“Elm və texnologiya” təqaüdünə layiq görülmüş tələbələrlə görüş keçirilib

02-11-2024 / 15:50

Dövlət İmtahan Mərkəzində (DİM) Elm və Təhsil Nazirliyinin təsis etdiyi “Elm və texnologiya” təqaüdünə layiq görülmüş bir qrup tələbə ilə görüş keçirilib.

Xeberler.az məlumat verir ki, bu təqaüdə 2024-2025-ci tədris ilində ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanlarında 685 baldan yuxarı nəticə göstərən tələbələr layiq görülüb.

Əvvəlcə tələbələr DİM-də yaradılmış muzeylə tanış olublar, onlara mərkəzin nəşr etdiyi “İnformatika” vəsaiti hədiyyə edilib.

Görüşdə DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə, sədr müavini Namiq Babayev, elm və təhsil nazirinin müavini Kənan Kərimzadə, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, nazirliyin Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman iştirak ediblər.

Tədbirdə bildirilib ki, cari tədris ilində ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə (xüsusilə informasiya texnologiyaları və mühəndislik ixtisaslarına) yüksək nəticələr göstərərək qəbul olunmuş tələbələrin sayı digər ixtisas qruplarına nisbətdə üstünlük təşkil edib. Sözügedən təqaüd Dördüncü Sənaye İnqilabı dövründə ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət daşıyan mövcud sahədə yüksək səviyyəli və rəqabətqabiliyyətli kadr potensialının formalaşdırılmasını stimullaşdırmaq məqsədilə müvafiq ixtisaslara qəbul olunmuş gənclərə dövlət tərəfindən göstərilən qayğı və dəstəyin təzahürüdür.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə