Previous Next
Bağla

Hökumət Buludundan nə gözlənilir?

20-06-2019 16:23
Hökumət Buludundan nə gözlənilir?

“Bu ayın əvvəlində Prezident “Hökumət Buludu”nun yaradılması haqqında fərman imzalayıb. NRYTN bu infrastrukturun Operatoru təyin edilib. Fərmana görə Hökumət Buludu NRYTN-in DATA Mərkəzinə məxsus infrastrukturda formalaşmalıdır.Hökumət Buludunun tətbiqində əsas məqsəd dövlət xərclərini optimallaşdırmaq və azaltmaq, informasiya sistemlərinin fəaliyyətinin keyfiyyətli, dayanıqlı və təhlükəsiz infrastrukturda təşkilini təmin etməkdir. Düşünürəm ki kifayət qədər əhəmiyyətli bir sənəddir . Çünki, hazırda ən böyük Nazirliklərdən tutmuş adi bir dövlət qurumun da özəl Data Mərkəzi və ya ən azı balaca bir server otağı var. Və büdcədən də bu resursların saxlanılmasına, əlavə olaraq da kadrlara, hər birisinin təhlükəsziliyinin qorunmasınaı hər il milyonlarla vəsait xərclənir. Bu Fərman isə indiyədək səpələnmiş vəziyyətdə, hər bir dövlət qurumunun özəl Data Mərkəzlərindən və adi server otaqlarından ibarət olan dövlət resurslarının gələcəkdə vahid bir mərkəzdən idarəetməsini nəzərdə tutur”

Xeberler.az  məlumat verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti, İKT sahəsi üzrə ekspert Osman Gündüz bildirib. Ekspert digər məqamlara da aydınlıq gətirib.

Bu Fərmanın icrası ilə nə baş verəcək ?

Bu Fərmanla NRYTN-ə tapşırılıb ki, bütün dövlət qurumları, o cümlədən dövlət şirkətləri və publik şəxslərin resursları Data Mərkəzində saxlanılsın, həmçinin “Hökumət buludu”ndan istifadəsi təmin edilsin. Mühit formalaşdırılsın, xərclər müəyyən edilsin və bu məqsədlə hökumətə müraciət olunsun.
Dövlət qurumlarına da tapşırılıb ki, resurslar Data Mərkəzə köçürülsün və Hökumət Buludundan istifadə təmin edilsin

Burada risklər varmı ?

Bəli var. Elə dövlət qurumu var ki onun hazırkı Data Mərkəzi NRYTN-nin Data Mərkəzindən bir neçə dəfə böyükdür. Hətta bu qurumların ehtiyat Data Mərkəzləri də qurulub. Bildiyim qədər ən azı 4-5 belə dövlət qurumu var. Belə olan halda onların köçürülməsi necə olacaq? Ümumiyyətlə sual yaranır ki bu tip dövlət qurumlarının resurslarının NRYTN Data Mərkəzinə miqrasiyasına ehtiyac varmı ?

Düşünürəm ki uzun illər oturuşmuş və hazırda normal fəaliyyət göstərən infrastrukturun miqrasiyası təhlükəsizilik və dayanıqlı fəaliyyət baxımından əlavə problemlər yarada bilər. Fikrimcə bundan sonrakı təkmilləşmə işlərinin, həmçinin də daha məhdud resurslarala malik bütün dövlət qurumlarının NRYTN Data Mərkəzinə və Hökumət Buluduna inteqrasiyası doğru olardı. Fərmanda bununla bağlı məsələlərə rəy verilməsi VXSİ Dövlət Agentliyinə həvalə olunub.Güman ki, bu risklər nəzərə alınaraq Fərmanda “Hökumət buludu”na Keçid Planını hazırlamaq da nəzərdə tutulub və bu iş NRYTN təklifləri əsasında hökumətə həvalə olunub.

Fikrimcə, bu gündən sonra dövlət resursları vahid mərkəzdən idarə ediləcəksə Data Mərkəzin və onun ehtiyat Mərkəzinin dayanıqlığı və təhlükəsziliyinə diqqət artırılmalıdır. Bildiyim qədər artıq 3 il başa çatdığından NRYTN Data Mərkəzdəki HP avadanlıqların lisenziya müddəti də bitib . HP nümayəndəliyi ölkəmizdə ləğv olunduğundan gələcəkdə update ilə bağlı məsələrin həll olunması ilə bağlı problemlər də zamanında nəzərə alınmalıdır. XDMX ilə birgə təhlükəszilik tədbirləri gücləndirilməlidir”

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: “Hökumət Buludu”na keçid nə üçün ləngiyir ?

19-08-2020

Dövlət qurumları məlumat bazalarını harada saxlamalıdırlar ?

19-01-2019

Ekspert resursların Data Mərkəzə miqrasiyasından danışdı

19-03-2019

"Hökumət buludu" büdcə xərclərini azaldacaqmı?

23-12-2020

“Hökumət buludu”nun Milli Data Mərkəzi yaradılacaq

22-12-2020

Şuşa DQİ qismən İT sistemlərini "Hökumət buludu"na köçürüb

25-09-2025

Dövlət Vergi Xidməti ehtiyat məlumatlarını Yevlax Data Mərkəzinə köçürür

19-12-2022

Daha bir qurum İT sistemlərini “Hökumət buludu”na köçürüb

29-07-2025

Ekspert: Dövlət sektorunda paralelçilik və təkrarçılıq davam edir

26-08-2022

“Hökumət buludu” layihəsi büdcə xərclərini artıracaq, yoxsa azaldacaq?

29-08-2020

“İçərişəhər” Qoruğu İdarəsi qismən İT sistemlərini “Hökumət buludu”na köçürüb

05-09-2025

Nazirliyə yeni səlahiyyətlər verilib

18-08-2020

İnnovasiyalar Mərkəzi İT sistemlərini “Hökumət buludu”na köçürüb

19-06-2025

“Azərenerji” informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb

02-04-2024

Turizm Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb

28-01-2026

“Azər Türk Bank” informasiya sistemlərini “Hökumət buludu”na köçürür

17-10-2022

Azərbaycan Turizm Bürosu İT sistemlərini “Hökumət buludu”na köçürüb

18-10-2024

İTSDA informasiya sistemlərini "Hökumət buludu"na köçürüb

17-01-2023

“AzerGold” İT sistemlərini “Hökumət buludu”na köçürüb

30-05-2025

Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb

13-01-2026

Agentlik informasiya sistemlərini “Hökumət buludu”na köçürüb

27-02-2024

“Azərbaycan Sənaye Korporasiyası” ASC İT sistemlərini qismən “Hökumət buludu”na köçürüb

09-08-2024

“Azərişıq” İT resurslarını “Hökumət buludu”na köçürür

27-12-2022

MEDİA informasiya sistemlərini tam olaraq “Hökumət buludu”na köçürüb

29-02-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə