Previous Next
Bağla

Portala kənd təsərrüfatı ilə bağlı 7 e-xidmət inteqrasiya olundu

16-01-2017 16:23
Portala kənd təsərrüfatı ilə bağlı 7 e-xidmət inteqrasiya olundu

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin operatoru olduğu “Elektron hökumət” portalına yeni elektron xidmətlər inteqrasiya olunub.

Xeberler.az-ın məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyinin yeni olaraq daha 7 elektron xidməti portala inteqrasiya edilib:

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan kənd təsərrüfatı texnikasına güzəştlərin tətbiq edilməsi barədə müraciətlərin qəbulu”,

“Heyvan və quşların ölkəyə müvəqqəti daxil olması və ölkədən müvəqqəti çıxarılması üçün müraciətin qəbulu”,

“Bitki və bitkiçilik məhsullarının ixracına fitosanitar sertifikatının verilməsi üçün müraciətin və sənədlərin qəbulu”,

“Müraciət nömrəsinə görə müraciətlərin statusunun yoxlanması”,

“Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin idxalına rəyin verilməsi üçün müraciətin və sənədlərin qəbulu”,

“Ölkə daxilində daşımalar zamanı bitki və bitkiçilik məhsullarına daxili karantin sertifikatının verilməsi üçün müraciətin və sənədlərin”,

“Bitki və bitkiçilik məhsullarının təkrar ixracına təkrar ixracat fitosanitar sertifikatının verilməsi üçün müraciətin və sənədlərin qəbulu”

Eyni zamanda, inteqrasiya olunan yeni xidmətlərlə yanaşı, istifadəçi rahatlığını təmin etmək məqsədilə qurumun “Elektron hökumət” portalında mövcud olan və aşağıda sadalanan elektron xidmətləri təkmilləşdirilib.

“Baytarlıq preparatlarının dövlət qeydiyyatına alınması, dövlət reyestrinin aparılması və qeydiyyat şəhadətnaməsinin verilməsi üçün müraciətlərin qəbulu” 
“Dövlət  baytarlıq nəzarətində olan yüklərin, o cümlədən baytarlıq preparatlarının, yem və yem əlavələrinin idxalına icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu” 
“Dövlət  baytarlıq nəzarətində olan yüklərin, o cümlədən baytarlıq preparatlarının, yem və yem əlavələrinin ixracına icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu” 
- “Bitki və bitkiçilik məhsullarının idxalınа idxal karantin icazəsinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu” 
“Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması və qeydiyyata alınması üçün müraciətin və sənədlərin qəbulu” 
- “Dövlət vəsaiti hesabına idxal olunan damazlıq heyvanların lizinq yolu ilə heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması üçün müraciət və sənədlərin qəbulu” 
“Kənd təsərrüfatı texnikalarının lizinq yolu ilə verilməsi üçün müraciətin və sənədlərin qəbulu” 
"Özəl toxumçuluq fəaliyyəti sahəsində qeydiyyata alınmaq üçün müraciətin və sənədlərin qəbulu"
“Özəl təsərrüfatın damazlıq istiqamətinin təyin edilməsi üçün qeydiyyata götürülməsi”.
“Baytarlıq preparatlarının aprobasiyası, ekspertizası, sınaqdan keçirilməsi üçün sənədlərin qəbulu və rəy verilməsi”.

Bundan əlavə, Kənd Təsərrüfatı Nazirliyinin portalda mövcud olan “Baytarlıq nəzarətində olan yüklərin, eləcə də diri heyvan və quşların idxalı zamanı icazənin verilməsi üçün müraciətin və sənədlərin” və “Baytarlıq nəzarətində olan yüklərin, eləcə də diri heyvan və quşların ixracı zamanı icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu” adlı iki xidməti birləşdirilərək “Heyvan və quşların ölkəyə müvəqqəti daxil olması və ölkədən müvəqqəti çıxarılması üçün müraciətin qəbulu” adlı bir xidmət kimi istifadəçilərə təqdim edilir.

“Bitki və bitkiçilik məhsullarının ixracına, təkrar ixracına, Azərbaycan Respublikasının ərazisində daşınmasına və dövriyyəsinə təkrar ixracat fitosanitar sertifikatının və fitosanitar sertifikatlarının verilməsi üçün müraciət və sənədlərin qəbulu” adlı bir xidmət isə “Bitki və bitkiçilik məhsullarının ixracına fitosanitar sertifikatının verilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “Bitki və bitkiçilik məhsullarının təkrar ixracına təkrar ixracat fitosanitar sertifikatının verilməsi üçün müraciətin və sənədlərin qəbulu” və “Ölkə daxilində daşımalar zamanı bitki və bitkiçilik məhsullarına daxili karantin sertifikatının verilməsi üçün müraciətin və sənədlərin qəbulu” adlı 3 ayrı elektron xidmət kimi təqdim edilir.

Adı çəkilən xidmətlər istifadəçi rahatlığı təmin edilməklə, daha da optimallaşdırılıb, istifadəçilərə elektron xidmətin göstərilməsinin gedişatı barədə elektron məlumat almaq imkanı yaradılıb.

Qurumun təqdim etdiyi xidmətlərdən istifadə etmək üçün “Elektron hökumət” portalında qeydiyyatdan keçmək vacib şərtdir.

Qeyd edək ki, “Elektron kənd təsərrüfatı” informasiya sisteminin yaradılması istiqamətində qısa müddət ərzində görülən genişmiqyaslı işlər nəticəsində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən göstərilən 22 elektron xidmət "Elektron hökumət” portalına inteqrasiya edilib.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Qida sahəsində yeni elektron xidmətlər

05-12-2022

“Həkim axtarışı” - yeni xidmət yaradılır

13-02-2015

Bütün e-xidmətlər nazirliyin saytında yerləşdirilib

16-01-2015

Portala 3 yeni e-xidmət inteqrasiya olundu

10-01-2018

Azərbaycanda elektron xidmətlərin sayı artırıldı

17-05-2015

Müəllif Hüquqları Agentliyinin 5 elektron xidməti yeniləndi

16-11-2016

Nazirlik 3 yeni e-xidmət istifadəyə verdi

22-04-2017

Çağırışçılar hərbi xidmət yerlərini SMS-lə öyrənəcək

01-05-2015

Ləğv olunmuş Dövlət Komitəsinin 7 elektron xidmətinin təchizatçısı bəlli olub

19-11-2015

Daha bir elektron xidmətin adı dəyişdirilib

19-11-2015

İki elektron xidmətin inzibati reqlamentində dəyişiklik olunub

12-11-2015

Portalın pensiya xidmətləri daha populyardır

11-09-2015

Daha bir qurum xidmətini “Elektron hökumət” portalına inteqrasiya edib

16-06-2015

Elektron xidmət növləri siyahısında dəyişiklik edilib

04-07-2017

“Elektron kənd təsərrüfatı” sistemi yaradılır

13-01-2015

Nazirliyin 4 qurumu əsasında bir Agentlik yaradıldı

14-01-2019

Portaldan daha bir yenilik

05-11-2016

Kənd Təsərrüfatı Nazirliyi elektron xidmətə başlayıb

09-04-2012

Azərbaycanda elektron özəlləşdirməyə start verilib

06-08-2014

Ad və soyadın dəyişdirilməsi asanlaşdı

06-09-2016

Biznes sahəsinə aid olan elektron xidmətlər və xidmət təchizatçılarının adları açıqlanıb

22-06-2015

Daha bir xidmət “Elektron hökumət” portalına inteqrasiya olundu

24-06-2015

Subsidiyaların ödənilməsi elektron kənd təsərrüfatı layihəsi vasitəsilə həyata keçiriləcək

27-04-2019

Portala daha 3 e- xidmət əlavə olundu

22-09-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə