Previous Next
Bağla

Ermənilər Azərbaycana məxsus domen adları da oğurlayıblar

10-11-2009 17:34
Ermənilər Azərbaycana məxsus domen adları da oğurlayıblar

İndi hər cür informasiyanı əldə etmək, yaymaq üçün texnologiyanın son uğurlarından istifadə edirik. Kompüter və internet isə sürətlə həyatımıza az qala hava, su kimi daxil olmaqdadır. Əvvəllər silah gücünə həll edilən bəzi məsələlər müasir dövrümüzdə informasiyanın köməyi ilə yoluna qoyulur. İnternet həm də getdikcə savaş meydanına çevrilir.

Hansısa bir ölkə haqqında məlumat toplamaq istəyəndə birinci növbədə internetdəki axtarış sistemlərinə üz tuturuq. Sonra həmin ölkənin adına uyğun ağlımıza tez gələn sözü axtarış saytında yazıb, “enter” klavişini basırıq. Məsələn, Azərbaycan, Qarabağ və bir çox şəhərlərimiz haqqında nəsə öyrənmək istədikdə, internetə bağlanıb bu ünvanları yazırıq: www.azerbaijan.com, www.baku.com, www.karabakh.com, www.susha.com, www.lachin.com, www.sumqait.org və s. Lakin bu ünvanlara daxil olduqda tamamilə başqa şeylərlə qarşılaşırıq. Saytın adı, yəni domen ünvanı axtardığımız ölkəyə-Azərbaycana aid olduğu halda, səhifənin içindəkilər tamam başqa bilgilərlə doldurulub. Buna anti-təbliğat da deyilə bilər.

Domen adlar nəyi bildirir, domen nə deməkdir?

 İnternetdə hər bir kompüter təkrar olunmaz ünvana malikdir və onu İP-ünvan adlandırırlar. İP ünvan 8 rəqəmdən ibarət olur. Lakin rəqəmləri yadda saxlamaq çətin olduğundan dünya internet cəmiyyəti domen adlar sistemini yaradıb. Ünvanın bir şəkildən başqa şəklə çevirilməsi xüsusi Domen Adları xidməti (DNS - domain name service) tərəfindən yerinə yetirilir. Yəni, səkkiz rəqəmli ədədi yazmaq əvəzinə, www.uyğun ad ( coğrafi ad və ya təşkilat adı) və com və ya net, org, digər domenlər yazılır. www.azerbaijan.com domen addır.

Domenlər birinci və ikinci səviyyəli olur. İnternet şəbəkəsinə üzv olan ölkələrə məxsus birinci səviyyəli milli domenlər həmin ölkələri bildirmək üçün istifadə edilən iki simvoldan ibarət olur. Məsələn, “.az”- Azərbaycanı bildirir. İkinci səviyyəli domenlərə isə com, edu, gov, net, info və s. daxildir.

Domen adların fəaliyyəti ilə beynəlxalq təşkilatlar məşğul olur 

Birinci səviyyəli domenlərin, o cümlədən hər bir ölkəyə məxsusu birinci səviyyəli domenlərin idarə edilməsi ilə İCANN-ın (The Internet Corporation for Assigned Names and Numbers) tapşırığı ilə xüsusi təşkilatlar məşğul olur. İCANN, ABŞ hökuməti qarşısında məsuliyyət daşıyır. Təşkilat 1998-ci ilin oktyabrında İP ünvanların paylanması, domen adlar, eləcə də digər xüsusi məsələlərin yerinə yetirilməsi üçün yaradılıb. Bu cür təşkilatlar qeyri-kommersiya istiqamətli olur, internet ictimaiyyətinin maraqlarından çıxış edir. Domen qeydiyyatı üçün müəyyən haqq ödənilir. Domen adını qeydə alan şəxs bu domenə aid bütün hüquqlara məxsus olur.

Domenlərin alınması və qeydiyyatında məhdudiyyət yoxdu

Domenləri müxtəlif məqsədlərlə - informasiya müharibəsi, qazanc əldə etmək və s. istifadə edirlər. Domenləri nüfuzlu adamların adları, tarixi – mənəvi dəyərlər, coğrafi isimlərlə adlandırırlar. Təəccüblü deyil ki, artıq domenlərin də “qara bazarı” formalaşıb.

Azərbaycana məxsus domen adları Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyir ki, sonluğu “com.”, “edu.”, “org.” olan domenlərin qeydiyyatı ilə bağlı məhkəmə kifayət qədər açıqdır, şəffafdır. Bu domenlərin qeydiyyatına bir şərtlə məhdudiyyət qoyulur. Əgər istədiyin domen adı intellektual mülkiyyətdirsə, obyektdirsə, ticarət nişanıdırsa, onu heç kəs ala bilməz. “Məsələn: cococola.com, microsoft.org, qalan digər adlar məsələn, azərbaycan.com, onu kim tez yuxudan dursa o alacaq. Ola bilsin ki, domeni kimsə alıb və resursa uyğun olmayan anti-reklama, porno reklama başlayarsa, bunun hüquqi çəkişmələrini aparmaq olar”.

İnternetdə Azərbaycana məxsus coğrafi adların alınması müstəqillik qazanandan sonra reallaşmağa başladı. Xaricdə yaşayan erməni əsilli biznesmenlər Azərbaycanın demək olar ki, bütün regionlarının adlarını ikinci dərəcəli domen kimi qeydiyyatdan keçiriblər. Osman Gündüz bütün bunların günahını Azərbaycanda internetə məhdudiyyətlərin qoyulması ilə əlaqələndirir. “Vaxtilə bizimkilər yatıblar, internetdə gəlişdirmələr edə bilməyiblər, cəld kim tərpənsə, domen adı o da alacaq. Bizim ən tanınmış coğrafi terminlərin adları ilə bağlı domenlərin ələ keçirilməsi internetin inkişafı ilə bağlıdır. Vaxtilə biz də internetdə kifayət qədər məhdudiyyətlər vardı, yəni internetə telefon xətti ilə girənlərdən 4 manat pul alırdılar. Bizdə internetin qarşısını almaq üçün tədbirlər həyata keçirilən zaman, ermənilər adlarımızı almaqla məşğul idilər”.

“.az” domeni 25 avqust 1993-cü ildə qeydiyyata alınıb

Azərbaycanda domen “.az”-ın qeydiyyatı ilə bağlı səlahiyyət uzun müddət “AzCom” şirkətinə məxsus olub. 2008-ci ilin əvvəllindən isə milli domenin qeydiyyatı ilə real şəkildə İNTRANS şirkəti məşğul olur. Şirkət tərəfindən hazırlanmış axtarış sistemi vasitəsilə, “.az” domeni haqqında məlumatı əldə etmək olur.

Böyük pula bəzi domen adları almaq olar

www.baku.net (2001-ci ildə Hindistanda alınıb), www.baku.tv (2004-cü ildə alınıb), www.baku.co.uk, www.ordubad.com (Honk-Konqda alınıb), www.nakhchivan.com (2000-ci ildə İngiltərədə alınıb), www.babek.am, www.susha.net, www.sumqait.info ( Ashot Amatuni, 2003-cü ildə Yerevanda qeydiyyatdan keçirilib), www.nakhchivan.net, www.yevlakh.com, www.yevlakh.net (1999-cu ildə Amerikada alınıb) və s. Onlarla belə ünvanlar erməni əsilli şəxslər tərəfindən alınıb, müxtəlif məqsədlərlə istifadə edilir. Həmin domen ünvanların bəziləri külli miqdarda pul müqabilində satışa çıxarılıb. Hətta razılaşma yolu ilə böyük pul verib həmin adları almaq mümkündür. Təbii ki, Azərbaycanın büdcəsi belə ünvanları almaq üçün yetərli deyil.

Hansı tədbirlər görülməlidir?

Osman Gündüz Azərbaycana məxsus domen adların geri qaytarılması ilə bağlı iki çıxış yolunun olduğunu bildirir: “Beynəlxalq arenalarda bununla bağlı hüquqi müstəvidə mübarizə aparmaq mümkündür. Ancaq bu yol kifayət qədər çətin və uzundur. Digər yol daha səmərəlidir. Yeni adlardan istifadə edib, yeni bir bir internet resursu yaratmaq və reklamına başlamaq lazımdır”.

Azərbaycanda “az.” domeninin qeydiyyatı ilə bağlı qanunvericilikdə nəzərdə tutulan proseslər hələ həyata keçirilməyib. O.Gündüz qeyd edir ki, Rabitə İnformasiya Texnologiyalar Nazirliyi tərəfindən qeyri-qanuni olaraq İntrans şirkətinə məktub verilib, İCANN-da qeydiyyatdan keçib və Azərbaycanda domen adlarıyla məşğul olmaq ona tapşırılıb. “Bu səlahiyyət İnternet ictimaiyyətilə razılaşmadan verilib. Halbuki, “Telekommunikasiya haqqında” qanunda yazılıb ki, domen adlarının qeydiyyatı nazirlik tərəfindən əlaqədar qurumlarla birgə həyata keçirilməlidir”.

Azərbaycana məxsus və sonluğu .com, .edu, .gov, .net, .biz və s. ikinci səviyyəli domenlə olan adlarımızın demək olar ki, hamısı alınıb. Ermənilər informasiya müharibəsində qalib gəlmək üçün əllərindən gələni edirlər. Beynəlxalq ictimaiyyət bilgiləri həmin saytlardan alır. Azərbaycanda isə anti-təbliğatın qarşısını almaq üçün demək olar ki, heç bir tədbir həyata keçirilmir. Nəzərə almaq lazımdır ki, müharibə şəraitində olan ölkə üçün informasiya müharibəsində qalib gəlmək vacib məsələlərdən biridir.// Vüsalə ƏLÖVSƏTQIZI//modern.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Son iki ayda Azərbaycanda 60 yeni milli domen qeydiyyata alınıb

07-07-2010

Azərbaycanda 10min 036 milli domen adı qeydiyyatdan keçib

25-05-2010

“.az” domen zonasında 17705 domen adı qeydiyyatdan keçib

01-03-2013

Ölkəmizdə nə qədər domen qeydiyyatdan keçib ?

31-08-2015

Azərbaycanda sayt açmaq istəyənlərin nəzərinə...

04-01-2011

az. zonasında qeydiyyatdan keçmiş domenlərin sayı artır

22-06-2010

Siyasətçilərimiz domen adlarına niyə sahib çıxmırlar? - ARAŞDIRMA

23-03-2013

Azərbaycanın neçə internet saytı var?

08-12-2014

Onlayn qeydiyyatı Azərbaycanda domen adlarının sayına təsir edəcək

06-03-2013

Dünyanın ən uzun domen adı

01-11-2010

Qeydiyyatdan keçən domenlərin sayı açıqlandı

03-04-2015

ICANN yuxarı səviyyəli yeni domenlərin satışını təxirə salıb

25-03-2009

Azərbaycanın milli domen adlarının stop-vərəqəsi genişləndirilir

14-03-2013

Azərbaycan domenində saytların sayı artıb

07-01-2018

Qeydiyyata alınan domenlərin sayı açıqlanıb

24-07-2015

İnternet-auksion Sedo domen satışları ilə bağlı yeni məlumat dərc edib

18-12-2010

Az domeni ilə qeydiyyatdan keçən veb-saytların sayı artıb

01-10-2019

Azərbaycanın domen zonasında qeydiyyatdan keçən saytların sayı artıb

02-07-2019

Qeydiyyatdan keçən domenlərin ümumi sayı açıqlanıb

21-09-2015

Azərbaycanın milli “*.az” domeninin 20 illik yubileyinə həsr edilmiş konfrans keçiriləcək

22-08-2013

“.COM domeni xaricdə populyarlaşır”

27-10-2015

Azərbaycanda 7174 .az domeni qeydiyyatdan keçib

08-10-2008

Dünyada milli domenlər arasında hansı ölkə liderdir?

08-01-2016

Qeydiyyatdan keçən domenlərin sayı 300 milyona yaxınlaşır

06-06-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə