Previous Next
Bağla

Mineral gübrələrin 70 faiz güzəştlə satışı elektron qaydada aparılır

12-11-2018 10:25
Mineral gübrələrin 70 faiz güzəştlə satışı elektron qaydada aparılır
Kənd təsərrüfatı texnikalarının, damazlıq heyvanların lizinqi, kənd təsərrüfatı texnikalarına güzəştin tətbiqi kimi elektron xidmətlər tamamlanaraq "Elektron hökumət” portalına inteqrasiya edilib.
 
Xeberler.az  bildirir ki, AZƏRTAC-ın məlumatına görə, bunu açıqlamasında "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətin informasiya və elektron xidmətlər şöbəsinin müdiri Ayaz Qədirov deyib. Onun sözlərinə görə, mineral gübrələrin 70 faiz güzəştlə satışı da tam olaraq elektron qaydada aparılır.
 
"Aqrolizinq Avtomatlaşdırılmış İnformasiya Sistemi"nin yaradılması barədə də danışan Ayaz Qədirov bildirib ki, əsas məqsəd dövlət qurumu və fermer münasibətlərinin elektron müstəviyə keçirilməsinə nail olmaqdır. Mərkəzi Aparatda ən müasir avadanlıqlarla təchiz edilmiş, modern maddi-texniki baza, zəruri informasiya və kommunikasiya texnologiyaları ilə təmin olunmuş informasiya texnologiyaları infrastrukturu yaradılıb. Cəmiyyətin informasiya texnologiyaları infrastrukturu beynəlxalq təcrübəyə əsaslanmaqla təkmilləşdirilir. Habelə "Aqrolizinq AİS"in əsas komponentləri də təkmilləşdirilir. Məlumatların toplanması, saxlanılması və vahid verilənlər bazasının yaradılması, məlumatların avtomatlaşdırılmış şəkildə yığılması imkanı səhmdar cəmiyyətin fəaliyyətini çevik bir modelə çevirir. Məlumat sistemi daxil edilən məlumatın mötəbərliyini təmin etmək məqsədilə İAMAS, AVİS, E-Gov sistemlərinə inteqrasiya olunub. Ödənişlərin avtomatlaşdırılması məqsədilə "ASAN ödəniş” sisteminə inteqrasiya tamamlanıb.
 
"Xidmətlərdən istifadə etmək üçün vətəndaşlar "Elektron hökumət” portalında qeydiyyatdan keçməlidirlər. Yalnız bundan sonra Kənd Təsərrüfatı Nazirliyinin xidmətləri bölməsinə daxil olaraq, xidmətlərdən istifadə edə bilərlər. Bildirmək istərdim ki, burada "Aqrolizinq” fermerlərə xüsusi yanaşır. Belə ki, "Elektron hökumət” portalı ilə razılaşma əsasında vətəndaşları həmin portalda qeydiyyatdan keçirə bilərik. Nəticədə fermer həm bizim, həm də "Elektron hökumət” portalında olan digər dövlət qurumlarının xidmətlərindən yararlana bilər”, - deyə Ayaz Qədirov qeyd edib.
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Elektron kənd təsərrüfatı” sistemi yaradılır

“Elektron kənd təsərrüfatı” sistemi yaradılır

13-01-2015
Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin təqdimatı keçirilib

Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin təqdimatı keçirilib

14-02-2019
Beynəlxalq təcrübə əsasında Elektron kənd təsərrüfatı sistemi yaradılır

Beynəlxalq təcrübə əsasında Elektron kənd təsərrüfatı sistemi yaradılır

02-04-2015
Kənd təsərrüfatı elektronlaşdırılır

Kənd təsərrüfatı elektronlaşdırılır

04-08-2015
Portala kənd təsərrüfatı ilə bağlı 7 e-xidmət inteqrasiya olundu

Portala kənd təsərrüfatı ilə bağlı 7 e-xidmət inteqrasiya olundu

16-01-2017
DİN-in məlumat axtarış sistemindən KTN-ə servis ötürüləcək

DİN-in məlumat axtarış sistemindən KTN-ə servis ötürüləcək

30-04-2015
Subsidiyaların verilməsi artıq elektron qaydada olacaq

Subsidiyaların verilməsi artıq elektron qaydada olacaq

19-09-2019
Nazirlik elektron məlumat mübadiləsini gücləndirir

Nazirlik elektron məlumat mübadiləsini gücləndirir

10-03-2016
Kənd təsərrüfatı da elektronlaşır

Kənd təsərrüfatı da elektronlaşır

30-11-2015
Elektron “Baytarlıq xidmətləri monitorinqi” altsistemi yaradılır

Elektron “Baytarlıq xidmətləri monitorinqi” altsistemi yaradılır

29-09-2022
Subsidiyaların ödənilməsi elektron kənd təsərrüfatı layihəsi vasitəsilə həyata keçiriləcək

Subsidiyaların ödənilməsi elektron kənd təsərrüfatı layihəsi vasitəsilə həyata keçiriləcək

27-04-2019
Bu günədək 20,566 fermer elektron qeydiyyatdan keçib

Bu günədək 20,566 fermer elektron qeydiyyatdan keçib

15-04-2019
12 700-ə yaxın fermer elektron qeydiyyatdan keçib

12 700-ə yaxın fermer elektron qeydiyyatdan keçib

12-04-2019
 Portala 3 yeni e-xidmət inteqrasiya olundu

Portala 3 yeni e-xidmət inteqrasiya olundu

10-01-2018
Massalıda elektron kənd təsərrüfatı sisteminin tətbiqinə start verilib

Massalıda elektron kənd təsərrüfatı sisteminin tətbiqinə start verilib

25-05-2019
Kənd təsərrüfatı məhsullarının qiymətləri elektron  açıqlanacaq

Kənd təsərrüfatı məhsullarının qiymətləri elektron açıqlanacaq

06-04-2015
Yeni elektron portal  təqdim edilib

Yeni elektron portal təqdim edilib

10-11-2016
Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi-nin tətbiqinə start verilir

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi-nin tətbiqinə start verilir

15-02-2019
Rayonlarda “E-kənd təsərrüfatı” informasiya sistemi tətbiq edilir

Rayonlarda “E-kənd təsərrüfatı” informasiya sistemi tətbiq edilir

26-11-2015
“Elektron hökumət” portalına yeni xidmətlər əlavə edilib

“Elektron hökumət” portalına yeni xidmətlər əlavə edilib

28-08-2015
Elektron xidmətlərin sayı artır

Elektron xidmətlərin sayı artır

27-07-2012
Qubada Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanılıb

Qubada Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanılıb

22-02-2019
37,500 fermer elektron qeydiyyatdan keçib

37,500 fermer elektron qeydiyyatdan keçib

19-04-2019
Nazir: Aqrar Süni İntellekt qərarverməni daha dəqiq edəcək

Nazir: Aqrar Süni İntellekt qərarverməni daha dəqiq edəcək

11-03-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə