Previous Next
Bağla

“Elektron Hökumət” portalının istifadəçiləri nə qədərdir?

19-08-2015 12:24
“Elektron Hökumət” portalının istifadəçiləri nə qədərdir?

Artıq 3 ildir ki, "Elektron Hökumət" portalı vətəndaşlara xidmət etməkdədir. Hazırda portal üzərindən bu gün vətəndaşlara 409 elektron xidmət təqdim olunur.

Məlumat Hesablama Mərkəzindən Xeberler.az-a verilən məlumata görə,  portal üzərindən əks əlaqəni təmin edən "Əks Əlaqə" "Online Konsultasiya", həmçinin "Fikir Bankı"  "Mənim xidmətlərim" servisləri portal istifadəçiləri tərəfindən geniş istifadə olunur.

 Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş sosial xidmətləri "bir pəncərə" prinsipi əsasında vahid məkanda toplayan "Elektron Hökumət" portalı artıq bu gün vətəndaşların təqdim etməli olduqları bir çox kağız üzərində olan sənədlərin elektron ekvivalentini təmin edir. Hazırda portal üzərindən iş, yaşayış yerindən arayışlar, habelə, təhsil və şəxsin fərdi məlumatları üzrə arayışlar və sair  elektron şəkildə təqdim olunur.

Bu ilki statistikaya əsasən, "Elektron Hökumət" portalının istifadəçi sayı artıq 2,3 milyonu keçib və həmin şəxslər14,1 milyon dəfədən çox e-xidmətlərdən istifadə ediblər. Təkcə son bir ay ərzində e-xidmətlərə 1,4 milyon dəfədən çox müraciət qeydə alınmışdır. Cari statistika portalın ictimai əhəmiyyətini təsdiq edir və vətəndaşların gündəlik tələbatlarının ödənilməsi məqsədilə qarşıya qoyulan hədəflərin böyük bir qisminin həyata keçirildiyini göstərir.

Bu gün biznes sahələrinin işinin səmərəli təşkili üçün "Elektron Hökumət"in inkişafının mühüm əhəmiyyəti var. Hazırda, portal üzərindən vətəndaşlara təqdim olunan sosial xidmətlərin sırasında lisenziya və sertifikatların alınması üçün onlayn müraciət, şəxsi biznesin onlayn qeydiyyatı, onlayn vergi bildirişlərinin göndərilməsi və onlayn ödənişlərin təşkili xidmətləri mövcuddur. Demək olar ki,  müəssisələr kadrların qeydiyyatından tutmuş müxtəlif icazələrin alınması, vergi və gömrük xidmətlərin icrasını və s. onlayn şəkildə portal üzərindən yerinə yetirə bilərlər.

Bununla yanaşı, hökumət məlumatlarının açıq edildiyi data.gov.az portalı üzərindən təqdim olunan açıq informasiya bazaları vasitəsilə mobil və veb əlavələrin tərtibatı üzrə yeni biznes sahələri də yaradıla bilər.

"Elektron Hökumət" portalı vasitəsilə bu gün təhsilin səmərəli təşkili də mümkün olmuşdur.  Artıq vətəndaşlar Təhsil Nazirliyi tərəfindən təqdim olunan e-xidmətlərdən faydalanmağa çalışır, tələbə qəbulu üzrə isə demək olar ki, bütün prosedurlar onlayn rejimdə portal üzərindən icra olunur.

Vacib olan digər bir məsələ qurumlararası qarşılıqlı informasiya mübadiləsinin təşkilidir. Dövlət Reyestrlərinin operatoru olaraq Məlumat Hesablama Mərkəzi dövlət informasiya ehtiyatlarının və sistemlərinin Reyestrlərdə qeydiyyatını aparır və mütəmadi olaraq qurumların mülkiyyətində olan informasiya sistemlərinin monitorinqini həyata keçirir. Hesab edirik ki, bütün informasiya sistemlərinin təkmilləşdirilməsi, FİN-ə uyğunlaşdırılması, vahid identifikatorun müəyyənləşdirilməsi gələcəkdə portal üzərindən qurumlar arasında informasiya mübadiləsinin daha innovativ təşkilini mümkün edəcəkdir.

Artıq birmənalı şəkildə söyləmək olar ki, e-xidmət istifadəçisi kimi hər bir vətəndaş milli "Elektron Hökumət" quruculuğunun iştirakçısıdır və elektron xidmətlər hər birimizin gündəlik yaşam tərzinə çevrilməkdədir.

Bu sahədə həyata keçirilən bütün fəaliyyətlər ictimai rifah və sosial tərəqqiyə hədəflənmişdir və rəqəmsal dünyanın bir hissəsi kimi Azərbaycan Respublikası keyfiyyətli elektron xidmət mühiti yaratmaqla ölkənin rəqabət gücünü bütün sahələrdə daha da möhkəmləndirir.

Xeberler.az

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Müəssisələrin iş sistemi sadələşdirilib

20-08-2015

Elektron hökumət portalındakı e-xidmətlərdən istifadənin sayı artıb

06-08-2015

Daha bir xidmət “Elektron hökumət” portalına qoşuldu

02-02-2015

Portal üzərindən 20-dən çox yeni xidmət istifadəyə verilir

29-11-2015

E-xidmətdən istifadə edənlərin sayı nə qədərdir?

17-08-2015

Daha bir bank “Elektron hökumət” portalına qoşuldu

14-03-2016

Vətəndaşlar elektron xidmətlərlə bağlı hansı yenilikləri istəyirlər?

27-10-2015

Daha bir bank portala qoşuldu

24-10-2017

“Elektron hökumət” portalı üzərindən ən çox hansı qurumlara müraciət olunub?

12-01-2016

Biznes sahəsinə aid olan elektron xidmətlər və xidmət təchizatçılarının adları açıqlanıb

22-06-2015

Kredit arayışları elektron qəbul ediləcək

01-12-2017

Daha bir kredit təşkilatı portala qoşulub

05-07-2016

Daha 4 arayış elektron formaya keçirilir

27-04-2015

Nazirlik e-xidmətindən istifadə edənlərin sayını açıqladı

08-12-2015

“Elektron Hökumət və gənclər” seminarı keçirilib

01-12-2015

Azəriqaz-ın xidmətləri portala inteqrasiya olunur

13-08-2015

“Elektron hökumət” portalına “Expressbank” da qoşuldu

19-03-2015

Yerli icra hakimiyyətlərinə aid 22 xidmət elektronlaşdırılıb

30-06-2015

Təhsil arayışları elektron formada veriləcək

25-11-2015

Ən çox müraciət olunan e-xidmətlərin adları açıqlanıb

24-11-2015

“Elektron Hökumət” portalında ən çox hansı xidmətlərdən istifadə edilib?

05-08-2015

Portala vergi ilə bağlı 7 yeni e-xidmət inteqrasiya edildi

07-04-2017

Elektron arayışlar nə üçün populyarlaşmır ?

12-05-2015

Daha bir bank portala qoşuldu

13-10-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə