Energetika Nazirliyində “Elektromobillik üzrə Milli Plan”ın hazırlanması müzakirə edilib.
Xeberler.az bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, bu məqsədlə qurumda ABŞ-ın “Boston Consulting Group” (BCG) şirkətinin icraçı direktoru Arturs Smilkstinsin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq “Elektromobillik üzrə Milli Plan”ın hazırlanması çərçivəsində “Boston Consulting Group”la əməkdaşlıq məsələləri müzakirə edilib.
Bu sahədə inkişaf tendensiyaları, beynəlxalq təcrübə nəzərdən keçirilib. Elektromobillik planının hazırlanması üzrə şirkətin ilkin yanaşması, baxışları diqqətə çatdırılıb. Elektrikli nəqliyyat vasitələrinin geniş yayılması üçün enerji doldurma infrastrukturunun yaradılması, bu prosesin enerjiyə tələbata təsiri, azad edilmiş ərazilər və Naxçıvanın “yaşıl enerji zonası” konsepsiyasında inkişafı üçün elektromobilliyin tətbiqi, həmçinin ölkəmizdə elektromobillik planının hazırlanması üçün Texniki Tapşırıq sənədi ətrafında fikir mübadiləsi aparılıb, müvafiq tövsiyələr verilib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri