Previous Next
Bağla

Nazirlik ən çox istifadə olunan e-xidmətləri açıqladı

14-04-2015 15:51
Nazirlik ən çox istifadə olunan e-xidmətləri açıqladı

Ötən ay “E-hökumət” portalı üzərindən göstərilən xidmətlərdən ümumi istifadənin 20,9 faizi ƏƏSMN-nin e-xidmətlərinin payına düşüb

Mart ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətindən 104903 ədəd, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətindən 22725 ədəd istifadə sayı qeydə alınıb.

Nazirlikdən Xəbərlər-ə verilən məlumata görə, ötən ay nazirliyin “İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı 8265 ədəd təşkil edib. Hər üç xidmət “Elektron hökumət” portalı üzərindən ən çox istifadə olunan elektron xidmətlər siyahısında ilk yerləri tutur. Ümumilikdə ƏƏSMN-nin “Elektron hökumət” portalı üzərindən təqdim olunan bütün e-xidmətləri üzrə istifadə sayı 138080 ədəd olmaqla bu portal üzərindən 42 qurum tərəfindən 280 növdə göstərilən  e-xidmətlərdən cəmi istifadə sayının (658481 ədəd) 20,9%-ni təşkil edib.

ƏƏSMN tərəfindən ötən ilin ortalarında  istifadəyə verilən “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti əmək münasibətlərinin elektron müstəvidə qeydiyyata alınmasına xidmət edir.

Ən çox istifadə olunan e-xidmətlər sırasında daim birinciliyi ilə seçilən bu xidmətin istifadəyə verilməsi əmək münasibətləri barədə dolğun elektron məlumat bazasının formalaşmasına imkan yaradıb. Bu isə ƏƏSMN tərəfindən hazırda vətəndaşların daha çox istifadə etdiyi xidmətlərdən olan  “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” və “İş yerinə dair arayış” e-xidmətlərinin də yaradılaraq istifadəsinə verilməsini şərtləndirib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nazirliyin e-xidmətlərindən istifadə sayı artıb

08-05-2015

ƏƏSMN-nin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

11-08-2015

Nazirliyin e-xidmətlərindən 170 min istifadə qeydə alınıb

10-06-2015

Nazirliyin e-xidmətindən istifadə edənlərin sayı artıb

12-10-2015

Azərbaycanda ən çox istifadə olunan elektron xidmət hansıdır?

14-01-2015

ƏƏSMN-nin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

15-07-2015

Əmək müqaviləsi bildirişləri üzrə e-sistemdən istifadə sayı açıqlanıb

10-11-2015

ƏƏSMN-in e-xidmətlərinin statistikası açıqlanıb

10-07-2015

ƏƏSMN-nin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

20-05-2015

Sentyabrda çox istifadə olunan e-xidmətlərin siyahısı

09-10-2015

Ən çox istifadə olunan elektron xidmət hansıdır?

10-12-2014

Elektron xidmətlərdən 2,5 milyon dəfə istifadə olunub

24-01-2015

Əmək müqaviləsi bildirişləri üzrə elektron müraciətlərin sayı açıqlanıb

10-06-2016

11 mindən çox istifadəçi elektron arayış əldə edib

17-02-2015

Nazirliyin e-xidmətlərindən 3,6 milyon istifadə qeydə alınıb

05-08-2016

E-xidmətlərdən istifadə artıb

29-04-2015

Nazirliyin elektron xidmətindən istifadə edənlər artıb

01-09-2015

Əmək müqaviləsi bildirişləri üzrə e-müraciətlər 5,3 faiz artıb

26-12-2016

Nazirlik e-xidmətindən istifadə edənlərin sayını açıqladı

08-12-2015

Elektron xidmətlər üçün ən çox müraciət edilən qrum bəlli olub

08-06-2018

Əmək müqaviləsi ilə bağlı xidmətdən istifadənin statistikası açıqlandı

04-08-2015

107 minə yaxın şəxsə iş yerinə dair e-arayış verilib

12-08-2015

Əmək müqaviləsi bildirişi ilə bağlı e-xidmətdən istifadə sayı hesablanıb

07-10-2015

Ötən ay ən çox hansı elektron xidmətdən istifadə edilib?

09-03-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə