Previous Next
Bağla

Elektron “Baytarlıq xidmətləri monitorinqi” altsistemi yaradılır

29-09-2022 18:40
Elektron “Baytarlıq xidmətləri monitorinqi” altsistemi yaradılır

“Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilib.

Xeberler.az bildirir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Əsasnaməyə edilən dəyişikliyə əsasən, “Elektron kənd təsərrüfatı” informasiya sistemində “Baytarlıq xidmətləri monitorinqi” altsistemi yaradılır.

“Baytarlıq xidmətləri monitorinqi” altsistemi vasitəsilə xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı dövlət büdcəsindən maliyyələşdirilən baytarlıq xidmətlərini həyata keçirən hüquqi şəxslərin və fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslərin (baytarlıq subyektləri) qeydiyyatı və müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinin elektron qaydada izlənilməsi, habelə onların fəaliyyətinin əlaqələndirilməsi təmin ediləcək.

Digər dəyişikliyə görə, “Elektron kənd təsərrüfatı” informasiya sisteminə daxil olan “heyvandarlıq və süni mayalanma” altsistemi vasitəsilə heyvandarlıq təsərrüfatları üzrə fəaliyyət göstərən baytarlıq mütəxəssislərinin fəaliyyətinin əlaqələndirilməsi də təmin ediləcək.

İndiyə qədər baytar həkimi “Elektron kənd təsərrüfatı” informasiya sistemində qeydiyyatdan keçmək, elektron kabinetdən istifadə etmək və doğulmuş heyvanın sağlamlığı haqqında sənədləri (məlumatları) daxil etmək imkanına malik idi. Dəyişikliyə əsasən, “baytar həkimi” anlayışı “heyvandarlıq təsərrüfatlarında fəaliyyət göstərən, habelə xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı dövlət büdcəsindən maliyyələşdirilən baytarlıq xidmətlərini həyata keçirən müvafiq baytarlıq mütəxəssisləri” anlayışı ilə əvəz edilir, eyni zamanda “Elektron kənd təsərrüfatı” informasiya sistemində onlar üçün imkanlar genişləndirilir. Heyvandarlıq təsərrüfatlarında fəaliyyət göstərən, habelə xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı dövlət büdcəsindən maliyyələşdirilən baytarlıq xidmətlərini həyata keçirən müvafiq baytarlıq mütəxəssisləri sistemdə aşağıdakı imkanlara malik olacaqlar:

- qeydiyyatdan keçmək;
- elektron kabinetdən istifadə etmək;
- doğulmuş heyvanın sağlamlığı haqqında sənədləri (məlumatları) daxil etmək;
- heyvandarlıq təsərrüfatları üzrə baytarlıq xidmətlərinin göstərilməsi və nəticəsi barədə məlumatları daxil etmək;
- əməyin təhlükəsizliyi tədbirləri ilə tanış olmaq və təsdiqləmək;
- baytarlıq xidmətləri göstərilən heyvanlar barədə məlumatları daxil etmək;
- baytarlıq xidmətləri üzrə monitorinqin nəticəsi ilə tanış olmaq və qeydlərini daxil etmək;
- müraciətləri izləmək və müraciət əsasında yerinə yetirdiyi baytarlıq xidmətləri barədə məlumatları daxil etmək

Digər dəyişikliklə “Elektron kənd təsərrüfatı” informasiya sisteminə daxil edilən məlumatların sırasına xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı dövlət büdcəsindən maliyyələşdirilən baytarlıq xidmətlərinin göstərilməsi ilə bağlı bağlanılmış müqavilələrin icrası və heyvanların qırxım məntəqələri və qaramalın çimizdirilmə qurğularında həyata keçirilən xidmətlər barədə məlumatlar da daxil edilib.

Heyvanların qırxım məntəqələrinə isə “Elektron kənd təsərrüfatı” informasiya sistemində qeydiyyatdan keçmək. elektron kabinetdən istifadə etmək, müraciətləri izləmək və müraciət əsasında yerinə yetirdiyi xidmətlər üzrə məlumatları daxil etmək imkanları yaradılır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Elektron kənd təsərrüfatı” sistemi yaradılır

“Elektron kənd təsərrüfatı” sistemi yaradılır

13-01-2015
Nazirliyin 4 qurumu əsasında bir Agentlik yaradıldı

Nazirliyin 4 qurumu əsasında bir Agentlik yaradıldı

14-01-2019
  Kənd Təsərrüfatı Nazirliyi elektron xidmətə başlayıb

Kənd Təsərrüfatı Nazirliyi elektron xidmətə başlayıb

09-04-2012
Portala kənd təsərrüfatı ilə bağlı 7 e-xidmət inteqrasiya olundu

Portala kənd təsərrüfatı ilə bağlı 7 e-xidmət inteqrasiya olundu

16-01-2017
Azərbaycan Rusiya  ilə elektron baytarlıq üzrə sistem yaradacaq

Azərbaycan Rusiya ilə elektron baytarlıq üzrə sistem yaradacaq

24-02-2016
“Elektron kənd təsərrüfatı” informasiya sisteminin əhatə dairəsi genişləndirilib

“Elektron kənd təsərrüfatı” informasiya sisteminin əhatə dairəsi genişləndirilib

14-04-2023
Özbəkistan Azərbaycanın kənd təsərrüfatının rəqəmsallaşdırılması təcrübəsini öyrənir

Özbəkistan Azərbaycanın kənd təsərrüfatının rəqəmsallaşdırılması təcrübəsini öyrənir

05-07-2023
Subsidiyaların ödənilməsi elektron kənd təsərrüfatı layihəsi vasitəsilə həyata keçiriləcək

Subsidiyaların ödənilməsi elektron kənd təsərrüfatı layihəsi vasitəsilə həyata keçiriləcək

27-04-2019
“Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”yə dəyişikliklər edilib

“Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”yə dəyişikliklər edilib

03-08-2020
Kənd təsərrüfatı məhsullarının qiymətləri elektron  açıqlanacaq

Kənd təsərrüfatı məhsullarının qiymətləri elektron açıqlanacaq

06-04-2015
Qida sahəsində yeni elektron xidmətlər

Qida sahəsində yeni elektron xidmətlər

05-12-2022
Rayonlarda “E-kənd təsərrüfatı” informasiya sistemi tətbiq edilir

Rayonlarda “E-kənd təsərrüfatı” informasiya sistemi tətbiq edilir

26-11-2015
Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin təqdimatı keçirilib

Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin təqdimatı keçirilib

14-02-2019
Kənd təsərrüfatı məhsullarının satış qiymətləri üzrə elektron məlumat bazası yaradılır

Kənd təsərrüfatı məhsullarının satış qiymətləri üzrə elektron məlumat bazası yaradılır

06-11-2015
Bu günədək 20,566 fermer elektron qeydiyyatdan keçib

Bu günədək 20,566 fermer elektron qeydiyyatdan keçib

15-04-2019
12 700-ə yaxın fermer elektron qeydiyyatdan keçib

12 700-ə yaxın fermer elektron qeydiyyatdan keçib

12-04-2019
Beynəlxalq təcrübə əsasında Elektron kənd təsərrüfatı sistemi yaradılır

Beynəlxalq təcrübə əsasında Elektron kənd təsərrüfatı sistemi yaradılır

02-04-2015
Kənd təsərrüfatı məhsullarının qiymət məlumat bazası fəaliyyətə başlayıb

Kənd təsərrüfatı məhsullarının qiymət məlumat bazası fəaliyyətə başlayıb

09-12-2015
Nazirlik  məhsulların qiymətini elektron formada açıqlayacaq

Nazirlik məhsulların qiymətini elektron formada açıqlayacaq

04-06-2015
Massalıda elektron kənd təsərrüfatı sisteminin tətbiqinə start verilib

Massalıda elektron kənd təsərrüfatı sisteminin tətbiqinə start verilib

25-05-2019
Subsidiyaların verilməsi artıq elektron qaydada olacaq

Subsidiyaların verilməsi artıq elektron qaydada olacaq

19-09-2019
“Kənd təsərrüfatı məhsulunun qiymətini göstərən elektron sistem hazırlanır”

“Kənd təsərrüfatı məhsulunun qiymətini göstərən elektron sistem hazırlanır”

23-09-2015
Mineral gübrələrin 70 faiz güzəştlə satışı elektron qaydada aparılır

Mineral gübrələrin 70 faiz güzəştlə satışı elektron qaydada aparılır

12-11-2018
Kənd təsərrüfatı elektronlaşdırılır

Kənd təsərrüfatı elektronlaşdırılır

04-08-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə