Previous Next
Bağla

Ekspert: “Rəqəmsal Məktəb” platforması həm də valideynlər üçün faydalıdır

10-02-2025 21:08
Ekspert: “Rəqəmsal Məktəb” platforması həm də valideynlər üçün faydalıdır
"ETN-nin yeni istifadəyə verdiyi “Rəqəmsal Məktəb” platforması həm də valideynlər üçündür.
 
Hazırda Bakı şəhərinin bütün məktəbləri bu platformaya inteqrasiya edilib. Övladları Bakı şəhərinin məktəblərində təhsil alan bütün valideynlər platfromaya daxil olaraq faydalana bilərlər".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib. 
 
Ekspert bildirib ki, hələlik özəl məktəblər və regionlardakı məktəblər sistemə daxil edilməyib:
 
"Regionların növbəti dərs ilində platformaya qoşulması nəzərdə tutulub. digital.edu.az ( reqemsal.edu.az ) saytının aşağı hissəsində “Rəqəmsal Məktəb”ə qoşulan məktəblərin siyahısı yerləşdirilib.
 
Valideynlər digital.edu.az səhifəsinin giriş bölməsini seçməklə SİMA və ya ASAN imza ilə platformaya daxil ola bilərlər. Sayt telefonda işləmək üçün də uyğunlaşdırılıb.
 
Sistemə daxil olan anda “Yeni övlad əlavə et” menyusu vasitəsilə valideynlər övladlarını siyahısını görə və zəruri addımları ata bilərlər".
 
Osman Gündüz bildirib ki, valideynlər övladının gündəliyini görə, gündəlik qiymətləndirmə məlumatlarını izləyə bilərlər:
 
"Onların həmçinin birbaşa direktor ilə onlayn formada mövcud çat vasitəsilə əlaqə saxlamaq imkanı var.
 
Valideynlər övladlarının sistemdən istifadəsi üçün platformada onlar üçün giriş imkanı yaratmalı, onlara şifrə təyin etməlidir. Şagirdlər məktəb tərəfindən veirlən ÜTİS kodu və valideynin təyin etdiyi şifrədən istifadə etməklə sistemə qoşula bilərlər.
 
Elm və Təhsil Nazirliyi və Ədliyyə Nazirliyinin sistemləri inetqrasiya olunduğundan övladlarla bağlı məlumatlar Ədliyyə Nazirliyinin bazasından real vaxtda digital.edu.az-a generasiya olunur.
 
Əgər hansısa problem olarsa, siyahıda övladlar qeyri-dəqiq göstərilərsə +994 (12) 146 -4 qaynar xəttinə zəng etmək, yaxud [email protected] ünvanına yazmaq olar."
 
Ekspertin sözlərinə görə, Elm və Təhsil Nazirliyi bu platforma ilə valideynlərə məktəbə gəlmədən övladlarının tədris prosesinə nəzarət imkanı yaradıb:
 
"Həmçinin direktorla birbaşa əlaqə imkanı yaratmaqla məktəblə əlaqəli bütün məsələlərin həlli üçün, valideynin məktəbin fəaliyyətində yaxından iştirakı üçün də imkanlar yaradılıb.
 
Bütün bunlar isə sonda valideynlərin təhsil proseslərində, övladının tədris prosesində və məktəb idarəetməsində daha yaxından iştirakına imkanlar yaradır.
Valideynlərin bu platformaya qoşulması vacibdir və bu, çox faydalı olardı".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Valideynlər üçün məmnuniyyət sorğusu keçirilir

Valideynlər üçün məmnuniyyət sorğusu keçirilir

19-12-2025
“Rəqəmsal məktəb”: müəllim fəaliyyətinə dair valideyn rəyi

“Rəqəmsal məktəb”: müəllim fəaliyyətinə dair valideyn rəyi

05-02-2026
Rəqəmsal məktəb platforması istifadəyə verilib

Rəqəmsal məktəb platforması istifadəyə verilib

07-02-2025
“Rəqəmsal məktəb” platformasına “SİMA İmza” ilə giriş təmin edilib

“Rəqəmsal məktəb” platformasına “SİMA İmza” ilə giriş təmin edilib

07-04-2025
“Rəqəmsal məktəb” valideyn–məktəb əməkdaşlığında yeni imkanlar yaradır

“Rəqəmsal məktəb” valideyn–məktəb əməkdaşlığında yeni imkanlar yaradır

02-02-2026
"Rəqəmsal Məktəb" platforması təhsilin rəqəmsal transformasiyasını xeyli sürətləndirəcək

"Rəqəmsal Məktəb" platforması təhsilin rəqəmsal transformasiyasını xeyli sürətləndirəcək

07-02-2025
“Rəqəmsal məktəb”: şagirdlər üçün müasir öyrənmə mühiti

“Rəqəmsal məktəb”: şagirdlər üçün müasir öyrənmə mühiti

04-02-2026
“Rəqəmsal məktəb”- direktorla ünsiyyətin daha asan yolu

“Rəqəmsal məktəb”- direktorla ünsiyyətin daha asan yolu

27-02-2026
“Rəqəmsal məktəb”: hər valideynin fikri dəyərlidir

“Rəqəmsal məktəb”: hər valideynin fikri dəyərlidir

03-02-2026
Bakı məktəblərində “Rəqəmsal məktəb” platforması istifadəyə verilir

Bakı məktəblərində “Rəqəmsal məktəb” platforması istifadəyə verilir

06-02-2025
“E-Məktəb” sistemi 10 məktəbdə tam istifadəyə verildi

“E-Məktəb” sistemi 10 məktəbdə tam istifadəyə verildi

01-06-2010
I sinfə e-müraciət ilə bağlı yenilik

I sinfə e-müraciət ilə bağlı yenilik

03-04-2018
Məktəb icmalarının saytı fəaliyyətə başlayıb

Məktəb icmalarının saytı fəaliyyətə başlayıb

15-12-2015
Şagirdlərin elektron yerdəyişməsi ilə bağlı diqqət edilməli məqamlar açıqlanıb

Şagirdlərin elektron yerdəyişməsi ilə bağlı diqqət edilməli məqamlar açıqlanıb

22-02-2025
I sinfə e-sənəd qəbulunun növbəti mərhələsi başlayır

I sinfə e-sənəd qəbulunun növbəti mərhələsi başlayır

16-06-2017
Şagirdlərin elektron yerdəyişməsi davam edir

Şagirdlərin elektron yerdəyişməsi davam edir

06-08-2025
Şagirdlərin elektron yerdəyişməsinə başlanılıb

Şagirdlərin elektron yerdəyişməsinə başlanılıb

25-02-2025
“Rəqəmsal məktəb” platforması: “Microsoft Copilot”

“Rəqəmsal məktəb” platforması: “Microsoft Copilot”

17-03-2026
BŞTİ birinci sinfə elektron qeydiyyatla bağlı müraciət edib

BŞTİ birinci sinfə elektron qeydiyyatla bağlı müraciət edib

16-03-2026
Məktəblərdə siniflərə kamera qoyulur

Məktəblərdə siniflərə kamera qoyulur

07-10-2010
“BilBacar” müsabiqəsində iştirak üçün məktəb qeydiyyatı aparılır

“BilBacar” müsabiqəsində iştirak üçün məktəb qeydiyyatı aparılır

03-11-2025
Ekspert: Təhsil Nazirliyi elektron məktəbi sıfırdan qurur?

Ekspert: Təhsil Nazirliyi elektron məktəbi sıfırdan qurur?

18-09-2021
Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıb

Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıb

25-11-2024
Valideynlər uşaqların Shorts-a baxışına nəzarət edə biləcək

Valideynlər uşaqların Shorts-a baxışına nəzarət edə biləcək

15-01-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə