"ASAN xidmət"in və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Yaşıl Dünyanı Yarat! -2” rəqəmsal həllər hakatonu keçirilib.
Xeberler.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, məqsəd gənclərin ekoloji problemlərə innovativ və texnoloji yanaşmasını təşviq etmək, onların tətbiq oluna bilən rəqəmsal həllər hazırlamasını təmin etmək olub.
Proqram müddətində iştirakçılar sahə üzrə ekspertlərin iştirakı ilə panel müzakirələrdə və təlimlərdə iştirak ediblər.
İki gün davam edən tədbir 16 komandanı və 64 iştirakçını əhatə edib. Bu çərçivədə Xəzər dənizinin ekoloji vəziyyətinin və su ehtiyatlarının qorunması, ağıllı su idarəetməsi, enerji səmərəliliyi kimi məsələlər diqqətdə saxlanılıb. Bərpaolunan enerji həlləri, dayanıqlı və yaşıl şəhər mühiti, iqlim dəyişikliyi ilə mübarizə, karbon emissiyasının azaldılması, ekoloji monitorinq və məlumatların süni intellekt vasitəsilə analizi kimi müxtəlif istiqamətlər üzrə hazırlanan layihələr münsiflər heyətinə təqdim edilib.
Mükafatlandırma mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, IDEA İctimai Birliyinin nümayəndəsi Ceyhun Hüseynov, ali təhsil müəssisələrinin prorektorları və nümayəndələri, digər qonaqlar iştirak ediblər.
Müsabiqədə Bakı Dövlət Universitetinin “BSUstainable” komandasının tələbələri I, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “DİAmonds” komandasının tələbələri II, Bakı Ali Neft Məktəbinin “SynBHOSis” komandasının tələbələri isə III yeri tutublar.
Komandalara müvafiq olaraq 2000, 1500 və 1000 manat məbləğində pul mükafatı və sertifikatlar təqdim olunub.
Hakatonda ADA Universitetinin, Azərbaycan Dillər Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Azərbaycan Texniki Universitetinin, Azərbaycan Turizm və Menecment Universitetinin, Azərbaycan Universitetinin, Bakı Ali Neft Məktəbinin, Bakı Biznes Universitetinin, Bakı Dövlət Universitetinin, Bakı Mühəndislik Universitetinin, Bakı Slavyan Universitetinin, Milli Aviasiya Akademiyasının və Qərbi Kaspi Universitetinin tələbələri iştirak ediblər.
Rəqəmsal həllər hakatonu gənclərin ekoloji problemlərin həllinə aktiv şəkildə qoşulmasını təşviq etməklə yanaşı onların innovativ potensialının üzə çıxarılmasına və praktiki bacarıqlarının inkişafına mühüm töhfə verilməsinə hədəflənib.




Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları