Previous Next
Bağla

"Euronews" kanalında Kaspersky-nin geyminq və kiberidman haqqında sənədli serialı başlayır

08-07-2022 13:57
"Euronews" kanalında Kaspersky-nin geyminq və kiberidman haqqında sənədli serialı başlayır

İyulun 9-da Euronews kanalı Kaspersky tərəfindən yaradılmış “hacker:HUNTER Next Level” sənədli serialının premyerası baş tutacaq. Ekran əsəri qeyminq (video oyunlar), kiberidman və onlarla bağlı təhlükəsizlik problemlərinə həsr olunub. Serial ABŞ, Böyük Britaniya, İsveç, İspaniya və Hindistandan olan video oyun həvəskarları, kiberidman oyunçuları və etik hakerləri əhatə edən altı epizoddan ibarətdir.

Xeberler.az bildirir ki, ilk epizod “Gold Rush” (Qızıl Hərisliyi) adlanır. O, ABŞ-ın müxtəlif yerlədindən olan bir qrup uşağın necə milyonlarla dollar qazandığını izah edir: FIFA EA Sports-da səhv aşkar etdikdən sonra demək olar ki, qeyri-məhdud miqdarda oyundaxili valyuta yaradıblar. Serialda rəsmi olaraq heç bir dəyəri olmayan bir şeyi satmağın cinayət olub-olmadığını öyrənmək üçün nəzərdə tutulmuş məhkəmə prosesinin təfərrüatları da yer alıb.

“Career of dreams” (Xəyalların karyerası) adlı bir digər epizodda Avropanın ən uğurlu kiberidman təşkilatlarından birinin görkəmli peşəkar kiberidmançısının karyerasının qaranlıq tərəflərini araşdırılır: zorakılıq, təcavüz və onlayn təcavüz. Epizodun yayım tarixi 23 iyuldur.

“Forsaken” (Tərk dilmiş) adlanan epizod oyun sənayesinin kölgə sektoruna həsr olunub. Epizodda komanda yoldaşlarının Asiyanın ən böyük kiberidman turnirlərindən birini qazanmaq ümidlərini qıran bir kiberidman oyunçusunun hekayəsindən bəhs edilir. Buraxılış tarixi 6 avqustdur.

“Hacking Kids” (Uşaqları aldadaraq) epizodu oyun hesabları sındırılmış uşaqlardan danışır. Buraxılış tarixi 20 avqustdur.

“This is Manfred” (Bu Manfreddir) seriyası rəqəmsal vətəndaşın totalitarizmə qarşı necə müqavimət göstərə biləcəyini anlamaq üçün 20 ilini video oyunları sındırmaq və onların virtual iqtisadiyyatını öyrənməyə həsr edən “ağ” haker haqqındadır. Buraxılış tarixi 3 sentyabrdır.

Sonuncu "Speedrunning for Good" (Sürətlə sona doğru) epizodu oyunlarda qüsurlar axtaran "speedrunners" cəmiyyətindən bəhs edir. Bu bacarıq oyunçulara oyunu daha sürətli başa vurmağa və daha yaxşı nəticələr göstərməyə imkan verir. Buraxılış tarixi 17 sentyabrdır.

“İnsanlar oyun oynamağı sevirlər, lakin onlayn oyunlar həmişə təhlükəsiz olmur. Oyuna olan ehtiraslarının necə baş qaldırdıığını bölüşən uşaqlarla və FTB onların qapısını döyənədək ağıllı bir şey etdiklərini düşünən gənclərlə görüşdük. Sındırılmış bir idmançı gördük. İnsanlarla nə qədər çox danışdıqsa, bir o qədər dərk etdik ki, oyunları təhlükəsiz etmək üçün oyun sənayesi, sosial platformalar, informasiya təhlükəsizliyi şirkətləri və hökumətlərin qarşısında böyük vəzifələr durur,” deyə “hacker:HUNTER” serialının icraçı prodüseri Rayner Bok bildirib.

“hacker:HUNTER” istehsalı olan bütün filmlərə buradan baxa bilərsiniz.

* Speedrunningkompüter oyununu sürətlə başa vurmaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kiberidmançılar Asiya oyunlarında iştirak edəcək

21-04-2017

Kaspersky və Fnatic əməkdaşlığa başlayır

02-07-2021

"Facebook"da nəhəng bir oyun

08-06-2010

LEVEL Online yeni formada qarşınızda...

20-12-2008

Şəbəkə uşaq oyuncağı deyil: uşağı internetdə necə qorumalı

26-08-2022

60 milyonluq video oyun

12-11-2009

Gamee: Pulsuz mobil oyun axtaranlara xüsusi mobil sosial şəbəkə

01-04-2015

“Kaspersky Anti-Cheat” startapı təqdim edilib

20-09-2019

İşçilərin 40 faizi video oyun oynayır- Araşdırma

03-04-2018

Steam istifadəçi sayına görə rekord qırdı

08-01-2017

Azərbaycanda populyar kompüter oyunları üzrə onlayn çempionat keçiriləcək

12-08-2020

YouTube-da zərərli proqramlar ehtiva edən video peyda olub

19-09-2022

CityNet-in əsas tərəfdaşlığı ilə GameSummit festivalı keçiriləcək

08-12-2023

Ölkəmiz kompüter oyunları üzrə dünya çempionatında təmsil olunacaq

15-07-2016

Azərbaycanda uşaqların təxminən üçdə biri hər gün video oyun oynayır

19-05-2020

Kaspersky FIDE Online Arena oyun platformasının kiber təhlükəsizliyini təmin edəcək

22-06-2020

Bir milyon istifadəçi video oyun əvəzinə təhdid təhlükəsi ilə üzləşib

20-06-2019

Kaspersky sənaye təhlükəsizliyi haqqında oyunu VR formata keçirib

05-07-2021

Need For Speed:No Limits oyunu Play Store-da

21-09-2015

MAFİOZİ.AZ –YENİ OYUN SAYTI!!!

13-02-2009

ABŞ video oyunlardan 30,4 milyard dollar qazanıb

21-01-2017

Electronic Arts Asiyanın onlayn oyunlar bazarını mənimsəyir

16-10-2008

Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

18-06-2020

Xfire v.1.99 Build 34432 - həm çat, həm oyun

15-10-2008





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə