Naxçıvanda “İnnovasiya üzrə Alt İşçi Qrupu"nun iclası keçirilib

23-10-2025 / 17:33

Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial–iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış “İnnovasiya üzrə Alt İşçi Qrupu"nun ilk iclası keçirilib.

Xeberler.az bildirir ki, tədbir zamanı 2027–2030-cu illərdə innovasiya sahəsində həyata keçirilməsi nəzərdə tutulan islahatlar, strateji fəaliyyət istiqamətləri, əsas prioritetlər və hədəflər ətrafında geniş fikir mübadiləsi aparılıb. Qrup üzvləri innovasiya ekosisteminin gücləndirilməsi, startapların inkişafı, dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi və regionlarda innovativ fəaliyyətin stimullaşdırılması ilə bağlı təkliflər səsləndiriblər. İştirakçılar, həmçinin rəqəmsal transformasiya, süni intellekt və yüksək texnologiyalar üzrə milli potensialın artırılması istiqamətlərində görüləcək işləri müzakirə ediblər.

Qeyd edək ki, “İnnovasiya üzrə Alt İşçi Qrupu" Prezidentin müvafiq Sərəncamına əsasən 2027–2030-cu illər üçün Strategiyanın hazırlanması çərçivəsində yaradılıb və əsas məqsədi innovasiya sahəsində inkişaf prioritetlərini və strateji hədəfləri müəyyənləşdirmək və bu sahəyə dair təkliflər hazırlamaqdır.

İclasın sonunda qarşıdakı dövr üçün fəaliyyət planı və növbəti görüşlərin mövzuları üzrə razılıq əldə olunub.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə