Previous Next
Bağla

SMS-lə əmlakın icarə borcunu öyrənin

28-03-2018 15:58
SMS-lə əmlakın icarə borcunu öyrənin

Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşlara daşınmaz əmlakla bağlı bir sıra əməliyyatlar 9193 SMS nömrəsi ilə həyata keçirmək mümkündür.

Komitədən Xeberler.az-a verilən məlumata görə, daşınmaz əmlakla bağlı bir sıra əməliyyatlar komitənin 3 SMS xidməti vasitəsilə həyata keçirilir.

Belə xidmətlər vasitəsilə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı tələb olunan xidmət haqqını və icra vəziyyətini öyrənmək mümkündür.

Eyni zamanda vətəndaş dövlət əmlakının icarəyə verilməsi ilə bağlı dövlət əmlakının istifadəsi müqabilində verilən icarə haqqı borcu haqqında informasiyanı əldə edə bilər.

Bu əməliyyatların yerinə yetirilməsi üçün vətəndaşın uzun prosedurdan keçməsinə ehtiyac qalmır. Belə ki, sadəcə çıxarış almaq üçün müraciət üzrə bildiriş nömrəsi və ya dövlət əmlakının icarə müqavilə kodu 9193-ə göndərilməlidir. Xüsusi olaraq portalda və ya səhifədə qeydiyyatdan keçmək, elektron imza almaq və ya digər internet prosedurlarını həyata keçirmək tələb olunmur. Yalnız mobil telefonun olması xidmətlərdən istifadə üçün yetərlidir.

İstənilən vətəndaş daşınmaz əmlakına dair çıxarış almaq üçün müraciət etdikdə bildiriş nömrəsi əldə edir. Daha sonra şəxs həmin nömrəni 9193-ə SMS göndərməklə tələb olunan xidmət haqqı məbləğini dərhal öyrənə bilir. Eyni zamanda, bu SMS xidməti vətəndaşın daşınmaz əmlakın qeydiyyatı üçün, rüsum da daxil olmaqla, tələb olunan xərci müəyyən etməsini təmin edir.

Dövlət rüsumunun məbləği dəyişməz olsa da, xidmət haqqının məbləği Tarif Şurasının qərarına əsasən hesablanır və əmlakın ölçüsünə, yerləşdiyi zonaya və digər göstəricilərə görə dəyişir. Xidmət haqqının son məbləği qeydiyyat prosesində dəqiqləşir. SMS xidmət isə bu məbləği ərazi qeydiyyat idarəsinə getmədən öyrənməyə imkan verir. Vətəndaş həmin məbləği bank və ya elektron qaydada ödədikdən sonra hazır çıxarışı əldə edir. Xidmət haqlarını ərazi qeydiyyat idarələrində, o cümlədən respublika ərazisində quraşdırılmış elektron ödəniş terminallarından ödəmək imkanları da yaradılıb.

Digər SMS xidmət vətəndaşın çıxarış alması üçün müraciətinin icra vəziyyətinin hansı mərhələdə olmasını müəyyən etməyə imkan verir. Belə ki, vətəndaş ona verilən bildiriş nömrəsini SMS-lə 9193-ə göndərərək müraciətinin icra vəziyyəti barədə məlumatı dərhal almış olur. Bu məlumatlar vasitəsilə vətəndaş qeydiyyat prosesinin mərhələlərini mobil qaydada izləmiş olur. SMS məlumatda çıxarışın hazır olma tarixi göstərilir. Vətəndaşın bu məlumatı əldə etmək üçün qurumun özünə gəlməsinə, çağrı mərkəzinə zəng vurmasına ehtiyac qalmır. Qeydiyyat prosesi qanunvericilikdə nəzərdə tutulmuş müddətdə davam edir və çıxarış bu müddətin sonunda hazır olur.

Komitənin dövlət əmlakının icarəsi ilə bağlı da SMS xidməti fiziki və hüquqi şəxslərin istifadəsindədir. Bu xidmət dövlət əmlakının icarəyə verilməsi haqqında bağlanmış müqavilələr üzrə icarə haqqı borcunu öyrənmək imkanı yaradır. Belə ki, hüquqi və fiziki şəxslər icarə müqaviləsi kodunu SMS-lə 9193-ə göndərərək cari borcu barədə məlumat ala bilir. Eyni zamanda, Komitə tərəfindən bütün icarəçilərə ayda bir dəfə icarə borcu barədə SMS məlumat göndərilir.

Hazırda komitənin fəaliyyət sahələri üzrə 37 elektron xidmət vətəndaşların istifadəsindədir. Bunlardan 24-ü daşınmaz əmlakın qeydiyyatı sahəsinə aiddir.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Daşınmaz əmlakla bağlı SMS xidmətləri istifadəyə verilib

10-03-2015

Vətəndaşlara 95 mindən çox elektron xidmət göstərilib

07-09-2015

Hazır çıxarışların siyahısını internetdən öyrənmək mümkündür

11-09-2019

Bu qurumun e- xidmətlərindən 650 minə yaxın istifadə edilib

25-01-2018

İcarə haqqını internetlə ödəmək mümkün olacaq

13-09-2018

Üç ay ərzində “Elektron xidmət növlərinin siyahısı”na əmlaka dair daha 7 e-xidmət əlavə edilib

24-04-2014

Komitə 500 mindən çox e-xidmət göstərib

09-08-2017

ƏMDK üzrə göstərilən xidmətlər elektronlaşdırmaqda davam edir

10-09-2019

"Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması" elektron xidməti istifadəyə verilib

02-06-2021

Komitənin elektron xidmətlərindən istifadə sayı açıqlandı

10-08-2016

Əmlak Məsələləri Dövlət Komitəsi bu il 15 yeni elektron xidmətin tətbiqini nəzərdə tutub

07-04-2014

Daşınmaz əmlakla bağlı məlumatın verilməsi necə həyata keçirilir?

15-03-2019

Bu e-xidmətlərdən 600 minə yaxın istifadə edilib

19-10-2017

Əmlakın qeydiyyatı ilə bağlı xidmət haqqı və dövlət rüsumu nə qədərdir?

23-01-2019

Daşınmaz əmlakın onlayn rəsmiləşdirilməsinə başlanıb

17-11-2015

Yaxın gələcəkdə vətəndaşlar öz əmlakları haqda məlumatları internetdən əldə edə biləcəklər

07-04-2014

Daşınmaz əmlakın təkrar qeydiyyatı prosesi tam elektronlaşıb

07-09-2015

Özəlləşdirmə prosesində elektron hərracların tətbiqi genişləndirilir

26-07-2015

Komitənin elektron xidmətlərindən istifadə edənlərin sayı 900 mini ötüb

14-03-2019

Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlərdə keyfiyyətcə yeni mərhələ başlayır

18-03-2014

Azərbaycanda ipotekanın dövlət qeydiyyatına alınması və ləğvi proseduru elektronlaşdırılıb

26-04-2019

Azərbaycan Doing Business 2020-də ən islahatçı ölkələr sırasında yer alıb

30-09-2019

Vətəndaşların işini asanlaşdıran daha bir elektron xidmət

16-06-2016

Əmlakların təkrar qeydiyyatında mühüm yenilik

16-11-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə