Nazirlər Kabineti "Azərbaycan Respublikasında elektron imza və elektron sənədlə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" qərarında dəyişikliklər edib.
Xeberler.az-ın məlumatına göərə, dəyişikliklər "Elektron sənədlərin mübadiləsi Qaydası"nın "Dövlət hakimiyyəti orqanları, idarə, təşkilat və müəssisələri elektron sənəd mübadiləsini Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat"ın müddəalarını nəzərə almaqla həyata keçirirlər." məzmunlu 1.3-cü bəndinə şamil edilib.
Dəyişikliklərə əsasən, "Dövlət hakimiyyəti orqanları, idarə, təşkilat və müəssisələri" və "Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində" sözləri müvafiq olaraq "Dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları" və "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında" sözləri ilə əvəzlənib.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri