Previous Next
Bağla

Elektron İttiham proqramının təqdimatı keçirilib

25-09-2019 11:19
Elektron İttiham proqramının təqdimatı keçirilib

Xeberler.az bildirir ki, sentyabrın 24-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi və Bakı şəhər prokurorluqlarının əməkdaşlarının, eləcə də Ədliyyə Nazirliyi və Ali Məhkəmənin nümayəndələrinin iştirakı ilə “Elektron İttiham” proqramının təqdimatı keçirilib.

Tədbirdə Baş prokurorun müavini Namiq Əsgərov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmandan irəli gələn vəzifələrin icrası ilə bağlı məhkəmələrdə dövlət ittihamının müdafiəsinin səmərəliliyinin daha da artırılması məqsədilə cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının məhkəməyə daxil olması, onların hazırlıq iclasları, həmin işlərin məhkəmədə baxılmasının nəticələrinin elektronlaşdırılmasını əhatə edən “Elektron İttiham” proqramı barədə məlumat verib.

Bildirilib ki, proqram Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin təqdim etdiyi parametrlər əsasında Baş Prokurorluğun İnformasiya-kommunikasiya texnologiyaları idarəsi tərəfindən hazırlanmışdır. Proqram cinayət işlərinin birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrinə daxil olduğu vaxtdan həmin işlər üzrə yekun qərarların qəbul olunmasınadək olan dövr ərzində bütün məlumatların, arayışların elektron qaydada sənədləşdirilməsini özündə ehtiva edir.

Təqdimat mərasimində “Elektron İttiham” proqramının funksionallığı nümayiş etdirilərək, proqramın iş prosesi ilə əlaqədar suallar ətraflı cavablandırılıb, eyni zamanda proqramın iş rejimi ilə bağlı faydalı fikir mübadiləsi aparılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Baş Prokurorluqda "Elektron cinayət işi" proqramının təqdimatı keçirilib

03-06-2022

Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib

23-06-2022

“Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda konfrans keçirilib

02-04-2024

Baş Prokurorluqdan Əli Abbasova cinayət işi açılması ilə bağlı açıqlama

16-11-2016

“Elektron məhkəmə” sistemi bu gündən bütün ölkəni tam əhatə edir

04-06-2023

Alternativ icra mexanizmləri ilə bağlı beynəlxalq təcrübə öyrənilir

15-04-2019

Prezident İlham Əliyev yeni fərman imzalayıb

04-04-2019

Kibercinayətkarlıqda ittiham olunan şəxslərə hökm oxunub

12-05-2026

Elektron məhkəmə informasiya sistemində son dəyişikliklər təqdim olunub

17-04-2019

Korrupsiyaya qarşı texnologiyalardan istifadə genişləndirilir

20-05-2016

“Məhkəməyə elektron müraciət və sahibkarlara açılan imkanlar” mövzusunda onlayn müzakirə keçirilib

11-09-2020

RİTN-də elektron xidmətlərin tətbiqi müzakirə olunub

20-04-2012

“İdeal” qəzetinin təsisçisi və baş redaktorunun məhkəməsində zərərçəkənlər ifadə verib

15-12-2009

Məhkəmələrə elektron müraciət etmək imkanı genişləndirilib

21-08-2024

Məhkəmələrin 61 faizi Elektron məhkəmə sisteminə qoşulub

30-04-2019

Baş Prokuror “Rəqəmsal dövr və hüquq: Yeni çağırışlar” adlı mühazirə oxuyub

18-04-2025

Blogerlərin işi prokurorluğa göndərildi

25-08-2009

Azərbaycan Baş Prokurorluğunun veb-saytı yeni versiyada

29-09-2010

Prokurorluq əməkdaşlarına süni intellektlə bağlı tapşırıqlar verilib

15-05-2025

Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair iclas keçirilib

21-02-2025

“Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

14-02-2014

Baş Prokurorluq: İT-nin imkanlarından daha geniş istifadə olunsun

29-01-2018

96 məhkəmə orqanı ASAN ödəniş sisteminə inteqrasiya edilib

12-04-2019

“Tiktok”da təhqirə məruz qalan şəxs hansı məhkəməyə müraciət etməlidir?

29-05-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə