Previous Next
Bağla

Bankların elektron xidmətlərdən istifadəsi müzakirə olunub

29-04-2015 14:24
Bankların elektron xidmətlərdən istifadəsi müzakirə olunub

Bu gün "Elektron Hökumət" portalının operatoru - Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən Respublikada fəaliyyət göstərən banklar üçün "Elekron hökumət portalı, elektron xidmətlər, elektron həllər və banklar ilə mümkün əməkdaşlıq" mövzusunda seminar keçirilib. 

 Mərkəzdən Xəbərlər-ə verilən məlumata görə, Seminarda "Caspian Development Bank (CDB)” ASC, NBC Bank, Dəmir Bank, Bank Avrasiya ASC, Euro Bank ASC, Naxçıvan Bank ASC, Yapı Kredi Bank, Zamin Bank və s. bankların nümayəndələri iştirak etdilər.

Seminarın təşkil edilməsində məqsəd portal üzərindən təqdim olunan elektron arayışların vətəndaşlar və biznes qurumlar üçün üstünlükləri, bu sistemə qoşulmuş qurumların təcrübələri, statistik məlumatlar, elektron arayışların tətbiq sahələri, sistemə qoşulmaq üçün prosedurlar bu sahədə maarifləndirmə işləri aparmaq və elektron arayışlarla kredit verən bankların, kredit təşkilatlarının və digər qurumların siyahısını genişləndirməkdir.

Seminarda MHM-in şöbə müdiri İlqar Abdullayev problemli kreditlərin mövcud olduğu zamanda bankların kredit verilməsində böyük həssaslıq göstərdiyini, müraciətçilər barəsində daha geniş və dəqiq məlumat tələb olunduğunu vurğuladı. "Elektron Hökumət" portalı vasitəsilə isə vətəndaş üzrə əldə olunan məlumatlar müxtəlif dövlət qurumlarının (Daxili İşlər Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi və s.) bazasından götürüldüyü üçün informasiyanın saxtalaşdırılması qeyri-mümkündür və təqdim olunan arayışlardakı məlumatların tamlığına və dəqiqliyinə tam zəmanət verilir.

Proqramlaşdırma şöbəsinin müdiri Cəmşid Naxçıvanski sistemə qoşulmaq üçün texniki şərtlər və təhlükəsizlik məsələləri barədə ətraflı informasiya verdi. Bankların "Elektron Hökumət" portalına qoşulması üçün tələb olunan zəruri texniki detallar barədə danışıldı, həmçinin, portal üzərindən elektron arayışlardan istifadə üsulları və texniki əsası izah edildi. Məruzəçi qeyd etdi ki, bir müddət bankda test mühitində sınaqdan keçirildikdən sonra sistemin tam şəkildə istismarına start verilir.

Daha sonra, Marketinq şöbəsinin sektor müdiri Seymur Məmmədov sistemə qoşulmaq üçün prosedurlar, müqavilə şərtləri barədə informasiya verərək elektron arayışlardan hazırda faydalanan bankların əldə etdiyi müsbət nəticələrdən, elektron arayışların sosial mahiyyətindən danışdı.

Tədbir çərçivəsində MHM-in mütəxəssisləri tərəfindən bank əməliyyatçılarının elektron arayışlarla iş prosesi əyani olaraq nümayiş etdirildi.

Seminar iştirakçıların sualları əsasında müzakirələrlə davam etdi. Sonda, tədbirin iştirakçılarına e-imza kartları hədiyyə edildi.

Qeyd edək ki, seminar zamanı daha 4 bankın portala qoşulma istəyi qeydə alındı və bu barədə ilkin danışıqlar aparıldı.

Ümumilikdə, "Elektron Hökumət" portalı üzrə keçirilən bütün maarifləndirici tədbirlərin əsas hədəfi dövlət, eləcə də özəl qurumlarla əməkdaşlığın gücləndirilməsi, fikir və təcrübə mübadiləsinin aparılmasıdır. Bu da, sosial əməliyyatların elektronlaşması, məmur-vətəndaş ünsiyyətinin tədricən aradan qaldırılmasına xidmət edir.

Sevinc Çəltikova

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Elektron arayışla kredit verən bankların sayı artacaq

28-12-2014

Daha bir bank “Elektron Hökumət” portalına qoşuldu

10-09-2015

Kreditlər elektron arayışla veriləcək

29-12-2014

Banklar elektron arayışlardan istifadəni artırıb

16-01-2015

Daha bir bank “Elektron hökumət” portalına qoşuldu

14-03-2016

Daha bir bank elektron arayışa keçdi

25-04-2015

Daha bir bank portala qoşuldu

24-10-2017

Azərbaycan Beynəlxalq Bankı "Elektron Hökumət" portalına qoşuldu

21-01-2015

Daha bir bank portala qoşuldu

13-10-2016

Elektron Hökumət portalının operatoru tələbələrlə görüşdü

05-05-2015

Nazirlik yeni elektron xidmətlərini “Elektron Hökumət” portalına inteqrasiya edir

10-06-2015

Daha bir bank elektron arayışla xidmət göstərəcək

23-09-2015

“Elektron hökumət” mövzusunda seminar keçirilib

02-03-2017

Daha bir kredit təşkilatı portala qoşulub

05-07-2016

“Elektron hökumət və gənclər” seminarı keçirilib

29-09-2015

Elektron arayışla Kapital Bank-a necə müraciət etmək olar?

09-02-2016

Vətəndaşlara fərdi məlumatları üzrə 6 mindən artıq elektron arayış verilib

13-04-2015

Daha 2 qurum portal üzərindən xidmət edəcək

26-01-2018

E-imza ilə bağlı növbəti seminar keçirilib

06-05-2017

Azərbaycanda elektron arayışın istifadəsinə başlanıb

01-04-2015

“Elektron hökumət və gənclər” mövzusunda seminar keçirildi

07-04-2015

Banklar “Asan İmza”dan effektiv istifadə edir

29-04-2016

“Elektron Hökumət və gənclər” seminarı keçirilib

01-12-2015

Kredit arayışları elektron qəbul ediləcək

01-12-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə