Previous Next
Bağla

Texniki və texnoloji ixtisaslara dövlət sifarişi yerləri artırılıb

18-05-2015 16:51
Texniki və texnoloji ixtisaslara dövlət sifarişi yerləri artırılıb

Texniki və texnoloji ixtisaslarına dövlət sifarişi yerləri artırılıb. Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın 2015-ci il 30 aprel tarixli qərarı ilə 2015-2016-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat, magistratura, rezidentura səviyyələrinə və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planları təsdiq edilib.
 
Xəbərlər-in məlumatına görə, ötən tədris ilinin faktiki qəbuluna nisbətən növbəti tədris ili üçün bakalavriat səviyyəsinə qəbul planı 4,6 faiz artırılaraq, 39 497 yer (onlardan 11 799 dövlət sifarişli) müəyyən olunub.

Dövlət sifarişi üzrə plan yerləri iqtisadiyyat və idarəetmə, humanitar və sosial, səhiyyə, rifah və xidmət ixtisas qruplarına daxil olan ixtisaslar üzrə azaldılıb, həmin yerlərin hesabına təhsil, texniki və texnoloji ixtisaslarına dövlət sifarişi yerləri artırılıb. Nazirlikdən bildirilib ki, özəl ali təhsil müəssisələrinə tələbə qəbulu planı keçən ilə nisbətən 6,1 faiz artırılaraq, 6 549 yer planlaşdırılıb. Bakı Asiya Universitetinin müraciətini nəzərə alaraq, bu ali təhsil müəssisəsinə qəbul planlaşdırılmayıb. Eyni zamanda, Azərbaycan Müəllimlər İnstitutunun müraciətinə əsasən, Qazax və Zaqatala filiallarına da bu il qəbul aparılmayacaq.
 
Müzakirələr zamanı komissiyanın üzvləri Təhsil Nazirliyinin təklifini qəbul edərək, Geologiya (300 bal), Kompüter elmləri (300 bal), Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi (250 bal), İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi (250 bal), İnşaat mühəndisliyi (250 bal), Nəqliyyat tikintisi mühəndisliyi (250 bal) ixtisasları üzrə müsabiqəyə ümumi balı yuxarıda qeyd olunan baldan aşağı olmayan abituriyentlərin buraxılmasını qərara alıb.
 
Növbəti illərdə belə ixtisasların siyahısı daha da artacaq.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Texniki və texnoloji ixtisaslara qəbul olmaq çətinləşəcək

Texniki və texnoloji ixtisaslara qəbul olmaq çətinləşəcək

19-11-2015
Bu il İT ixtisaslara neçə nəfər qəbul olub?- Statistika

Bu il İT ixtisaslara neçə nəfər qəbul olub?- Statistika

19-09-2017
Dövlət İmtahan Mərkəzinin görəcəyi işlər müəyyənləşdirildi

Dövlət İmtahan Mərkəzinin görəcəyi işlər müəyyənləşdirildi

12-04-2016
I qrupa yeni İT ixtisaslar əlavə edilib

I qrupa yeni İT ixtisaslar əlavə edilib

15-02-2018
Azərbaycanda texnoloji sahə üzrə ali təhsildə dövlət sifarişinin artırılması təklif olunur

Azərbaycanda texnoloji sahə üzrə ali təhsildə dövlət sifarişinin artırılması təklif olunur

14-06-2023
 Boş qalan plan yerlərinə və kolleclərə qəbulun nəticələri açıqlanıb

Boş qalan plan yerlərinə və kolleclərə qəbulun nəticələri açıqlanıb

20-08-2015
TQDK-nın elektron ərizə qəbulu başa çatıb

TQDK-nın elektron ərizə qəbulu başa çatıb

12-08-2009
Abituriyentlər elektron ərizələrini doldura bilərlər

Abituriyentlər elektron ərizələrini doldura bilərlər

09-04-2013
Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat portal üzərindən aparılır

Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat portal üzərindən aparılır

29-04-2016
Xaricdə təhsil alacaq gənclərin seçilməsi üçün meyarlar təsdiqlənib

Xaricdə təhsil alacaq gənclərin seçilməsi üçün meyarlar təsdiqlənib

03-06-2022
Kolleclərə onlayn ixtisas seçimi başladı

Kolleclərə onlayn ixtisas seçimi başladı

08-07-2015
Abituriyent jurnalını onlayn sifariş etmək olar

Abituriyent jurnalını onlayn sifariş etmək olar

13-08-2015
BMU-da informasiya texnologiyaları üzrə yeni fakültə yaradılıb

BMU-da informasiya texnologiyaları üzrə yeni fakültə yaradılıb

13-09-2024
TQDK-nı əvəz edən qurum hazırlıq kursları təşkil edəcək

TQDK-nı əvəz edən qurum hazırlıq kursları təşkil edəcək

12-04-2016
İmtahan nəticələri TQDK-nın saytına yerləşdirilib

İmtahan nəticələri TQDK-nın saytına yerləşdirilib

04-09-2015
“mygov” platformasına yeni təhsil xidmətləri inteqrasiya edilib

“mygov” platformasına yeni təhsil xidmətləri inteqrasiya edilib

01-06-2026
TQDK ləğv olundu-Fərman

TQDK ləğv olundu-Fərman

12-04-2016
"mygov"a yeni təhsil xidmətləri inteqrasiya edilib

"mygov"a yeni təhsil xidmətləri inteqrasiya edilib

14-05-2026
“Elm və texnologiya” təqaüdünə layiq görülmüş tələbələrlə görüş keçirilib

“Elm və texnologiya” təqaüdünə layiq görülmüş tələbələrlə görüş keçirilib

02-11-2024
Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu bu tarixədək  davam edəcək

Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu bu tarixədək davam edəcək

26-07-2022
Orta ixtisas məktəblərinə və Ali məktəblərin boş qalan yerlərinə internet vasitəsilə sənəd qəbulu başa çatır

Orta ixtisas məktəblərinə və Ali məktəblərin boş qalan yerlərinə internet vasitəsilə sənəd qəbulu başa çatır

11-08-2009
RİTN abituriyentləri İnformasiya Texnologiyaları Universitetinə dəvət edir

RİTN abituriyentləri İnformasiya Texnologiyaları Universitetinə dəvət edir

01-08-2013
32 tələbə bu ixtisas üzrə təhsil almaq hüququ qazanacaq-BMU

32 tələbə bu ixtisas üzrə təhsil almaq hüququ qazanacaq-BMU

02-08-2022
Ali təhsil müəssisələrinə elektron ixtisas seçimi başa çatıb

Ali təhsil müəssisələrinə elektron ixtisas seçimi başa çatıb

20-08-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə