Artıq Azrərbaycanda həm fiziki, həm də hüquqi şəxslər kriptovalyuta bazarında alqı-satqı və kriptovalyutanın mayninqi (istehsalı) ilə məşğuldur.
Məsələ ilə bağlı Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz Xeberler.az-a bildirib ki, Gürcüstanda, Kazaxstanda və Ukraynada bu sahədə daha böyük canlanma müşahidə olunur.
Hələlik isə regionda mayninq sahəsində ən böyük investisiya da ( 60 milyon dollar) bizdə yatırılıb.
Onun sözlərinə görə, hazırda mayninqlə məşğul olanlar üçün müəyyən imkanlar yaradılmadır:
“Lap elə kriptovalyuta bazarında fəaliyyət göstərənlərin, İCO layihələrə investisiya yatırmaq istəyənlərin leqallaşdırılması və onların yüksək texnologiyalar parklarının resurslarından istifadəsi üçün imkanların yaradılması çox vacib və faydalı olardı. Həmçini də ölkədə mövcud olan çoxsaylı Data Mərkəzlərdə də mayninqi leqallaşdırmaq və stimullaşdırmaq faydalı ola bilərdi”.
Ekspert xatırladıb ki, bu günlərdə ölkənin ən böyük Data Mərkəzinə sadəcə bankların cəlb edilməsinin vacibliyinə diqqəət çəkən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin açıqlamasını məqbul hesab etmək olmaz:
“Söhbət burada blokçeyn texnologiyalarına əsaslanan nəhəng ekosistem qurulmasından getməlidir. Hələlik belə bir imkan Sumqayıt Kimya Sənaye parkında yaradılıb, hansı ki ötən il onun açılışında prezident İlham Əliyev də iştirak edib. Düşünürəm ki bu bazarın, bu infrastrukturun qanunvericiliklə qadağan olunması bu sahədə qeyri-qanuni işlərin daha da genişlənməsinə gətirib çıxara bilər. Nəzarət imkanları da günü gündən çətinləşəcək”.
Osman Gündüz qeyd edib ki, kriptovalyuta bazarının tənzimlənməsi ilə bağlı qanunvericiliyin hazırlanmasını sürətləndirmək, münbit şərait yaratmaq doğru olardı:
“Fikrimcə, mayninqlə bağlı gəlirdən ilkin dövrlər çox az miqdarda verginin tutulması və ya ilkin dövrlərdə sadəcə qeydiyyatla kifayətlənmık də doğru yanaşma olardı. Eyni zamanda, hökumət bu sahənin inkişafına dəstək verməklə, kriptovalyuta bazarında alqı-satqıdan əldə olunan gəlirləri bəlli bir müddətdən sonra vergiyə cəlb edə bilərdi. Həmçinin də bu bazarın, həm mayninq və həmdə kriptovalyutanın alqı-satqısı ilə məşğul olanların risklərinin sığortalanmasını da hazırlanacaq qanun layihəsində nəzərdə tutmaq olar”.
O bildirib ki, reallıq ondan ibarətdir ki, hökumət bu sahəyə diqqət ayırmaqla , köməklik və şərait yaratmaq və tənzimləməklə həm bu sahədə şəffaflıq yarada bilər və həm də gəlir əldə edə bilər:
”Bir sözlə düşünürəm ki kriptovalyuta və blokçeyn texnologiyaları bazarı nə qədər tez leqallaşdırılsa və tənzimlənsə o qədər faydalı olar”.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri