Previous Next
Bağla

"Hökumət buludu" büdcə xərclərini azaldacaqmı?

23-12-2020 12:48
"Hökumət buludu" büdcə xərclərini azaldacaqmı?
"Gələn il üçün dövlət büdcəsində “Hökumət buludu”nun (G-cloud) yaradılması və bu sistemə qoşulmuş qurumlar üzrə müvafiq İT xərclər üçün dövlət büdcəsindən 19 milyon manat vəsait ayrılacaq".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz deyib.
 
Azərbaycan Respublikaısının Prezidenti İlham Əliyev 2019-cu ilin iyun ayında G-cloud yaradılması və bulud xidmətlərinin göstərilməsi haqqında fərman imzalayıb.
 
18 avqust 2020-ci il tarixdə isə “Hökumət buludu”na keçidlə bağlı Fərman verib. “Hökumət bulud”u layihəsinin mahiyyəti də ondan ibarətdir ki, bütün dövlət qurumlarının informasiya sistemləri və bazaları mərhələli şəkildə NRYTN Data Mərkəzinə köçürülməlidir.
 
Osman Gündüzün sözlərinə görə, ayrı-ayrı dövlət qurumlarında artıq yeni Data Mərkəzlərin inkişafı, informasiya resursları üçün serverlərin alınması və onlara dəstəklə bağlı məsələlər adıçəkilən Fərmana görə “Hökumət buludu” çərçivəsində nəzərdə tutulur:
 
"Dövlət qurumlarının bu məsələlərlə bağlı İT xərclərinin formalaşmasına məqsədəuyğunluq baxımından VXSİ Dövlət Agentliyi də rəy verəcək. Data Mərkəzin Yevlaxda daha bir ehtiyat variantı da yaradılıb.
 
Bəzi Nazirliklərə məxsus böyük Data Mərkəzlərin "Hökumət buludu” na miqrasiyası məsələsi də indiyədək açıq qalmışdı. Həmçinin bəzən "Hökumət buludu” nda keyfiyyətli-zəruri servislərin yetərli olmadığı haqqında da fikirlər səslənir.
 
Yeri gəlmişkən, Nazirliyin Data Mərkəzinə nəzarət edən AzİnTelecom-un özünün də idarəedilməsinin cari ildə Prezident Fərmanı əsasında yaradılan Holdinqin tərkibinə verilməsi nəzərdə tutulub. Belə olan halda , G-claudun idarəedilməsi məsələsi də müəyyən suallar yaradır. Oxşar layihələr Nazirlik tərkibində qalan azsaylı qurumlardan olan MHM tərəfindın idarə olunur.
 
Gözlənilir ki, "Hökumət buludu” layihəsinin reallaşdırılması ilə dövlət qurumları İT infrastruktur ilə bağlı xərclərin ən azı 25-30% azaldılmasına nail olacaq. Amma bəzən müşahidə olunur ki, bəzi mərkəzi icra qurumları tender keçirərək yeni server avadanlıqlarına, informasiya ehtiyatlarına və sistemlərinə dəstəyin göstərilməsi üçün hələ də büdcə resursları ayırırlar. Belə olacaqsa əksinə, büdcə xərclərinin daha da artmasını gözləmək olacaq.
 
Ümid edək Prezidentin fərmanının icrasına nəzarət edənlər dövlət qurumlarında İT xərclərini optimallaşdıra biləcəklər" .
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Hökumət buludu” layihəsi büdcə xərclərini artıracaq, yoxsa azaldacaq?

29-08-2020

Ekspert: Dövlət sektorunda paralelçilik və təkrarçılıq davam edir

26-08-2022

Şuşa DQİ qismən İT sistemlərini "Hökumət buludu"na köçürüb

25-09-2025

Azərbaycan Turizm Bürosu İT sistemlərini “Hökumət buludu”na köçürüb

18-10-2024

Daha bir qurum İT sistemlərini “Hökumət buludu”na köçürüb

29-07-2025

İnnovasiyalar Mərkəzi İT sistemlərini “Hökumət buludu”na köçürüb

19-06-2025

Dövlət Vergi Xidməti ehtiyat məlumatlarını Yevlax Data Mərkəzinə köçürür

19-12-2022

“AzerGold” İT sistemlərini “Hökumət buludu”na köçürüb

30-05-2025

“Hökumət buludu”na Keçid Planı” təsdiqlənib

01-11-2020

Ekologiya və Təbii Sərvətlər Nazirliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb

13-08-2025

Ekspert: “Hökumət Buludu”na keçid nə üçün ləngiyir ?

19-08-2020

“İçərişəhər” Qoruğu İdarəsi qismən İT sistemlərini “Hökumət buludu”na köçürüb

05-09-2025

Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb

13-01-2026

“Azərenerji” informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb

02-04-2024

Turizm Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb

28-01-2026

Elm və Təhsil Nazirliyi İT resurslarını “Hökumət buludu”na köçürüb

07-11-2024

Əqli Mülkiyyət Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb

19-05-2025

AHİK İT sistemlərini “Hökumət buludu”na köçürüb

17-06-2025

“Hökumət buludu”nun yaradılması ilə bağlı fərmanda dəyişiklik edilib

18-08-2020

MEDİA informasiya sistemlərini tam olaraq “Hökumət buludu”na köçürüb

29-02-2024

“Hökumət buludu”nun Milli Data Mərkəzi yaradılacaq

22-12-2020

“Azərişıq” İT resurslarını “Hökumət buludu”na köçürür

27-12-2022

Milli Depozit Mərkəzi İT sistemlərini “Hökumət buludu”na köçürüb

05-11-2024

Bulvar İdarəsi İT sistemlərini “Hökumət buludu”na köçürüb

03-03-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə