“Enterprise Azerbaijan” və Dövlət Məşğulluq Agentliyi 3 startapa aktivlər təqdim edib

09-03-2021 / 15:18

“EnterpriseAzerbaijan.com” portalına daxil edilən 3 innovativ startapa Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim edilib. İnnovativ startapların dəstəklənməsi barədə razılıq İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq çərçivəsində əldə olunub.

Xeberler.az bildirir ki, “EnterpriseAzerbaijan.com” portalına daxil edilən və özünüməşğulluq proqramının tələblərinə uyğun olan layihələrdən birincisi Healwith startapıdır. Bu startap süni intellektin köməyi ilə bitki xəstəliklərini sadəcə şəkillərini çəkməklə müəyyən edən və müvafiq müalicə metodlarını göstərən mobil tətbiqdir. Layihə hazırda prototip halındadır və 4 xəstəlik tanıyır. Yaxın zamanda sistemə 32 xəstəlik əlavə ediləcək və bazada yerləşdiriləcək. HealWith müəyyən mənada “cib aqronomu” rolunu oynayır, beləcə, insanlara vaxt və büdcəyə qənaət edərək təsərrüfatlarını inkişaf etdirməyə kömək edir. Özünüməşğulluq çərçivəsində dəstək alan digər startap İnterno platforması - tələbə və yeni məzun olan gənclərə ixtisaslarına uyğun təcrübə proqramlarını təqdim edən layihədir. Şirkətlər platformada özlərinə hesab açaraq elan etmək istədikləri təcrübə proqramlarını yerləşdirirlər. Tələbə və məzunlar portal vasitəsilə təcrübə proqramlarına müraciət edirlər. Gələcəkdə müsahibələr platforma üzərindən online formatda da həyata keçiriləcəkdir.

“EnterpriseAzerbaijan.com” portalı və Dövlət Məşğulluq Agentliyinin dəstəklədiyi üçüncü innovativ layihə Bonpini starapıdır. Dünya təcrübəsində bir çox insan yaşadığı və ya işlədiyi əmlakı digərləri ilə bölüşərək aylıq kirayə haqqına qənaət edir. “Otaq yoldaşı”, “ev yoldaşı”, “ofis yoldaşı” ifadələri yəqin ki, hamımıza tanışdır. Bonpini bu xidməti onlinə şəkildə göstərir. İstifadəçilərin asanlıqla özlərinə uyğun elanı seçməsi üçün bütün detallar qeyd olunur. Bu tətbiq vasitəsi ilə evin və ya ofisin istifadə edilməyən otağını, həmçinin 1 yataq yerini və ya 1 iş masasını kirayə verərək xərclərinə qənaət edə bilər.

Qeyd edək ki, EnterpriseAzerbaijan.com portalının missiyası investisiya layihələr,
startaplar və aktivlər, habelə, təbii resurslar və investisiya imkanları haqqında məlumatları xarici və yerli investorlara təqdim etmək və startapların inkişafına töhfə verməkdir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə