Previous Next
Bağla

“Onlayn medianın hüquqi bazası yaradılmalıdır”

07-09-2016 11:41
“Onlayn medianın hüquqi bazası yaradılmalıdır”

Hazırda onlayn media sahəsindəki vəziyyət deməzdim ki, ürəkaçandır. Əksinə, bizi ciddi düşündürən bir sıra mənfi meyillər hələ də aktuallığını saxlamaqdadır.

Xeberler.az bildirir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov açıqlamasında deyib.

Ə.Amaşov bildirib ki, işini zamanın tələblərinə uyğun şəkildə quran onlayn media vasitələri az deyil:

“Ötən müddətin təhlili göstərir ki, məhz onların fəaliyyəti nəticəsində elektron medianın Azərbaycan cəmiyyətində qəbul olunduğunu söyləmək mümkündür. Peşəkar yanaşma tərzi ilə seçilən internet media resursları ictimai rəyi doğru yönləndirmək missiyasını üzərlərinə götürməyi bacarıblar. İnsanlarda onlara inam yaranıb. Bu inam vaxtilə ənənəvi mediaya olan inam səviyyəsinə çatmasa da, nikbin düşünmək üçün əsaslar var. Ancaq bilirsiniz ki, ənənəvi mediadan onlayn mediaya keçid prosesi ümumən itkisiz ötüşmür. Vaxtilə Mətbuat Şurası ayrı-ayrı qəzetlərin qeyri-etik fəaliyyətinə qarşı mübarizə aparırdı. Mübarizə özünü doğruldurdu da. Bu sahədə nöqsanlar azalırdı. Ancaq informasiya texnologiyalarının sürətli inkişafı nəticəsində fərqli vəziyyət yarandı. Yeni vəziyyətdə söz və ifadə azadlığının sərhədləri nə qədər genişləndisə, ondan sui-istifadə etmək niyyətinə düşənlərin də plasdarmı bir o qədər genişləndi. Bəzən əldə etdiyimiz pozitiv meyillərin sıradan çıxdığına şahid olduq. Bu səbəbdən hazırkı vəziyyəti ürəkaçan saymaq çətindir. Əlbəttə, qeyri-peşəkarlığı səbəb kimi görmək mümkündür. Ancaq qeyri-peşəkarlıq ümumi səciyyə daşıyır. Bu cəhət özündə bir sıra mənfi meyilləri birləşdirir. Hansısa onlayn media vasitəsi bilərəkdən qərəz yağdırırsa, bunun özü də qeyri-peşəkar yanaşma tərzinin göstəricisidir”.

Ə.Amaşov onlayn medianın problemlərindən söz açarkən təhsil məsələsini də ön plana çəkib. O bildirib ki, yeni mediada əsasən gənclər təmsil olunurlar: "Düşünürəm ki, burada təhsil məsələsi əsasdır. Yəni bəzən problemlərin bir çoxu elementar bilik səviyyəsinin yoxluğundan qaynaqlanır. Vəziyyət belə qurulub ki, adi savadı olmayanlar da onlayn medianın sayəsində özlərinə meydan tapıblar. Əslində bu sayaq məsələlərdən çox danışılıb. Əlbəttə, diskussiyalar faydasını verir. Ancaq onu da düşünək ki, internet media resurslarının sayı artır. Artım müzakirələrin faydalılıq əmsalını aşağı salır”.

Deputat onlayn mediadakı xoşagəlməz hallarla mübarizədə ictimai müzakirələrin aparılması ilə yanaşı, hüquqi addımların atılmasını da vacib sayıb.

Onlayn medianın hüquqi bazasının yaradılmasının zəruriliyindən söz açan Ə.Amaşov bildirib ki, onlayn medianın hüquqi bazasının mövcudluğu dövlət və millət üçün taleyüklü məsələlərə baxışın monolitliyi baxımından son dərəcə müstəsna əhəmiyyət daşıyır:

 “Bilirsiniz ki, qarşıdan referendum gəlir. Media prosesdə necə iştirak etməlidir? Bu məsələlər bizi düşündürür. Çunki referendumda nəzərdə tutulan dəyişikliklər dövlət orqanlarımızın fəaliyyətinin daha da təkmilləşdirilməsinə xidmət edir. Əlbəttə, ənənəvi media ilə bağlı konkret təcrübə var. Üstəlik qanunlarımız və Mərkəzi Seçki Komissiyasının konkret təlimatları da bu sahədə tənzimləyici rol oynayır. Ancaq qanunların və təlimatların əhatə dairəsi məsələsini də nəzərdən qaçırmamalıyıq. Düşünürəm ki, onlayn media da bu dairəyə daxil olmalıdır. Çünki ictimai rəy əsasən onların vasitəsi ilə formalaşır. Bu mənada sosial şəbəkələrin rolu da vacibdir. Faktiki olaraq sosial şəbəkələr onlayn media məhsulunun yayılma arealı kimi çıxış edirlər. Deməli, bu sahəyə, orada yerləşdirilən materiallara həssas yanaşılmalıdır. Sosial şəbəkələrə həssas yanaşmanı təmin edən isə təkcə onlayn media deyil. Hər bir dövlət qurumunun və onun cəmiyyətə informasiya verilməsinə məsul bölməsinin də mövcud məkandakı aktivliyi mütləqdir”. (Trend)

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Əflatun Amaşov internet mediaya dövlətdən dəstək istədi

Əflatun Amaşov internet mediaya dövlətdən dəstək istədi

23-02-2016
Dövlət internet mediaya dəstək göstərəcək

Dövlət internet mediaya dəstək göstərəcək

18-01-2016
“Elektron mediaya maliyyə dəstəyi göstərilsin”

“Elektron mediaya maliyyə dəstəyi göstərilsin”

30-09-2016
“İnternet media üçün məsuliyyət yükü yoxdur”

“İnternet media üçün məsuliyyət yükü yoxdur”

16-06-2016
Mətbuat Şurası internet medianın maliyyələşməsini müzakirə edib

Mətbuat Şurası internet medianın maliyyələşməsini müzakirə edib

11-02-2019
Azərbaycanda ilk dəfə canlı Twitter konfrans keçiriləcək

Azərbaycanda ilk dəfə canlı Twitter konfrans keçiriləcək

02-07-2011
Dövlət hansı saytlara maliyyə ayıracaq?

Dövlət hansı saytlara maliyyə ayıracaq?

03-02-2016
“Yeni Media və yeni çağırışlar” mövzusunda Konfrans keçiriləcək

“Yeni Media və yeni çağırışlar” mövzusunda Konfrans keçiriləcək

26-05-2014
 Bakıda ənənəvi və onlayn media müzakirə edilib

Bakıda ənənəvi və onlayn media müzakirə edilib

17-07-2012
“İnformasiya mühitini formalaşdıran yeni mediadır, dövlət dəstəyi alan qəzetlərdir”

“İnformasiya mühitini formalaşdıran yeni mediadır, dövlət dəstəyi alan qəzetlərdir”

01-10-2016
“Vətəndaşların 85 faizi məlumatları internetdən alacaq”

“Vətəndaşların 85 faizi məlumatları internetdən alacaq”

11-12-2014
Dövlət provayderləri ya özəlləşdirilməli, ya da ləğv edilməlidir

Dövlət provayderləri ya özəlləşdirilməli, ya da ləğv edilməlidir

17-07-2012
Osman Gündüz: “Yeni Medianın  inkişaf perspektivləri” mövzusunda Konfrans keçiriləcək

Osman Gündüz: “Yeni Medianın inkişaf perspektivləri” mövzusunda Konfrans keçiriləcək

01-05-2014
“Dövlət internet mediaya  dəstək verməlidir”

“Dövlət internet mediaya dəstək verməlidir”

29-12-2014
Dövlət hansı saytlara maliyyə ayıracaq? – Şərtlər

Dövlət hansı saytlara maliyyə ayıracaq? – Şərtlər

17-01-2018
Milli Məclis “Media haqqında” yeni qanunu qəbul edib

Milli Məclis “Media haqqında” yeni qanunu qəbul edib

30-12-2021
"İnternet media ilə bağlı ayrıca qanun qəbul olunmalıdır"

"İnternet media ilə bağlı ayrıca qanun qəbul olunmalıdır"

01-10-2018
Onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan olunub

Onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan olunub

13-11-2025
MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib

MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib

05-05-2026
“Onlayn Medianın inkişafına dəstək” Layihəsi fəaliyyətə başlayır

“Onlayn Medianın inkişafına dəstək” Layihəsi fəaliyyətə başlayır

10-09-2013
Medianın İnkişafı Agentliyində onlayn media subyektlərinin rəhbərləri ilə görüş keçirildi

Medianın İnkişafı Agentliyində onlayn media subyektlərinin rəhbərləri ilə görüş keçirildi

12-08-2022
Medianın İnkişafı Agentliyi açıqlama yayıb

Medianın İnkişafı Agentliyi açıqlama yayıb

11-11-2024
Azərbaycanda Media və Yayım Şurası yaradılacaq

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq

16-06-2026
Əflatun Amaşov saytlara 1 milyon manat ayrılmasını təklif edib

Əflatun Amaşov saytlara 1 milyon manat ayrılmasını təklif edib

07-12-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə