Previous Next
Bağla

Kadastr kalkulyatoru yaradılıb

04-09-2018 11:37
Kadastr kalkulyatoru yaradılıb

Azərbaycanda daşınmaz əmlakın kadastrı ilə bağlı xidmətlər sahəsində daha bir elektron xidmət istifadəyə verilib. İndi ölkə vətəndaşları, fiziki və hüquqi şəxslər əmlakla bağlı kadastra dair dövlət rüsumu və xidmət haqqını onlayn qaydada hesablaya bilirlər.

Xeberler.az bildirir ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Kadastr kalkulyatoru yaradılıb. Bu elektron xidmət sayəsində “Kadastr planlarının və yerquruluşu xəritələrinin tərtibi”, eləcə də “Torpaqların inventarlaşdırılması və müayinə baxış aktlarının tərtibi” ilə bağlı tələb olunan xidmət haqqını və dövlət rüsumunu öyrənmək mümkündür. Bu isə öz növbəsində daşınmaz əmlakın kadastrı sahəsində göstərilən xidmətlərin daha da sadələşməsi deməkdir. Vətəndaşlar sənədləşdirmə üçün zəruri rüsum və xidmət haqqını öncədən öyrənməklə vaxtlarına qənaət Kadastredəcək. Xidmət bu sahədə şəffaflığın, çevikliyin artırılmasına, vətəndaş məmnunluğunun təmin edilməsinə imkan verir. Xidmət haqqının və dövlət rüsumunun əvvəlcədən dəqiq bilinməsi istifadəçilərin özləri üçün ən optimal variantı seçməsini və sənədləşdirməyə başlayıb-başlamamaqla bağlı istədiyi qərarı verməsini təmin edir.

Bu yenilik vətəndaşa rahat və operativ qaydada kadastrla bağlı hüquqi əməliyyatları aparmaq üçün daha rasional imkanlar yaradır. Kadastr kalkulyatoru sadə və məntiqi tərtib edildiyindən ondan istifadə qaydaları çox sadə və anlaşılandır. Xidmətdən istifadə etmək üçün komitənin elektron xidmətlər portalına (e-emdk.gov.az) daxil olmaq lazımdır. Daha sonra daşınmaz əmlakın kadastrı bölməsindən “Kadastr kalkulyatoru” seçilir. Xidmətdə “Kadastr planlarının və yerquruluşu xəritələrinin tərtibi”, eləcə də “Torpaqların inventarlaşdırılması və müayinə baxış aktlarının tərtibi” əməliyyatları yer alıb.

Daşınmaz əmlakın kadastr planlarını və yerquruluşu xəritələrini tərtib etmək istəyən şəxs xidmətə giriş etməklə tələb olunan məlumatları daxil etməlidir. Belə ki, torpağın uqodiyası, sahəsi, o cümlədən döngə nöqtələrinin sayı, torpaq sahəsinin hansı regionda yerləşməsi qeyd olunur. Bundan başqa torpağın hansı kateqoriyaya aid olduğu əks olunmalıdır. Belə ki, vətəndaş torpağın təyinatına uyğun olaraq kənd təsərrüfatı, həyətyanı və bağ sahəsi, su obyektləri, meşələr bölməsini seçməlidir.

Eyni zamanda xidmətdə tikilinin sahəsi, mülkiyyətçilərin və tərtib olunan plan və ya xəritənin sayı da göstərilməlidir. Kadastr əməliyyatları vətəndaşın istəyindən asılı olaraq tezləşmə qaydası ilə də aparılır. Yəni, vətəndaş həmin əməliyyatı 3 və 7 iş günü ərzində də edə bilər.

Mülkiyyətçi torpaqların inventarlaşdırılması və müayinə baxış aktlarının tərtibini həyata keçirmək üçün tələb olunan dövlət rüsumu və xidmət haqqını da dərhal öyrənə bilir.

Hesablamanı həyata keçirən zaman tələb olunan məlumatlar “Kadastr planlarını və yerquruluşu xəritələrini tərtib” xidmətindəki kimi analoji xarakter daşıyır. Belə ki, istifadəçi torpağın coğrafi və texniki göstəricilərini qeyd edir. Torpağın kateqoriyası, əhatə etdiyi sahəsi, parsellerin sayı və digər məlumatlar ekranda əks olunur. Bu xidmətdə də tezləşmə qaydası tətbiq edilir. Qeyd edilməlidir ki, torpaq kənd təsərrüfatı təyinatlıdırsa bu zaman həmin sahənin çox illik əkmələr və ya digər kateqoriyaya aid olduğu göstərilməlidir. Texniki inventarlaşdırma işləri zamanı daşınmaz əmlak obyektinin, o cümlədən torpaq sahəsinin mövcudluğu, faktiki vəziyyəti, texniki göstəriciləri və tərkibi müəyyən edilir.

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi fəaliyyəti üzrə göstərilən xidmətlərin elektronlaşması prosesini gələcəkdə də davam etdirəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Vətəndaşlar kadastrla bağlı xidmət haqqını və dövlət rüsumunu Kadastr kalkulyatoru ilə öyrənə bilər

30-01-2019

Daşınmaz əmlak inventarlaşdırılması xidməti elektron formada göstərilir

20-06-2019

Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı yeni elektron xidmət

13-01-2017

Əmlakın qeydiyyatı ilə bağlı xidmət haqqı və dövlət rüsumu nə qədərdir?

23-01-2019

ƏMDK üzrə göstərilən xidmətlər elektronlaşdırmaqda davam edir

10-09-2019

Torpaqların elektron kadastr uçotu işlərinin nəticələrindən artıq vətəndaşlar da faydalanır

20-12-2018

Daşınmaz əmlakın qeydiyyatında “bir pəncərə” prinsipinin tətbiqinə başlanılıb

01-10-2015

Regionlarda torpaqlar elektron uçota alınır

20-10-2017

Komitənin elektron xidmətlərindən istifadə edənlərin sayı 900 mini ötüb

14-03-2019

Azərbaycanda yeni sistem: Torpaqların qeydiyyatı asanlaşır

19-11-2015

Bakının elektron kadastr məlumat bazası yaradılıb

23-09-2015

Ölkə ərazisində bütün torpaq məlumatları rəqəmsallaşdırılacaq

13-06-2017

Rəqəmsal kadastr xəritəsi əsasında paytaxtın Baş Planı formalaşır

12-09-2019

Rəqəmsal kadastr xəritəsi nə zaman hazır olacaq ?

16-09-2019

Daşınmaz əmlakın elektron qeydiyyat sisteminin təqdimatı olacaq

22-09-2015

Hazır çıxarışların siyahısını internetdən öyrənmək mümkündür

11-09-2019

Daşınmaz əmlakla bağlı məlumatın verilməsi necə həyata keçirilir?

15-03-2019

Əmlak Xidmətləri Məkanı ictimaiyyət nümayəndələri və medianın gözü ilə adlı info-tur və açıq qapı günü keçirilib

12-02-2019

Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastr sistemi yaradılacaq

29-01-2026

Goranboyda torpaqların elektron kadastr işlərinə start verilib

30-07-2018

Ləğv olunmuş Dövlət Komitəsinin 7 elektron xidmətinin təchizatçısı bəlli olub

19-11-2015

Daşınmaz əmlak obyektlərinə ünvan verilməsi necə aparılır?

11-04-2019

Bakının rəqəmsal kadastr xəritəsi yaradılacaq

25-09-2013

14 rayonda torpaqlar elektron qeydiyyata alınıb

05-02-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə