Previous Next
Bağla

Ekspert: Hazırda Qarabağda vahid mobil şəbəkənin olması daha məqsədəuyğundur

13-12-2020 15:52
Ekspert: Hazırda Qarabağda vahid mobil şəbəkənin olması daha məqsədəuyğundur

Hadrutda ermənilər azərbaycanlı hərbçilərə qarşı silahlı təxribat törədiblər. Nəticədə bir hərbçi yaralanıb. “Azercell” mobil operatorunun avadanlıqları quraşdıran əməkdaşlarına da hücum ediblər.

Xeberler.az-ın məlmatına görə, bu gün rəsmi olaraq açıqlanıb ki, Hadrut qəsəbəsi yaxınlığında mobil ötürücülərin quraşdırılması zamanı 1 hərbi qulluqçu həlak olub və “Azercell” şirkətinin əməkdaşı ağır yaralanıb. Terror aktı dekabrın 8-də baş verib.
 
Məsələ ilə bağlı Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz açıqlama verib:
 
"Düşünürəm ki, Qarabağda mobil infrastrukturun qurulmasına bir qədər fərqli yanaşmaq doğru olardı.
 
Hazırda bizdə ölkə üzrə real vəziyyət elədir ki, Bakcell və Nar-ın vahid mobil şəbəkəsi var, Azercell-in şəbəkəsi isə fərqlidir.
 
Fikrimcə, NRYTN tənzimləyici funksiyasından istifadə edərək Qarabağda, işğaldan azad edilmiş ərazilərdə hər üç mobil operator üçün yalnız bir şəbəkə infratrukturun və vahid ötürücülərin qurulmasını tövsiyyə edə bilər.
 
Yəni, çətin reylef olan, hələlik təhlükəli hesab olunan bir ərazilərdə, dağlarda 2 ötürücü qüllənin və ya 2 ayrı quraşdırma işlərinin görülməsi əlavə xərclər və əlavə risklər yaradır.
 
Eyni zamanda, fikrimcə keçmiş "Karabakh Telecom" mobil şəbəkəsinin resurslarından, ötürücü avadanlıqlarından və işğaldan azad olunan rayonlardakı resurslarından da hər üç operatorumuzun bərabər əsaslarla istifadəsi üçün NRYTN-nin şərait yartması doğru olardı.
 
Yeri gəlmişkən, Qarabağda yol infrastrukturunun qurulduğu bir zamanda, paralel olaraq , alternativlik prinsipi təmin olunmaqla, yeraltı telekommunikasiya infrastruktutunun quraşdırılması da zəruridir. Alternativliyin təmin edilməsi gələcəkdə daha keyfiyyətli və dayanıqlı rəqəmsal xidmətin inkişafına kömək olacaq.
Özəl sektorun bu proseslərə cəlb edilməsi üçün hökumət tərəfindən güzəştli addımların atılması vacibdir"
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ermənilərin qoyub qaçdığı stansiyalar: “Milli operatorlar onlardan istifadə edə bilər”

22-10-2020

Bakcell mobil şəbəkəsinin əhatə dairəsi artıq Şuşa şəhərinə qədər genişləndirib

10-06-2021

Xankəndi artıq "Azercell" in əhatə dairəsində!

01-10-2023

Azercell Eksklüziv tezliklə Şuşada!

15-03-2022

Bakcell Qarabağda 101-ci baza stansiyasını istifadəyə verib

14-11-2022

“Nar” işğaldan azad edilmiş ərazilərdə şəbəkəsini genişləndirməyə davam edir

10-06-2021

"Azercell"in mobil internet xidmətindən istifadə son 1 ildə 30 %-dən çox artıb

03-08-2023

Bakcell şəbəkəsinin Qarabağda genişlənməsi üçün 23 milyon manat investisiya qoyulacaq

04-03-2022

Azercell müştərilərinin mobil internetdən istifadə həcmi 30 faiz artıb

09-12-2022

“Nar” şəbəkəsi Hadrutda və Cəbrayılda

04-06-2021

“Azercell” artıq Laçındadır!

09-01-2024

“Nar” Silahlı Qüvvələr Gününü işğaldan azad edilmiş ərazidə xidmət edən əsgərlərlə birgə qeyd etdi

26-06-2021

Azercell 4G Naxçıvanda

19-01-2023

Qarabağda çəkilən kadrlar “Bakcell”in yeni reklamına aiddir

15-11-2021

Bakcell Qarabağ Dirçəliş Fondunun “Qızıl” İanə sertifikatı ilə təltif edilib

12-10-2021

Azercell Füzulidə! 

19-02-2024

Bakcell Qarabağda ən sürətli mobil şəbəkə quraşdıracaq

23-10-2020

Bakcell 3 il ərzində Azərbaycana 226 milyon manat həcmində sərmayə yatırıb

29-12-2021

Nazir: “Qarabağda mobil internet şəbəkəsi 52 faiz bərpa olunub”

24-12-2021

Azercell yaşıl baza stansiyalarının sayını artırır

14-10-2024

Qarabağda “Zəfər”, ŞAKİR və “Şuşa” mobil stansiyaları qurulub

08-12-2020

“Azercell” azad edilmiş ərazilərdə 100-ə yaxın baza stansiya quraşdırıb

10-03-2023

“Azercell” azad olunmuş ərazilərdə şəbəkəsini genişləndirir

09-08-2021

“Nar” şəbəkəsi işğaldan azad olunmuş ərazilərdə

24-10-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə