Previous Next
Bağla
REKLAM YERİ

"Elektron Hökumət": 2014-cü ilin uğurlu yekunları

06-01-2015 10:06
"Elektron Hökumət": 2014-cü ilin uğurlu yekunları

2014-cü il "Elektron Hökumət” quruculuğu istiqamətində olduqca səmərəli olmuş, il ərzində bu sahənininkişafı ilə əlaqədar bir sıra işlər görülmüş və əhəmiyyətli layihələr həyata keçirilmişdir. Yeni qurumların, yeni xidmətlərin portala inteqrasiyası, yeni bölmələrin, funksionallıqların yaradılması, qeydiyyatın və istifadənin sadələşdirilməsi, portalın geniş ictimaiyyətə çatdırılması üçün həyata keçirilən tədbirlər və s. istiqamətdə xeyli işlər görülmiş, bununla da portalın dinamik şəkildə inkşafı 2014-cü ildə də davam etdirilmişdir.

2014-cü il ərzində"Elektron hökumət” portalına 114 yeni e-xidmət inteqrasiya edilmişdir. Bununla da portalda olan e-xidmətlərin sayı ümumilikdə 396-ya çatdırılmışdır ki, bu da ötən ilin yekunları ilə müqayisədə 40% çoxdur. Cari ildə portala əlavə olunan yeni elektron xidmətlər Vergilər Nazirliyinə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, TəhsilNazirliyinə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, Ədliyyə Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyana,Əmlak Məsələləri Dövlət Komitəsinə və Dövət Miqrasiya Xidmətinə məxsusdur.

2014-cü il ərzində əhali arasında "E-hökumət” portalına olan maraq xeyli artmışdır. Belə ki, 01.12 2014-cü il tarixə:

–portaldakı e-xidmətlərdən istifadə sayı 5,8 milyonu keçib,

–portalın istifadəçilərinin sayı 1,1 milyonu nəfəri keçib.

Portalın istifadəçilərin rahatlığının təmin edilməsi, istifadə zamanı meydana çıxan sualların cavablandırılması, e-xidmətlərin göstərilməsində operativliyin və məsuliyyətin artırılması kimi məsələlər diqqət mərkəzində olmuşdur. E-xidmətlər üzrə 100-ə yaxın istifadəçi təlimatı hazırlanmış, bir sıra e-xidmətlərdən istifadə üsullarını əks etdirən video-təlimatlar çəkilmiş, 233 e-xidmət üzrə inzibati reqlamentlər portalda yerləşdirilmişdir.

Portalda "Şəxsi kabinetim”və "Mənim xidmətlərim" adlı bölmələr istifadəyə verilmişdir. "Şəxsi kabinetim” modulu vasitəsi ilə istifadəçi şəxsi məlumatları ilə yanaşı, indiyədək etdiyi müraciətlərin siyahısını da əldə edə bilər. "Mənim xidmətlərim” modulu vasitəsilə istifadəçiyə öz maraq dairəsində olan və daha çox istifadə etdiyi e-xidmətləri ayrı siyahıda tutmaq imkanı yaradılır.

Bununla yanaşı, "Elektron hökumət" portalında "Əks əlaqə" və "Müraciətlər" adlı xüsusi bölmələr hazırlanmışdır. Dövlət qurumları vətəndaşlar tərəfindən e-xidmətlərlə əlaqədar göndərilən müraciətləri operativ şəkildə cavablandıracaq və e-xidmətlərdən istifadə zamanı baş verən problemlərdən vaxtında xəbər tutacaqlar. Vətəndaşlar isə istənilən e-xidmətə dair müraciətləri portal üzərindən xidmət təminatçısına ünvanlaya, verilən cavabları izləyə və qiymətləndirə biləcəklər.

Sosial yönümlü "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” e-xidməti yaradılmışdır və hazırda bu xidmətdən kreditlərin rəsmiləşdirilməsi məqsədilə bir sıra Banklar və kredit təşkilatları istifadə edir. Növbəti ildə portal vasitəsilə bir çox arayışların elektron şəkildə vətəndaşlara təqdim edilməsi nəzərdə tutulur və bunun üçün qanunvericilik bazasında müəyyən dəyişikliklərin edilməsinə ehtiyac var.

"Elektron hökumət” portalı tərəfindən təqdim olunan e-xidmətlərdən vətəndaşlarımızın daha çox və səmərəli şəkildə faydalanmaları məqsədilə MHM tərəfindən Bakı şəhərində və regionlarda mütəmadi olaraq həyata keçirilən maarifləndirmə, motivasiya xarakterli tədbirlər, müsabiqələr və kampaniyalar 2014-cü ildə də davam etdirilmişdir.

Mütəmadi olaraq, Dövlət İdarəçilik Akademiyasında Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinə "Elektron hökumət” haqqında nəzəri və praktiki treninqlər keçirilmişdir. Həmçinin, gənclərin maarifləndirilməsi məqsədilə bəzi Universitetlərdə, o cümlədən ADNA-da seminarlar təşkil edilmişdir.

MHM-in təşkil etdiyi "Mənim elektron hökumətim” adlı məqalə və video-material adlı müsabiqəyə 100-dək jurnalist və mütəxəssis qatılmışdı. Bu müsabiqənin qalibləri KİV nümayəndələrinin iştirakı ilə elan edilmişdir.

2-5 dekabr tarixlərində MHM "Elektron hökumət” portalının operatoru olaraq ənənəvi "Bakutel” sərgisində iştirak edərək, yeni xidmətlərini və imkanlarını əhaliyə nümayiş etdirmiş, sərginin aktiv iştirakçılarına pulsuz e-imza sertifikatlarının hədiyyə edilməsi kimi təbliğatı uğurla həyata keçirmişdir.

Yeni xidmətlərin portala cəlb edilməsi ilə yanaşı, Məlumat Hesablama Mərkəzi tərəfindən qurumlara məlumat bazalarının təkmilləşdirilməsi, məlumatların FİN-ə uyğunlaşdırılması istiqamətində daima onlara dəstək verilir.

Cari ilin oktyabr-noyabr aylarında bütün dövlət qurumlarının İnformasiya ehtiyatları və Sistemlərinə MHM-in işçi qrupu tərəfindən baxış keçirilmiş, məlumat bazaları, onların imkanları öyrənilmişdir. Nəticələr yekunlaşdırılaraq "Elektron hökumət" portalı üçün konkret təkliflər hazırlanacaqdır.

2014-cü il ərzində "Elektron hökumət" portalının Operatoru - RYTN-in Məlumat Hesablama Mərkəzi əksər dövlət qurumları ilə birgə məqsədyönlü işlər həyata keçirmişdir və bunun əyani nəticəsi olaraq portalda olan e-xidmətlərin sayı və bu xidmətlərdən istifadə sayı kəskin şəkildə artmışdır.

Hazırda portal üzrə bir sıra yeniliklər üzərində gərgin işlər aparılır və güman edirik ki, görülən işlərin nəticəsi tezliklə öz bəhrəsini verəcək və vətəndaşlarımız "Elektron hökumət" portalında bir sıra önəmli yeniliklərin şahidi olacaqlar. Eyni zamanda növbəti 2015-ci ildə qarşıda duran vəzifələrin və tapşırıqların uğurla icra olunması üçün indidən lazımı tədbirlərin görülməsinə başlanılmışdır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"Elektron hökumət" bülleteninin yanvar buraxılışı hazırdır

13-01-2015

Ötən il ən çox bu e-xidmətlərdən istifadə edilib

24-01-2018

Elektron imzaların sayı xeyli artıb

14-01-2015

www.data.gov.az - Açıq Hökumət Məlumatları portalı təqdim olundu

14-01-2015

“Elektron-hökumət” quruculuğunda yeni layihələr həyata keçiriləcək

24-01-2015

Elektron hökumət portalındakı e-xidmətlərdən istifadənin sayı artıb

06-08-2015

Yerli icra hakimiyyətlərinə aid 22 xidmət elektronlaşdırılıb

30-06-2015

E-xidmətdən istifadə edənlərin sayı nə qədərdir?

17-08-2015

E-xidmətlərdən istifadə edənlərin sayı artıb

05-07-2015

Portalda elektron xidmətlərin sayı 433-ə çatdı

04-04-2017

Vəzifəli şəxslərin qəbuluna onlayn yazılmaq mümkün oldu

03-04-2015

ƏMDK portal üzərindən 31 xidmət göstərir

07-02-2016

Daha bir qurum “Elektron Hökumət” portalına qoşulur

21-10-2015

Portaldakı elektron xidmətlərin sayı 424-ə çatdırılıb

11-04-2016

Bu arayışlar elektron formada olacaq- Siyahı

31-01-2015

Portala vergi ilə bağlı 7 yeni e-xidmət inteqrasiya edildi

07-04-2017

Ən çox hansı qurumun e-xidmətindən istifadə edilib?

09-06-2017

“Elektron hökumət” portalı vətəndaşlara istifadəçi təlimatlarını təqdim edir

19-04-2015

DSMF-nin elektron xidmətlərindən istifadə sayı 2 dəfə artıb

21-01-2016

“Elektron Hökumət” portalının istifadəçiləri nə qədərdir?

19-08-2015

Elektron xidmətlərdən istifadə və populyarlıq səviyyəsinin yüksəldilməsi ilə bağlı Təkliflər

08-08-2014

Banklar elektron arayışlardan istifadəni artırıb

16-01-2015

Portala ən çox hansı sahələr üzrə müraciət edilib?

08-09-2016

Regionlarda əhaliyə e-xidmətlərlə bağlı məlumat verilir

31-08-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə