Əllərin titrəməsini azaldan bilərzik yaradılıb

26-04-2018 / 14:44

Tremor – səbəbi məlum olmayan hərəkət pozğunluğudur.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, bu patologiya adətən, əllərin və ya barmaqların titrəməsi ilə özünü göstərir.

Bəzən baş, səs telləri və bədənin başqa hissələrinin də titrəməsi müşahidə olunur.

ABŞ-ın Kanzas Universitetinin alimləri əllərin titrəməsini azaldan unikal bilərzik hazırlayıblar. Yeni qurğunun sınaqlarında iştirak üçün 130 pasiyent dəvət edilib.

Bilərzik əllərin titrəməsinə səbəb olan neyron fəallığının qarşısını almaq üçün biləkdə median və radial sinirlərə impulslar ötürür. Qadcet sayəsində sınaq iştirakçılarının əllərinin titrəməsi 65 faiz azalıb.

Hazırda alimlər qurğunun təkmilləşdirilməsi üzərində çalışırlar. Onun satışa çıxarılma tarixi və qiyməti barədə hələ ki, məlumat verilmir.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə