Previous Next
Bağla

Nazirlik e-xidmətindən istifadə edənlərin sayını açıqladı

08-12-2015 15:32
Nazirlik e-xidmətindən istifadə edənlərin sayını açıqladı

Vətəndaşlar əmək müqaviləsi üzrə bildirişləri "Elektron Hökumət" portalı vasitəsilə əldə edə bilirlər.

Xeberler.az-ın məlumatına görə, “Fərdi məlumatlar haqqında Qanun”un tələblərinə uyğun olaraq, dövlət qurumlarının mülkiyyətində olan bir çox informasiya ehtiyatlarında vətəndaşlar haqqında toplanmış fərdi məlumatlar hazırda vətəndaşlara açıq edilib və fərdə aid müxtəlif məzmunlu informasiyalar "Elektron Hökumət" portalı üzərindən vətəndaşlar üçün əlçatandır.

Portalın vətəndaşlara göstərdiyi belə xidmətlərdən biri "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi"dir. Bu xidmətdən vətəndaşlar aktiv şəkildə istifadə edirlər və noyabr ayının statistik göstəricilərinə əsasən bu xidmətdən 32943 dəfə istifadə olunub. Sözügedən xidmət vasitəsilə vətəndaşlar əmək müqaviləsi üzrə əks olunan məlumatlarla tanış ola, həmçinin bildirişi pdf formatında kompüterinə yükləyə bilərlər.

Bu xidmət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi" elektron xidməti əsasında yaradılmış informasiya sistemi əsasında formalaşdırılıb. 2014-cü ildən etibarən, işə götürənlər qarşısında qoyulan əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması tələbi işçi hüquqlarının qorunması habelə, vergidən yayınma kimi xoşa gəlməz halların aradan qaldırılmasına xidmət edir. Qeyd edək ki, noyabr ayı ərzində sözügedən xidmətdən 120220 dəfə istifadə olunub.

"Elektron Hökumət" portalı 2012-ci ildən etibarən artıq 3 ildir ki, fərdi məlumatlar üzrə informasiya sistemlərinin müvafiq standartlara uyğunlaşdırılması və portala inteqrasiyası üzərində işləyir. Bu gün portal üzərindən təqdim edilən əmək müqaviləsi bildirişləri, iş yerinə dair çıxarışlar (arayış) məhz davam etməkdə olan bu fəaliyyətin nəticəsidir.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nazirliyin e-xidmətlərindən istifadə sayı artıb

08-05-2015

ƏƏSMN-nin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

11-08-2015

Əmək müqaviləsi bildirişləri üzrə e-müraciətlər 5,3 faiz artıb

26-12-2016

Əmək müqaviləsi bildirişləri üzrə e-sistemdən istifadə sayı açıqlanıb

10-11-2015

Əmək müqaviləsi ilə bağlı xidmətdən istifadənin statistikası açıqlandı

04-08-2015

Nazirlik ən çox istifadə olunan e-xidmətləri açıqladı

14-04-2015

Əmək müqaviləsi bildirişləri üzrə elektron müraciətlərin sayı açıqlanıb

10-06-2016

Nazirliyin e-xidmətlərindən 170 min istifadə qeydə alınıb

10-06-2015

ƏƏSMN-nin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

15-07-2015

ƏƏSMN-in e-xidmətlərinin statistikası açıqlanıb

10-07-2015

Elektron informasiya sistemində 1 milyondan artıq müraciət qeydə alınıb

12-07-2016

ƏƏSMN-nin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

20-05-2015

Əmək müqaviləsi bildirişləri üzrə elektron müraciətlərin sayı açıqlanıb

08-09-2016

Əmək müqaviləsi bildirişi ilə bağlı e-xidmətdən istifadə sayı hesablanıb

07-10-2015

Elektron xidmətlərdən 2,5 milyon dəfə istifadə olunub

24-01-2015

Elektron qaydada 36 mindən çox əmək müqaviləsi bildirişi əldə edilib

03-09-2015

Ötən ay ən çox hansı elektron xidmətdən istifadə edilib?

09-03-2016

İş yeri üçün elektron arayış alanların sayı artıb

10-10-2016

Əmək müqaviləsi bildirişi elektron imza vasitəsilə daxil ediləcək

08-06-2015

Azərbaycanda ən çox istifadə olunan elektron xidmət hansıdır?

14-01-2015

Nazirliyin e-xidmətindən istifadə edənlərin sayı artıb

12-10-2015

Elektron xidmətlər üçün ən çox müraciət edilən qrum bəlli olub

08-06-2018

Bu e-xidmətə 10 milyona yaxın müraciət olub

15-08-2017

Sentyabrda çox istifadə olunan e-xidmətlərin siyahısı

09-10-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə