın əməkdaşlığına mühüm töhfədir

05-12-2018
RİNN, ADA Universiteti və “Huawei” anlaşma memorandumu imzalayıb

RİNN, ADA Universiteti və “Huawei” anlaşma memorandumu imzalayıb

08-12-2021
Dövlət Xidmətinin rəisi "Huawei" şirkətinin vitse-prezidenti ilə görüşüb

Dövlət Xidmətinin rəisi "Huawei" şirkətinin vitse-prezidenti ilə görüşüb

04-11-2023
ABŞ Huawei-in lisenziyasını uzada bilər

ABŞ Huawei-in lisenziyasını uzada bilər

17-08-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə