Ekspert: “Media haqqında” qanun layihəsi ilə bağlı nə baş verir ?

10-07-2021 / 17:21
"Ötən gün bir - birini inkar edən iki məlumatla tanış oldum.
 
TURAN məlumat yayıb ki, ekspertlər Media İnkişaf Agentliyinin icraçı direktoru Əhməd İsmayılov ilə görüşüblər.
 
Görüşdə media haqqında qanunun maraqlı tərəflərin iştirakı ilə birgə hazırlanması və açıq müzakirələrin keçirilməsinin vacibliyini bildiriblər.
 
Agentlik isə layihə hazır olduqdan sonra Milli Məclisə veriləcəyini, sonradan müzakirələr keçiriləcəyini bildirib.
 
Bu açıqlamadan belə qənaətə gəlmək olur ki, əslində adı çəkilən qanun layihəsi hazırda ortada yoxdur. Həmin gün APA məlumat yayıb ki, “APA Group”-da “Media haqqında” qanun layihəsinin müzakirəsi keçirilib.
 
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun da iştirak etdiyi toplantıda qanun layihəsinin təqdim edilməsi haqqında məlumat verilib.
Yəni, bu məlumatdan anlaşılan odur ki, adı çəkilən layihə varmış.
 
Düzü, anlamıram nə baş verir.
 
Ümid edirəm, sektoru kurasiya edənlər bu məsələyə aydınlıq gətirəcəklər.
Yeri gəlmişkən, xatırlayıram ki, 15-20 il bundan öncə də “İnformasiya əldə edilməsi haqqında ” qanun layihəsi hazırlanarkən oxşar hadisələr baş vermişdi. O zaman, son anda, hətta 2-ci oxunuşdan keçən mənasız bir layihə bir anda müzakirələrdən çıxarılmış və normal bir layihə müzakirəyə təqdim edilərək qəbul edilmişdi".
 
 
Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz
 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə