Elm və Təhsil Nazirliyinin “Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində nazirliyin Elm, ali və peşə təhsili şöbəsinin rəhbərliyi və əməkdaşlarının iştirakı ilə İnformasiya Texnologiyaları İnstitutunda görüş keçirilib.
Xeberler.az məlumat verir ki, görüşün əsas məqsədi informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən elmi müəssisə ilə tanışlıq, elm və təhsil sahəsində əməkdaşlıq imkanlarının müzakirəsi və qarşılıqlı təcrübə mübadiləsinin təşviqi olub.
Görüş zamanı müəssisənin innovasiya və rəqəmsal texnologiyalar üzrə prioritet istiqamətləri, həmçinin elm və təhsil müəssisələri ilə əməkdaşlıq imkanları barədə məlumat verilib, fikir mübadiləsi aparılıb.
Elm və Təhsil Nazirliyinin əməkdaşları binanın tarixi, ümumi infrastrukturu və əsas fəaliyyət istiqamətləri, texnoloji avadanlıqlarla və əməkdaşların iş şəraiti ilə tanış olublar.
Görüş iştirakçıları sözügedən layihə çərçivəsində keçirilən bu formatlı görüşlərin qarşılıqlı əməkdaşlığa və texnologiyayönümlü potensialın birgə inkişafına töhfə verəcəyini vurğulayıblar.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları