ETX nümayəndələri “Cyber Security Summit 2025”də iştirak ediblər

13-10-2025 / 11:28

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) nümayəndələri Özbəkistanın Daşkənd şəhərində keçirilən “Cyber Security Summit 2025” tədbirində iştirak ediblər.

Xeberler.az bildirir ki, tədbirin ilk panelində çıxış edən ETX-nin rəis müavini Elvin Şahverdiyev qlobal kibertəhlükəsizlik sistemində milli CERT-lərin rolu, regional əməkdaşlığın gücləndirilməsi və kibertəhdidlərə qarşı birgə mübarizənin vacibliyi barədə danışıb. O, beynəlxalq tərəfdaşlarla əlaqələrin inkişaf etdirilməsinin milli kibermühitin dayanıqlığının təmin olunmasında mühüm rol oynadığını vurğulayıb.

Sammit çərçivəsində ETX ilə Özbəkistanın Dövlət Unitar Müəssisəsi “Kibertəhlükəsizlik Mərkəzi” arasında Anlaşma Memorandumu imzalanıb.

Sənəd kibertəhlükəsizlik sahəsində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsini, təcrübə mübadiləsinin genişləndirilməsini və birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur.

Qeyd edək ki, Elektron Təhlükəsizlik Xidmətinin də dəstək göstərdiyi “Cyber Security Summit 2025” tədbiri Azərbaycanla yanaşı, Mərkəzi Asiya və digər regionlardan olan dövlət qurumlarının, təşkilatların və kibertəhlükəsizlik şirkətləri nümayəndələrinin, eləcə də beynəlxalq ekspertlərin iştirakı ilə keçirilib.


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə