Previous Next
Bağla

Əli Abbasov Təhsil Nazirliyinə müraciət edəcək

16-05-2015 12:47
Əli Abbasov Təhsil Nazirliyinə müraciət edəcək

Əli Abbasov təhsil haqqını ödəyə bilmədiyi üçün ali təhsilini yarımçıq qoyan tələbələrlə bağlı Təhsil Nazirliyinə müraciət edəcək.

Xəbərlər-in aldığı məlumata görə, bu sözləri Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov Sumqayıt şəhərində vətəndaşların qəbulu zamanı jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Nazir indiyə qədər keçirdiyi görüş və qəbullarda ona daha çox təhsil haqqlarının ödənilməsi məsələləri ilə bağlı müraciətlər olduğunu bildirib:  

“Əsasən övladları ödənişli əsaslarla ali təhsil müəssisəsinə daxil olan valideynlər bu ödənişləri qarşılamaq qabiliyyətində olmadıqlarını, buna güclərinin çatmadığını bildirirlər. Universitetdə çox yaxşı oxuyan, amma ödəmə qabiliyyəti olmadığı üçün tələbənin təhsil müəssisəsindən xaric edilməsi də düzgün olmazdı. Ona görə də biz keçirilən görüşlər və son qəbullardan sonra Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına təklif irəli sürmək qərarına gəlmişik. Ödənişli ixtisasları seçəcək abituriyentlərin təhsil haqlarını qaytarma qabiliyyəti qəbul olunacaqları ali təhsil müəssisələri tərəfindən əvvəlcədən araşdırılmalıdır. Bu gün kreditlərin verilməsi və bank əməliyyatlarının rəsmiləşdirilməsində çox yaxşı təcrübə tətbiq olunmaqdadır.

Belə ki, "Elektron hökumət" portalında hər bir vətəndaşın fərdi məlumatları, o cümlədən gəlirləri haqda ətraflı məlumat bazası toplanılıb. Kredit müraciətləri zamanı vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsindən istifadə olunur. Vahid portalda toplanan bu məlumatlar kreditin qaytarma qabiliyyətinin əvvəlcədən araşdırılmasına da imkan verir”.  

Nazir bildirib ki, təhsil haqqını ödəyə bilməyən tələbə üçün dövlətin təsis etdiyi müvafiq fondlardan vəsait cəlb edilməklə ödənilməlidir:   “Əgər universitet tələbəni qəbul edirsə, onun təhsil haqqını ödəyib-ödəyə bilməyəcəyini də bilməlidir. Tələbə təhsil ödənişlərini qarşılaya bilmirsə, bu maliyyələşdirmə müəyyən qrantlar, dövlətin təsis etdiyi müvafiq fondlardan vəsait cəlb edilməklə ödənilməlidir. Belə olarsa, o zaman problem də yaranmayacaq. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi olaraq, biz bu gün mühəndis-texniki ixtisasları seçən tələbələrə müəyyən qədər kömək edirik. Amma analizlərimiz göstərir ki, ödənişləri qarşılaya bilməyən şəxslərə bu yolla kütləvi şəkildə yardım etmək mümkün deyil. Ən doğrusu, tələbənin ali məktəbə daxil olub təhsil alacağı dörd il müddətində ödəyəcəyi vəsaitlərin mənbəyi əvvəlcədən araşdırılmalıdır”. 

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Yüksək biliyə malik tələbələrə qrantlar ayrılacaq”

16-05-2015

Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu bu tarixədək davam edəcək

26-07-2022

Tələbə kreditinə müraciətlərin qəbuluna başlanılır

15-07-2022

10 957 nəfər elektron qaydada müraciət edib

29-07-2022

Ali məktəblərdə distant təhsil müvəqqəti olaraq dayandırılıb

30-09-2020

Tələbələrin köçürülməsinə başlanılır

19-07-2022

Magistratura səviyyəsinə elektron sənəd qəbuluna start verilir

14-07-2022

Qafqaz Universiteti tələbələri hansı ali məktəbə yerləşdirilir?

31-01-2017

Tələbələrə güzəştli kredit verilməsi ilə bağlı sayt fəaliyyətə başladı

06-06-2016

Tələbələrin elektron qaydada köçürülməsinə başlanır

15-01-2018

Nazirliyə 14 mindən çox e-müraciət olub

10-01-2018

Ali təhsil haqqında arayışları da online ala biləcəyik

11-04-2015

Tələbələrin köçürülməsi elektron qaydada aparılacaq

10-08-2016

İranın ali təhsil müəssisələrində dərslər onlayn keçiriləcək

07-03-2026

Ali təhsilin magistratura səviyyəsinə elektron qeydiyyatın vaxtı uzadılıb

25-07-2022

350 azərbaycanlı tələbə İT ixtisasları üzrə dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil alır

13-09-2018

Ali təhsil müəssisələri vahid platformada birləşəcək

21-08-2019

Nazir: Təhsil sahəsinə yatırılan investisiyaların artması tələb olunur

10-02-2025

Tələbələrin köçürülməsi ilə bağlı elektron sənəd qəbulu başladı

06-02-2017

Tələbələr təhsil haqqını onlayn ödəyəcək

11-09-2015

Nazirliyin Qaynar Xətt xidmətinə daxil olan müraciətlərin sayı açıqlanıb

06-01-2017

Dövlət İmtahan Mərkəzinin görəcəyi işlər müəyyənləşdirildi

12-04-2016

Tələbələr təhsil haqqını onlayn ödəyəcək

15-12-2015

Elektron qəbul yalnız dövlət bağçalarına aiddir

08-06-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə