Previous Next
Bağla

Əmək müqaviləsi bildirişləri üzrə elektron müraciətlərin sayı açıqlanıb

08-09-2016 11:18
Əmək müqaviləsi bildirişləri üzrə elektron müraciətlərin sayı açıqlanıb

Cari ilin avqust ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminə müraciətlərin sayı əvvəlki iyul ayına nisbətən 15 faiz, ötən ilin avqust ayına nisbətən 30 faiz  artaraq 164 981-ə  çatıb.

Nazirliyin mətbuat xidmətindən Xeberler.az-a verilən məlumata görə, bu ilin yanvar-avqust aylarında isə 2015-ci ilin eyni dövrü ilə müqayisədə həmin sistemdən 5,8 faiz çox, yəni 1 369 124 dəfə istifadə edilib.   

Ölkəmizin Əmək Məcəlləsinə əsasən, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qeyd olunan bildirişlərin informasiya sistemində qeydiyyata alınması “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti vasitəsilə yerinə yetirilir. Avqust ayında sistemə müraciətlərin 153 103-ü məhz həmin e-xidmətə aid olub. Sistemə müraciətlərin digər qismi (11 878 müraciət) isə  “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətinə yönəlib. Bu e-xidmət isə işçilərə onlarla bağlanmış əmək müqaviləsi bildirişləri barədə real vaxt rejimində məlumat əldə etmək imkanı verir.

2014-cü ilin iyul ayından respublikamızda əmək müqaviləsi bildirişləri üzrə elektron qeydiyyat sisteminin tətbiqi ilə əlaqədar əhaliyə təqdim olunan hər iki e-xidmətdən cari ilin 01 sentyabr tarixinə qədər 5 878 228 dəfə  istifadə qeydə alınıb.

 

 Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Əmək müqaviləsi bildirişləri üzrə e-müraciətlər 5,3 faiz artıb

26-12-2016

Əmək müqaviləsi bildirişləri üzrə elektron müraciətlərin sayı açıqlanıb

10-06-2016

Əmək müqaviləsi bildirişləri üzrə e-sistemdən istifadə sayı açıqlanıb

10-11-2015

Nazirliyin e-xidmətlərindən 170 min istifadə qeydə alınıb

10-06-2015

Əmək müqaviləsi ilə bağlı xidmətdən istifadənin statistikası açıqlandı

04-08-2015

Elektron informasiya sistemində 1 milyondan artıq müraciət qeydə alınıb

12-07-2016

ƏƏSMN-nin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

11-08-2015

Nazirliyin e-xidmətlərindən istifadə sayı artıb

08-05-2015

Bu e-xidmətə 10 milyona yaxın müraciət olub

15-08-2017

Əmək müqaviləsi bildirişi ilə bağlı e-xidmətdən istifadə sayı hesablanıb

07-10-2015

Əmək müqaviləsi bildirişini elektron alanların sayı açıqlandı

27-10-2017

Nazirlik ən çox istifadə olunan e-xidmətləri açıqladı

14-04-2015

Nazirliyin bu e-xidmətinə 7 milyondan çox müraciət olub

01-05-2017

Əmək müqaviləsi bildirişi elektron imza vasitəsilə daxil ediləcək

08-06-2015

ƏƏSMN-nin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

15-07-2015

Nazirliyin e-xidmətlərindən 3,6 milyon istifadə qeydə alınıb

05-08-2016

ƏƏSMN-nin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

20-05-2015

Nazirliyin e-xidmətlərindən istifadə sayı açıqlanıb

04-10-2016

Nazirliyin e-xidmətindən istifadə edənlərin sayı artıb

12-10-2015

Nazirliyə daxil olan e- müraciətlərin sayı açıqlanıb

10-10-2017

Nazirliyin e- xidmətlərinə 4 milyondan çox müraciət olub

02-06-2017

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə 5,4 milyon müraciət olub

15-07-2019

ƏƏSMN-in e-xidmətlərinin statistikası açıqlanıb

10-07-2015

Nazirlik e-xidmətindən istifadə edənlərin sayını açıqladı

08-12-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə