“Elektron Hökumət” bülleteni üzrə növbəti brifinq keçiriləcək

09-09-2015 / 15:30

Sentyabrın 11-də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzində (MHM)  “Elektron Hökumət”  bülleteni üzrə növbəti brifinqi keçiriləcək.

Xeberler.az-ın məlumatına görə, brifinqdə “Microsoft Azərbaycan” şirkətinin baş direktoru Rüfət Hacıəlibəyov, Mərkəzi bankın nümayəndəsi,“Milli kart” MMC-nın nümayəndəsi və Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün iştirakı nəzərdə tutulub.
Brifinqdə fəaliyyət sahələri üzrə yeniliklər təqdim ediləcək  və mətbuat nümayəndələrinin sualları cavablandırılacaq.

Qeyd edək ki, brifinq iştirakçılarına təqdim ediləcək  çay və  kofe ətrafında səmimi müzakirələr üçün imkan yaranacaq.

 

Mirvari Nəcəf


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə