10 GB yaddaşa malik ilk smarfton

01-02-2018 / 11:10

Çinin Vivo şirkətinin mütəxəssisləri tərəfindən 10 GB əməli yaddaşa malik ilk smartfon hazırlanır.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, yeni smartfon sahibini öz sələflərindən daha tez tanıyacaq.

Vivo Xplay 7 512 GB daimi yaddaş, ABŞ-ın Qualcomm şirkətinin istehsalı olan Snapdragon 845 mikroprosessoru, 4K formatlı displey, həmçinin Vivo X20 Plus UD modeli kimi displeyə inteqrasiya edilmiş barmaq izləri skaneri ilə təchiz ediləcək.

Daktiloskopik sensor yeganə identifikasiya metodu olmayacaq. Belə ki, istehsalçılar son tendensiyaları izləyərək, qurğunun təhlükəsizlik sistemini Face Unlock ikinci nəsil sifətin tanınması texnologiyası ilə tamamlamağı planlaşdırırlar. Vivo Xplay 7 smartfonunun satışa çıxarılma tarixi və qiyməti hələ ki, məlum deyil.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə