Previous Next
Bağla

Ekspert: “40–50 Mbit/s sürət yetərsizdir!”

01-07-2026 09:25
Ekspert: “40–50 Mbit/s sürət yetərsizdir!”

1858-cü ildə transatlantik kabel xəttinin çəkilməsi ilə “Köhnə Dünya” ilə “Yeni Dünya” arasında rabitə yeni mərhələyə qədəm qoydu. İrlandiya ilə Nyufaundlend arasında çəkilmiş bu xətt vasitəsilə Kraliça Viktoriyanın Prezident Buchanana göndərdiyi ilk rəsmi mesaj 99 sözdən ibarət olsa da, onun ötürülməsi 16,5 saat davam etmişdi. Müqayisə üçün, Britannika Ensiklopediyasının onlayn versiyasındakı təxminən 55 milyon sözü həmin kabel vasitəsilə ötürmək üçün təxminən 1.500 ilə yaxın vaxt lazım gələrdi. Müasir 100 Gbit/s-lik fiber-optik xətt isə eyni həcmdə məlumatı 40 millisaniyədən də az müddətdə ötürə bilir.

Müasir dövrdə internet trafiki rekord sürətlə artmaqdadır. Süni intellekt, yüksək keyfiyyətli video axını, Əşyaların İnterneti (IoT) və peyk internet xidmətlərinin sürətli yayılması qlobal şəbəkə yükünü əvvəlki illərlə müqayisədə kəskin şəkildə artırıb. Bu analitik məqalə mövcud rəqəmləri, artımın başlıca səbəblərini və istifadəçi davranışlarını izah etməyə çalışır.

Analitikaya baxmazdan əvvəl rəqəmlər və onların mahiyyətini araşdırmaq lazımdır. “Cloudflare Radar”ın hesabatına görə, qlobal internet trafiki 2024-cü ildə 17,2% artıb. “IBISWorld”ün məlumatlarına görə, 2025-ci ildə aylıq qlobal IP trafiki 521,9 ekzabayta çatıb (+16,2%), 2026-cı ildə isə bu rəqəmin 602,1 ekzabayta (+15,4%) yüksəlməsi proqnozlaşdırılır. Qlobal data trafikinin isə 2026-cı ildə 2025-ci illə müqayisədə 22% artacağı gözlənilir.

2026-cı ilin 1-ci rübündə “Cloudflare Radar” məlumatlarına görə, trafik artımı müsbət tempdə davam edib. “SQ Magazine” 2026 hesabatına görə, bu ilin əvvəlindən etibarən video/audio/proqram təminatı kateqoriyası ümumi trafikin 82%-ni təşkil edir ki, bu da əvvəlki illərdəki 44-66% göstəricisi ilə müqayisədə əhəmiyyətli artım deməkdir.

Mobil internet trafiki ümumi internet istifadəsində əsas artım mənbəyi olaraq qalmaqdadır. 2021-ci ildən etibarən mobil genişzolaqlı trafik hər il orta hesabla 19% artıb. Bu dinamikanın yaxın illərdə də davam edəcəyi gözlənilir. Belə ki, “Nokia”nın qlobal proqnozlarına əsasən, 2033-cü ilədək aylıq mobil data istehlakı hər abonent üzrə 69 GB-a çatacaq. Müqayisə üçün qeyd edək ki, bu göstərici 2023-cü ildə 14 GB təşkil edib.

2026-cı ildə isə istifadəçi başına orta aylıq mobil data istehlakı 18,5 GB-a yüksəlib ki, bu da əvvəlki illə müqayisədə 10% artım deməkdir. Nəticə etibarilə, hazırda qlobal internet trafikinin təxminən 62–64%-i mobil cihazlar vasitəsilə formalaşır ki, bu da mobil bağlantının rəqəmsal həyatın əsas daşıyıcısına çevrildiyini bir daha təsdiqləyir.

2026-cı ildə qlobal ortalama sabit genişzolaqlı sürət 118,59 Mbit/s -ə, mobil internet sürəti isə 105,70 Mbit/s -ə çatıb. “Nokia”nın başqa bir proqnozuna görə, mobil şəbəkələrdə trafik 2023–2033 arasında illik 19-25% artacaq. 2033-cü ilə qədər dünya üzrə 5G texnologoyasından istifadə edən abunəçilərin sayı 6,5 milyarda çatacaq.

Qlobal miqyasda məlumat ötürülməsi həcmləri sürətlə artmağa davam edir. Dünyanın aparıcı internet mübadilə operatorlarından biri olan “DE-CIX” 2024-cü ildə 68 ekzabayt həcmində məlumat mübadiləsi qeydə alıb ki, bu da 2020-ci illə müqayisədə iki dəfə çoxdur. Eyni tendensiya digər internet mübadilə mərkəzlərində də müşahidə olunur. Belə ki, 2025-ci ildə Amsterdamda yerləşən “AMS-IX” platformasında trafik pik həddə 14,2 Tbit/s-ə çatıb. Bu göstərici eyni anda təxminən 7,5 milyon istifadəçinin “TikTok” videosuna baxmasına bərabər data axını deməkdir.

Data istehlakındakı artım bulud xidmətlərinə olan tələbatda da özünü göstərir. 2026-cı ilin birinci rübündə aylıq qlobal bulud trafiki minimum 213 ekzabayt səviyyəsində olub. Ekspert proqnozlarına görə, bu artımın davam etməsi məlumat mərkəzlərinin enerji tələbatına da ciddi təsir göstərəcək və 2026-cı ildə onların enerji istehlakının əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli dərəcədə artacağı gözlənilir.

Başqa sözlə süni intellektin, yüksək keyfiyyətli video axınının və IoT-nin sürətlə yayılması fonunda trafik və sürətə olan tələbin artımı qaçılmazdır. Texnologiya nə qədər sürətli olursa, insanlar da ondan bir o qədər çox istifadə edir.

Qlobal tendensiyaların zəminində Azərbaycanda da internet istifadəsi artmaqda davam edir, lakin sürət göstəricilərində eyni dinamika müşahidə olunmur. Ölkə üzrə ümumi internet trafiki ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 22% artıb. GPON texnologiyası üzərindən xidmət alan istifadəçilərdə də oxşar tendensiya qeydə alınıb. Bu seqmentdə orta trafik həcmi təxminən 20% yüksəlib. Bununla belə, genişzolaqlı internetin median sürəti 90–92 Mbit/s intervalında qalır və burada artım tempi demək olar ki, staqnasiyaya uğrayıb.

Mövcud vəziyyəti şərh edən İKT üzrə mütəxəssis Elvin Abbasov bildirib ki, müasir dövrdə “minimal internet sürəti” anlayışı artıq sadəcə texniki parametr deyil, birbaşa həyat keyfiyyətinin göstəricisinə çevrilib. Onun sözlərinə görə, hazırda istifadəçilərə təqdim edilən 40–50 Mbit/s sürət nəinki yetərsizdir, hətta bir çox hallarda praktik istifadə üçün yararsız sayılır.

Ekspert vurğulayıb ki, “4K video axını, real vaxt rejimində işləyən süni intellekt alətləri və paralel rəqəmsal fəaliyyətlərin artdığı bir şəraitdə komfortlu istifadə üçün minimum sürət həddi artıq 100 Mbit/s və daha yuxarı diapazona keçməlidir.”

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
İnternetin yeni anatomiyası: Qlobal çağırışlar və yerli provayderlər

İnternetin yeni anatomiyası: Qlobal çağırışlar və yerli provayderlər

24-06-2026
Azərbaycanda mobil və sabit internetin sürəti yenidən artıb

Azərbaycanda mobil və sabit internetin sürəti yenidən artıb

18-08-2020
Hansı ölkədə internet daha sürətlidir?

Hansı ölkədə internet daha sürətlidir?

28-08-2015
Azərbaycanda SMS və danışıq dəqiqələrinə təlabat kəskin azalıb

Azərbaycanda SMS və danışıq dəqiqələrinə təlabat kəskin azalıb

05-09-2025
Mobil və sabit internetin sürəti dekabrda azalıb

Mobil və sabit internetin sürəti dekabrda azalıb

21-01-2021
Azərbaycanda mobil və sabit internetin sürəti azalıb

Azərbaycanda mobil və sabit internetin sürəti azalıb

16-06-2021
Daşınan elektronika mobil trafikin artımına təsir edəcək

Daşınan elektronika mobil trafikin artımına təsir edəcək

05-02-2015
Azərbaycanda mobil və sabit internetin sürəti açıqlanıb

Azərbaycanda mobil və sabit internetin sürəti açıqlanıb

22-04-2021
Dünyada internetin sürəti 14 faiz artıb

Dünyada internetin sürəti 14 faiz artıb

18-12-2015
Azərbaycanda mobil internetin sürəti 31 faizədək artıb

Azərbaycanda mobil internetin sürəti 31 faizədək artıb

16-06-2026
Azərbaycanda internetin sürəti 30 faiz artıb

Azərbaycanda internetin sürəti 30 faiz artıb

24-01-2024
2017-ci ildə qlobal İT bazarında artım qeydə alınacaq

2017-ci ildə qlobal İT bazarında artım qeydə alınacaq

20-10-2016
Məktəblərdə genişzolaqlı internetlə təminat 82 faizə çatıb

Məktəblərdə genişzolaqlı internetlə təminat 82 faizə çatıb

24-02-2026
Mobil internet şəbəkələrinə qoşulmaların sayı artıb

Mobil internet şəbəkələrinə qoşulmaların sayı artıb

08-09-2015
2017-ci ildə evlərə 100 meqabitlik İnternet çəkiləcək

2017-ci ildə evlərə 100 meqabitlik İnternet çəkiləcək

18-05-2015
İnternetin yüklənmə sürətində bu ilin ən yüksək göstəricisi qeydə alınıb

İnternetin yüklənmə sürətində bu ilin ən yüksək göstəricisi qeydə alınıb

30-04-2020
Asiya İnkişaf Bankı Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb

Asiya İnkişaf Bankı Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb

10-04-2026
Azərbaycanda noyabrda mobil internetin sürəti azalıb

Azərbaycanda noyabrda mobil internetin sürəti azalıb

16-12-2021
Qlobal İT bazarının həcmi 12,5 faiz artacaq

Qlobal İT bazarının həcmi 12,5 faiz artacaq

30-08-2016
Nəqliyyat sektoruna 2 ayda 607 milyon manat investisiya yönəldilib

Nəqliyyat sektoruna 2 ayda 607 milyon manat investisiya yönəldilib

09-04-2026
Azərbaycanda adambaşına düşən internet trafikinin həcmi artıb

Azərbaycanda adambaşına düşən internet trafikinin həcmi artıb

05-09-2019
Dünyanın ən sürətli internetinə sahib ölkələrin siyahısı

Dünyanın ən sürətli internetinə sahib ölkələrin siyahısı

19-05-2015
“Aztelekom” Azərbaycanın ən sürətli sabit şəbəkə internet provayderi seçilib

“Aztelekom” Azərbaycanın ən sürətli sabit şəbəkə internet provayderi seçilib

27-02-2025
Azərbaycanda genişzolaqlı internetin orta sürəti 2 dəfədən çox artıb

Azərbaycanda genişzolaqlı internetin orta sürəti 2 dəfədən çox artıb

15-02-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə