Nazir Əli Abbasov: «Azərbaycan internet-iqtisadiyyat qurmaq niyyətindədir»

25-12-2010 / 14:14

Azərbaycanın İKT sektorunun inkişafı ilə əlaqədar ölkə iqtisadiyyatında bəzi dəyişikliklər baş verəcək.

Rabitə və Informasiya Texnologiyaları Naziri Əli Abbasovun fikrincə, əsas istiqamətlərdən biri ölkədə internet iqtisadiyyatın qurulması olacaq. Bu, ölkədəki bütün xidmətlərin, o cümlədən bank xidmətləri və ticarətin internet vasitəsilə həyata keçirilməsini nəzərdə tutur: «Bu çox perspektivli istiqamətdir, Britaniyanın internetdən gəlirləri təkcə ötən il 220 mlrd. dollar təşkil edib». İkinci istiqamət İKT sektorunda istehsalın – həm texniki qurğuların, həm də proqram təminatının - artırılması və onun xaricə ixrac edilməsidir. Bundan başqa, Azərbaycan müxtəlif layihələr və xidmətldər vasitəsilə regionda İKT infrastrukturunun mərkəzinə çevrilmək niyyətindədir – bura Şərq-Qərb informasiya dəhlizi, kosmik xidmətlər və s. daxildir.

Nazirin sözlərinə görə, Azərbaycan ilk süni peykin xidmətlərinin yalnız 15-20%-dən istifadə edəcək, xidmətlərin qalan istifadəçiləri başqa ölkələr olacaq: «Artıq bunun üçün müraciət edənlər də var».


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə