Previous Next
Bağla

Ekspert: "Starlink"in Azərbaycanda fəaliyyətə başlaması nəyi dəyişəcək?

02-04-2025 13:20
Ekspert: "Starlink"in Azərbaycanda fəaliyyətə başlaması nəyi dəyişəcək?
"Güman ki, biz bundan sonra siyasi müxaliflərin maşınlarında və mənzillərinin balkonlarında mini Starlink antenləri görə biləcəyik".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz Starlinkin Azərbaycanda fəaliyyətə başlamasını şərh edərkən deyib.
 
Ekspertin sözlərinə görə, uzun müddət Starlink-in Azərbaycan bazarına daxil ola bilməməsi, tənzimləyici qurumlardan, qanunvericilikdə nəzərdə tutulan qaydada Dövlət Təhlükəsizlik Xidmətindən icazə məsələləri də müzakirə predmeti olub:
 
"Nəhayət, hökumət həm də 4-cü magistral operator hesab olunacaq provayderin-Starlink-in internet bazarına girişinə icazə verib.
 
Dərhal qeyd edim ki, bu hal bir çox şeyi dəyişəcək.
 
Starlink sadəcə yeni bir internet provayderi deyil. Bu, Azərbaycan internetinin daha da müstəqilləşməsi, alternativliyin artması və həm də, necə deyərlər, rəqəmsal ədalətin genişlənməsi deməkdir".
 
Osman Gündüz bildirib ki, bəzən, siyasi müxaliflər, ictimai fəallar, siyasi jurnalistlər internet bağlantısı imkanlarının olmaması, onun məhdudlaşdırılması və izlənilmə ilə bağlı açıqlamalar verirdilər:
 
"Starlink peyk internet isə baha olsa da, dünyada daha müstəqil və hökumətlərin müdaxiləsindən daha az asılı bağlantı hesab olunur.
 
Əlbəttə, əgər hökumət icazə veribsə, düşünmək olar ki, Starlink-lə də sorğu əsasında qanunvericilikdə nəzərdə tutulan məlumatların hökumətə təqdim edilməsi məqamları nəzərə alınıb.
 
Amma istənilən halda hökumətin ölkədə belə bir imkan yaratması ciddi məsələdir.
 
Bununla da, ölkədə informasiya azadlığı və internet azadlığının daha da inkişaf edəcəyini proqnozlaşdırmaq olar".
 
Ekspert qeyd edib ki, bundan sonra güman ki, bizim müxaliflərin, siyasi partiya rəhbərlərinin, fəalların maşınlarında, mənzillərinin balkonlarında ən azı mini Starlink antenləri görə biləcəyik:
 
"Eyni zamanda ölkəmizdə ucqar kəndlər, dağlıq bölgələr, sərhəd əraziləri üçün həyat dəyişəcək. İllərlə keyfiyyətli internetdən məhrum olmuş ucqar məktəblər, bələdiyyələr, mədəniyyət evləri, kitabxanalar, dənizdəki platformalar, tikinti-kəşfiyyat sahələri, aqro təsərrüfatlar qlobal şəbəkəyə çıxış əldə edə biləcəklər. Bu isə ölkədə rəqəmsal transformasiyaya daha da təkan verəcək.
 
Azərbaycanda indiyədək 3 bəkbon (magistral) provayder olub. Yəni ölkəyə interneti 3 qurum gətirirdi. İndi isə bunların sayı 4 oldu.
 
Yəni Starlink ölkəmizdə magistral provayder hesab oluna biləcək bir operatordur. Biz 16 noyabr 2015-ci il ildə Delta Telecom-da baş verən partlayışla ölkəyə daxil olan internetin bir nöqtədən asılı olmasının ciddi fəsadlarını görmüşük.
 
Daha müstəqil 4-cü magistralın, Starlinkin ölkədə fəaliyyətə başlaması Azərbaycan internetinin dayanıqlığı və informasiya təhlükəsizliyi üçün də mühüm addımdır".
 
Ekspert düşünür ki, Starlinkin bazara daxil olması internet və mobil sektorda rəqabət və keyfiyyətin artmasına da müsbət təsir göstərəcək:
 
"RİNN-in ölkə üzrə internet problemini həll edəndən sonra Starlink-i Azərbaycan bazarına buraxması da diqqət cəlb edəndir.
 
Görünən odur ki, mobil operatorlar hər gün bəsit xidmətlərinin tariflərini qaldırırlar, keyfiyyətə və yeni xidmətlrə, 5G-yə etinasız yanaşırlar.
 
Bəzən müşahidə edirik ki, bəzi ənənəvi provayderlər xidmət göstərdikləri ərazilərdə alternativlərin olmamasından sui-istifadə etməkdə, inhisarçılıq yaratmaqda maraqlı olurlar.
 
Güman ki Starlink belə halların qarşısının alınmasında da ciddi rol oynayacaq.
 
Beləliklə, qlobal bir operatorun gec də olsa Azərbaycan bazarına daxil olması ciddi hadisədir. Bu, ölkədə innovasiyaların, transformasiyanın inkişafına xeyli müsbət təsir göstərəcək".
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: Nə üçün Starlink Azərbaycanda fəaliyyətə başlaya bilmir?

17-12-2024

“Starlink” internet servisi bu tarixdən Azərbaycanda əlçatan olacaq

16-05-2022

İlon Mask “Starlink”in Azərbaycanda fəaliyyətə başlamasını elan edib

29-03-2025

“Starlink” Azərbaycanda rəsmi qeydiyyata alınıb

05-06-2025

İran Starlink peyk internetini bloklayan ilk ölkədir

13-01-2026

Nazir Rəşad Nəbiyev “Starlink”in nümayəndəsi ilə görüşüb

21-08-2024

Daha bir ölkə “Starlink” peyk rabitəsinə qoşulub

05-02-2026

Starlink və Azərbaycan peyk internetinin işə salınması barədə danışıqlar aparır

07-06-2023

Ermənistan 300-dən çox "Starlink" terminalı idxal edib

16-02-2026

"SpaceX" ilə əməkdaşlıq Azərbaycana nə qazandıracaq?-RƏY

09-05-2023

“SpaceX”ın prezidenti: “Starlink” internet xidməti Azərbaycanda korporativ sektorda və dənizdə dəstəklənəcək”

09-05-2023

“Starlink” peyk rabitə sistemindəki nasazlığın səbəbi açıqlanıb

25-07-2025

“Starlink” internet şəbəkəsində nasazlıq yaranıb

15-09-2025

İlon Mask Ukraynanı “Starlink” peykindən ayırmayacaq

10-03-2025

“Starlink"in Azərbaycan üçün öncədən sifariş qiyməti açıqlanıb

15-05-2023

“Starlink” Azərbaycanda fəaliyyətə başlayıb

29-03-2025

“Starlink”də problem yaranıb

19-08-2025

"SpaceX" 29 ədəd "Starlink" mini peykini orbitə çıxarıb

19-01-2026

“Starlink Azerbaijan”ın hesabatlılığı ilə bağlı müzakirə aparılıb

26-08-2025

“SpaceX”in “Starlink”i 4 milyon müştəriyə çatdı

27-09-2024

“Starlink” peyk xidmətlərinin Azərbaycanda nə vaxt aktivləşəcəyi məlum olub

18-05-2023

”SpaceX” İranda ”Starlink”i pulsuz edib

14-01-2026

“Starlink” Qətərdə istifadəyə verilib

08-07-2025

“Starlink”in CAR-ın bazarına girməməsinin səbəbi irqçilikdir

23-03-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə