Previous Next
Bağla

RİNN, ADA Universiteti və “Huawei” anlaşma memorandumu imzalayıb

08-12-2021 17:30
RİNN, ADA Universiteti və “Huawei” anlaşma memorandumu imzalayıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, ADA Universiteti və “Huawei” şirkəti arasında birgə Tədqiqat və İnkişaf Mərkəzinin (R&D Centre) yaradılması barədə üçtərəfli anlaşma memorandumu imzalanıb.

Xeberler.az bildirir ki, müştərək layihə innovativ məhsulları inkişaf etdirmək, Azərbaycanın İKT seqmentinə uzunmüddətli töhfə vermək məqsədilə həyata keçiriləcək. 

Ölkəmizdə rəqəmsal transformasiyanı şərtləndirən əsas amillərdən birinin insan resursları olduğu nəzərə alınaraq layihə çərçivəsində “Huawei” sertifikatına malik yüksəkixtisaslı yerli mütəxəssislər hazırlanacaq.

Tədqiqat və İnkişaf Mərkəzində milli və regional sosial-iqtisadi inkişaf üçün İKT, o cümlədən “5G”, GPON, IP texnologiyası və digər müvafiq istiqamətlər üzrə mütəxəssislərin yetişdirilməsi nəzərdə tutulur. Tədris proqramlarının iştirakçıları ölkəmizdə rəqəmsal transformasiyanın reallaşdırılması üzrə zəruri bilik və bacarıqlara yiyələnəcəklər.

İmzalanma mərasimində çıxış edən ADA Universitetinin rektoru, professor Hafiz Paşayev bildirib ki, sənəd “Huawei” şirkəti ilə əməkdaşlığımıza imkan açır. İnanıram ki, universitetimizin tələbələri yüksək təhsil almaqla yanaşı, daha erkən mərhələdən tədqiqat və praktiki işlərə qoşula biləcəklər”.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev söyləyib ki, ölkəmizin növbəti 10 ildə əsas hədəflərindən biri “Yaradıcı və innovativ cəmiyyət”in qurulmasıdır. Bu, cənab Prezident İlham Əliyevin müəyyən etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də əsas tapşırıqlardan biri kimi qarşımıza qoyulub. Bu məqsədlə innovativ ekosistemin formalaşması üçün ölkədə elmi tədqiqatların, eləcə də elm və texnologiya tutumlu emal sənayesinin inkişaf etdirilməsi zəruridir.

“İnanıram ki, bugünkü imzalanma əsasında yaradılacaq birgə Tədqiqat və İnkişaf Mərkəzi hədəflərimizə çatmaqda böyük dəstək rolunu oynayacaq. Nazirlik olaraq bu baxımdan belə mərkəzlərin yaradılması üçün öz səylərimizi əsirgəməyəcəyik”, – deyə Rəşad Nəbiyev vurğulayıb.

“Huawei” şirkətinin Avrasiya regionu üzrə vitse-prezidenti Çjao Ley bildirib ki, “Huawei” rəqəmsal texnologiyaların Azərbaycan cəmiyyətinin iqtisadi inkişafındakı rolu ilə maraqlanır. Şirkətimiz ölkədə güclü texniki və idarəetmə bacarıqlarını ötürməklə qabaqcıl texnologiyaları tətbiq etməyə və kadrların inkişafını dəstəkləməyə sadiqdir.

“Məhz bu mərkəzin yaradılması Azərbaycanda daha çox peşəkar kadr hazırlamaq, eləcə də azərbaycanlı istifadəçiləri qabaqcıl texnologiyalardan istifadə ilə tanış etmək məqsədi daşıyır”, – deyə Çjao Ley qeyd edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Təhsil Nazirliyi və RİNN arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb

17-02-2022

ETN-nin nümayəndə heyəti “Huawei”nin texnoloji yenilikləri ilə tanış olub

13-02-2026

Ekspert: Azərbaycanın Huawei şirkəti ilə əməkdaşlığında risklər olacaqmı?

09-12-2021

Ölkə başçısının Özbəkistana səfəri çərçivəsində beynəlxalq avtomobil əlaqələri haqqında sənədlər imzalanıb

22-06-2022

Azərbaycan Paktistanla birgə İKT Təlim Mərkəzi açır

19-07-2023

Azərbaycanlı tələbələr Huawei Yay düşərgəsində iştirak edəcəklər

05-08-2025

Elm və təhsilin inteqrasiyasına dair Memorandum imzalanıb

25-01-2024

BDU ilə “Huawei” arasında əməkdaşlıq memorandumu imzalanıb

30-09-2025

BANM tələbələri “Huawei” şirkətinin təşkil etdiyi beynəlxalq müsabiqənin qalibi oldular

10-08-2022

RİNN İsrailin “Technion” Universiteti ilə birgə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzini yaradır  

30-06-2022

Nazir “Huawei Enterprise Business Group”un prezidenti ilə görüşüb

30-10-2025

Nazir Huawei şirkətinin vitse-prezidenti ilə görüşüb

07-07-2017

ADA-nın İT tələbələri üçün yeni imkan

21-09-2017

XRİTDX və “ICI Buxarest” arasında Anlaşma Memorandumu imzalanıb

25-09-2024

“Azərkosmos” kosmik təhsil sahəsində yeni əməkdaşlığa imza atıb

25-04-2025

Azərbaycanlı gənclər Huawei-də təcrübə keçəcək

31-10-2019

EHİM ilə ADA Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

11-01-2019

Daha iki təhsil müəssisəsi Azərbaycanda İKT sahəsində kadr hazırlığına cəlb oluna bilər

23-06-2023

RİNN və ABB birgə yeni layihəyə start verir

04-03-2022

BDU-nun rektoru “Huawei” şirkətinin nümayəndələri ilə görüşüb

03-03-2025

Azərbaycanla Çex arasında Anlaşma Memorandumu imzalanıb

07-05-2026

Pakistan Azərbaycanda süni intellekt üzrə mütəxəssis yetişdirəcək

29-07-2023

Prorektor: Kibertəhlükəsizliklə bağlı problemlərin həllinin ən vacib sütunlarından biri insan resurslarıdır

25-09-2024

“Huawei” BDU-da rəqəmsal təhsil və idarəetmə sistemləri ilə bağlı təqdimat edib

17-07-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə