Previous Next
Bağla

Ekspert: “Hökumət Buludu”na keçid nə üçün ləngiyir ?

19-08-2020 17:03
Ekspert: “Hökumət Buludu”na keçid nə üçün ləngiyir ?
Xeberler.az bildirir ki, ötən gün Prezident “Hökumət Buludu”nun formalaşdırlması və istifadəsi, bu sahədə səlahiyyət bölgüsü ilə bağlı daha bir neçə Fərman qəbul edib.
 
Bununla bağlı Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz açıqlama verib:
 
2Ölkədə hökumət sektorunda rəqəmsal transformasiyanın uğurlu həyata keçirilməsi üçün “Hökumət Buludu” mühüm əhəmiyyət kəsb edir.
 
“Hökumət Buludu” NRYTN-ə məxsus Data Mərkəz üzərində formalaşdırılacaq. Qəbul edilən sənədlərə görə indiyədək səpələnmiş vəziyyətdə, ayrı-ayrı dövlət qurumlarına məxsus data mərkəzlərdə və serverlərdə yerləşdirilən bütün dövlət informasiya resursları Hökumət Buludu-na köçürülməlidir.
 
Məqsəd isə daha çox büdcə xərclərinin optimallaşdırılması, təhlükəsizliyin təmin edilməsi, inteqrasiya və s. məsələlərlə bağlıdır. Bütün dövlət qurumlarında bu məqsədlə ayrılan büdcə xərclərinin də bundan sonra NRYTN-ə verilməsi nəzərdə tutulub. Bununla bağlı Konsepsiya da mövcuddur. NRYTN-da ötən müddət ərzində bu istiqamətdə müəyyən işlər də görülüb".
 
Hökumət buluduna miqrasiya nə üçün ləngiyir ? sualına isə ekpert bu cür cavab verib:
 
"Dövlət qurumlarının informasiya resurslarının mərhələli formada NRYTN Data Mərkəzinə, “Hökumət buludu”na miqrasiyası üçün Keçid Planının hazırlanması bir il öncə nəzərdə tutulsa da xeyli ləngimə olub.
 
Güman ki, məhz bu baxımdan ötən gün qəbul edilən Prezident Fərmanında Keçid Planının qəbul edilməsi üçün NK-ya konkret bir ay vaxt verilib. Bildiyim qədər ləngimənin müxtəlif səbəbləri var.
 
Bizdə ən azı 5-6 dövlət qurumu var ki, onların uzun illər formalaşan, necə deyərlər nəhəng, NRYTN Data Mərkəzindən də böyük Data Mərkəzləri, onlarında müxtəlif rayonlarda ehtiyat variantları var. Onların taleyinin necə olacağı, miqrasiyası güman ki, sual altındadır.
 
Eyni zamanda bəzi dövlət qurumlarında Hökumət Buludunda xidmətlərə əlçatanlıq, zəruri servislərin mövcudluğu, dayanıqlıq, xərclərin bölünməsi, alternativ olan Yevlax Data Mərkəzin hazır olmaması və s. məsələlərlə bağlı narahatçılıqlar və suallar var".
 
Səlahiyyətlər kimdə olacaq ?
 
Ekspert bildirib ki, qəbul edilən sənədlərə görə dövlət informasiya resurslarının yaradılması ilə bağlı səlahiyyətlər ASAN-da, bu resursların Hökumət Buludunda yerləşdirilməsi və istismarı ilə bağlı səlahiyyətlər NRYTN-də, təhlükəsizliyin təmin edilməsi ilə bağlı səlahiyyətlər isə NRYTN və XDMX-in Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyindədir. NRYTN –də Hökumət Buludu ilə bağlı məsələləri AzİnTelecom icra edir.
 
Son olaraq Osman Gündüz onu da qeyd edib ki, ötən gün AzTV bununla bağlı bir veriliş hazırlamışdı. Təəssüf ki, veirlişə yalnız AzİnTelecom nümayəndələri dəvət aldığından bu sahədəki mövcud vəziyyət və problemlər elə də açıqlanmayıb.
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Hökumət Buludundan nə gözlənilir?

20-06-2019

"Hökumət buludu" büdcə xərclərini azaldacaqmı?

23-12-2020

Nazirliyə yeni səlahiyyətlər verilib

18-08-2020

“Hökumət buludu”na Keçid Planı” təsdiqlənib

01-11-2020

Ekspert resursların Data Mərkəzə miqrasiyasından danışdı

19-03-2019

Şuşa DQİ qismən İT sistemlərini "Hökumət buludu"na köçürüb

25-09-2025

“Hökumət buludu” layihəsi büdcə xərclərini artıracaq, yoxsa azaldacaq?

29-08-2020

Daha bir qurum İT sistemlərini “Hökumət buludu”na köçürüb

29-07-2025

Oracle və "Hökumət buludu" tərəfdaş oldular

20-05-2022

Ekspert: Dövlət sektorunda paralelçilik və təkrarçılıq davam edir

26-08-2022

Dövlət Vergi Xidməti ehtiyat məlumatlarını Yevlax Data Mərkəzinə köçürür

19-12-2022

“İçərişəhər” Qoruğu İdarəsi qismən İT sistemlərini “Hökumət buludu”na köçürüb

05-09-2025

Dövlət komitəsinə Yevlax Data Mərkəzində rezerv serverlər ayrılıb

23-11-2022

"Hökumət buludu"na keçidlə bağlı daha dörd dövlət qurumu ilə müzakirələr aparılıb

14-10-2021

“Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı” təsdiq edilib

31-10-2020

Elm və Təhsil Nazirliyi İT resurslarını “Hökumət buludu”na köçürüb

07-11-2024

“Azərenerji” informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb

02-04-2024

“Hökumət buludu”nun Milli Data Mərkəzi yaradılacaq

22-12-2020

“Azərişıq” İT resurslarını “Hökumət buludu”na köçürür

27-12-2022

ANAMA informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb

26-07-2023

Ekologiya və Təbii Sərvətlər Nazirliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb

13-08-2025

Azərbaycan Turizm Bürosu İT sistemlərini “Hökumət buludu”na köçürüb

18-10-2024

Bu il Azərbaycanda "Hökumət buludu"na inteqrasiya olunan dövlət qurumlarının sayı açıqlanıb

16-12-2022

Daha bir qurum informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb

04-05-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə