Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında elektron mediaya maliyyə dəstəyi göstərilməsi barədə təklif səslənib.
Xeberler.az məlumat verir ki, bu təşəbbüslə Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov çıxış edib. O qeyd edib ki, hökumət yazılı mətbuata dəstək verir və bu dəstəyini KİVDF vasitəsi ilə həyata keçirir: “Amma bu gün cəmiyyətimizdə internet -onlayn media sürətlə inkişaf edir. İnternet mediasının cəmiyyətdə rolunun artmasına baxmayaraq, bu media resursu da maliyyə çətinlikləri ilə üzləşir. Bu baxımdan internet medianın statusunu müəyyənləşdirərək, maliyyə dəstəyinin göstərilməsinə diqqət yetirmək lazımdır”.
Deputat medianın sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə medianın reklam problemindən danışıb: “Bu gün ölkə mediasında reklamın azlığı mətbuatın çətin durumunu bir az da çətinləşdirir. Çünki medianın durumu reklamdan asılıdır. Media özünü reklamla yaşatmalıdır. Ancaq bu sahədə problemlər var. Reklam məsələsində balans qorunmalıdır. Çünki hökumət mediaya uzun müddət maliyyə dəstəyi göstərə bilməz. Mediada reklam bazarı inkişaf etdirilməli və buna şərait yaradılmalıdır”.
Ə.Amaşov “Diffamasiya haqqında” qanunun qəbulunu da təklif edib. (APA).
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri