Previous Next
Bağla

Kaspersky sənaye təhlükəsizliyi haqqında oyunu VR formata keçirib

05-07-2021 11:11
Kaspersky sənaye təhlükəsizliyi haqqında oyunu VR formata keçirib

Kaspersky “Kaspersky Interactive Protection Simulation” biznes oyununu virtual reallıq (VR) formatında təqdim edib. Kaspersky-nin bu oyun təlimi süni mühitə adaptasiya edilir və kiber hücumların mümkün nəticələrini daha yaxşı anlamağa kömək edir.

VR formatı üçün şirkətin mütəxəssisləri elektrik stansiyası ilə bağlı bir ssenari seçiblər.

Onun köməyilə şöbə rəhbərləri sənaye müəssisəsinin informasiya təhlükəsizliyimütəxəssisi rolunu üzərinə götürə biləcək və kiber təhlükəsizlik sahəsindəki qərarların onun işinin səmərəliliyinə necə təsir etdiyini hiss edə biləcəklər.

Şöbələr qarşısında fərqli KPI (əsas performans göstəriciləri) və prioritetlərdayandığından, onlar şirkətdəki digər şöbələrin spesifik tələblərini və rollarını həmişə yaxşı başa düşmürlər. Bu büdcə təsdiqlənməsində gecikmələrə və ya hətta bəzi xərclərin ixtisarına səbəb ola bilər. Məsələn, Kaspersky-nin sorğusunda iştirak edən respondentlərin 34%-i düşünür ki, sənaye mühitini qorumaq üçün həllərin tətbiqinə əsas maneələr istehsalın dayandırıla bilməməsidir, bürokratiya, o cümlədən, çox uzun təsdiqləmə prosesi (31%) və qərar qəbulu üçün çox sayda insanın məsuliyyət daşımasına görə yaranan gecikmələr (% 23) də göstərilən səbəblər arasındadır.

Kaspersky Interactive Protection Simulation oyunun VR-formatından ekran görüntüləri Oyunun bütün iştirakçıları paralel yoxlamadan keçən bir neçə komandaya bölünür.

Hamısı elektrik stansiyasının informasiya təhlükəsizliyi şöbəsinin işçiləri kimi yenidən canlandırılır. VR eynəyi taxaraq oyunçular müəssisənin modelini və öz komanda üzvlərini qrafik avatarlar şəklində gördükləri idarəetmə mərkəzinə daxil olurlar, pəncərədən isə xidmət binaları və elektrik stansiyasının xidmət göstərdiyi şəhər görünür.

Onların qarşısına qoyulan əsas tapşırıq müəssisənin problemsiz fəaliyyət göstərməsinə və gəlir əldə etməsinə, habelə, oyun zamanı baş verən kiber hadisələrə cavab verilməsinə imkan yaradacaq bir informasiya təhlükəsizliyi strategiyası hazırlamaq və həyata keçirməkdir. Bunu etmək üçün, iştirakçılar proaktiv və reaktiv tədbirləri olan kartlar seçirlər - məsələn, informasiya təhlükəsizliyi auditi aparmaq, son cihazların qorunması üçün həll almaq və ya qaydasında getməyən bir şey olduqda, bu barədə ictimaiyyətə məlumat vermək. Komandanın hər bir fəaliyyəti müəssisənin gəlirliliyinə və kiber təhdidlərdən qorunma səviyyəsinə, habelə süjet xəttinin inkişafına təsir göstərir. Hər gedişdən sonra aparıcı komandaları nəticələrlə tanış edir. Oyunun sonunda maksimum gəlir əldə edən komanda qalib gəlir. Strategiya yaxşı işlənməyibsə, oyunçular bunu öz gözləri ilə görə bilirlər. Məsələn, korporativ infrastrukturdakı açıq zəifliklər təcavüzkarlar tərəfindən avadanlıqlara zərər vermək və şəhərin enerji təchizatını dayandırmaq və ya təmizlənmə filtrlərinə zərər vermək, bununla da havanı çirkləndirmək üçün istifadə edilə bilər.

“Pandemiya zamanı Kaspersky Interactive Protection Simulation oyununu onlayn keçirməyə qərar verdik. Uğurlu oldu, amma bu formatda iştirakçılar komanda üzvlərini və ya oyun kartlarını görə bilmirdilər. VR formatı sayəsində oyunçular artıq
müəssisədəki partlayış səsini eşitməklə yanaşı, həm də pəncərəyə qədər gedib onu görə bilirlər. Bu yanaşma təlimin effektivliyini artırır,” deyə Kaspersky-nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov bildirib.

Kaspersky Interactive Protection Simulation oyunu ən müasir təlim texnikalarını şirkətin geniş kiber təhlükəsizlik təcrübəsi ilə birləşdirən Kaspersky Security Awareness - kiber təhlükə barədə məlumatlılığı artıran proqramının tərkib hissəsidir.
Oyun haqqında daha ətraflı buradan öyrənə bilərsiniz: https://www.kaspersky.ru/blog/vr-interactive-simulation/30938/.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kaspersky və Fnatic əməkdaşlığa başlayır

Kaspersky və Fnatic əməkdaşlığa başlayır

02-07-2021
Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

18-06-2020
Kaspersky FIDE Online Arena oyun platformasının kiber təhlükəsizliyini təmin edəcək

Kaspersky FIDE Online Arena oyun platformasının kiber təhlükəsizliyini təmin edəcək

22-06-2020
Kaspersky: Əməkdaşlar öz kiber təhlükəsizlik biliklərini yüksək qiymətləndirir

Kaspersky: Əməkdaşlar öz kiber təhlükəsizlik biliklərini yüksək qiymətləndirir

25-09-2020
“Kaspersky Anti-Cheat” startapı təqdim edilib

“Kaspersky Anti-Cheat” startapı təqdim edilib

20-09-2019
Kaspersky: Dünyadakı işçilərin əksəriyyəti təhlükəsiz işləmək barədə tövsiyə almayıb

Kaspersky: Dünyadakı işçilərin əksəriyyəti təhlükəsiz işləmək barədə tövsiyə almayıb

05-06-2020
Kaspersky yeni təlim proqramına start verir

Kaspersky yeni təlim proqramına start verir

21-05-2020
Kaspersky: sənayedə ağıllı cihazların yayılması kiber müdafiəyə yanaşmanı dəyişəcək

Kaspersky: sənayedə ağıllı cihazların yayılması kiber müdafiəyə yanaşmanı dəyişəcək

24-12-2020
Kaspersky yeni əməkdaşlıq proqramına başlayır

Kaspersky yeni əməkdaşlıq proqramına başlayır

27-08-2020
Kaspersky inteqrasiya edilmiş həll təqdim edib

Kaspersky inteqrasiya edilmiş həll təqdim edib

09-07-2020
Menecerlər və İT mtəxəssislər arasında anlaşmazlıq nəyə səbəb olur?

Menecerlər və İT mtəxəssislər arasında anlaşmazlıq nəyə səbəb olur?

19-01-2023
“Kasperskykorporativ kiber təhlükəsizlik üçün yeni - mərhələli yanaşmaq tətbiq edir”

“Kasperskykorporativ kiber təhlükəsizlik üçün yeni - mərhələli yanaşmaq tətbiq edir”

02-04-2021
Kaspersky: İşçilərinin şəxsi məlumatlarının sızdığı şirkətlərin əksəriyyəti açıqlama verib

Kaspersky: İşçilərinin şəxsi məlumatlarının sızdığı şirkətlərin əksəriyyəti açıqlama verib

12-01-2022
Kaspersky 2021-ci il üçün korporativ təhlükəsizlik trendləri haqqında danışır

Kaspersky 2021-ci il üçün korporativ təhlükəsizlik trendləri haqqında danışır

29-01-2021
Kaspersky distant iş rejiminin əməkdaşlara təsirini araşdırıb

Kaspersky distant iş rejiminin əməkdaşlara təsirini araşdırıb

03-11-2021
Kaspersky yenidən son cihazların müdafiəsi üçün ən yaxşı həll istehsalçılarından biridir

Kaspersky yenidən son cihazların müdafiəsi üçün ən yaxşı həll istehsalçılarından biridir

22-06-2022
Sənaye şirkətlərinin bəziləri kiber hücumları gizli saxlayır

Sənaye şirkətlərinin bəziləri kiber hücumları gizli saxlayır

22-11-2019
Kaspersky Threat Intelligence-ə iki yeni xidmət əlavə edib

Kaspersky Threat Intelligence-ə iki yeni xidmət əlavə edib

15-05-2020
Kiber insidentlər nəticəsində böyük şirkətlər 1.4 milyon ABŞ dollar itirib

Kiber insidentlər nəticəsində böyük şirkətlər 1.4 milyon ABŞ dollar itirib

13-10-2021
Sənaye müəssisəsi Kasperky həlli sayəsində 1.7 milyon ABŞ dollarına qənaət edib

Sənaye müəssisəsi Kasperky həlli sayəsində 1.7 milyon ABŞ dollarına qənaət edib

12-07-2021
Kaspersky tanınmış oyunlarda zərərli proqram aşkarlayıb

Kaspersky tanınmış oyunlarda zərərli proqram aşkarlayıb

28-09-2021
Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

01-08-2019
Kaspersky ev istifadəçilərini kiber təhdidlərdən effektiv şəkildə qoruyur

Kaspersky ev istifadəçilərini kiber təhdidlərdən effektiv şəkildə qoruyur

10-01-2020
“Kaspersky zərərli hədəf hücumlarına qarşı əks-mühəndislik tədbirləri üzrə onlayn kurs təqdim edir…”

“Kaspersky zərərli hədəf hücumlarına qarşı əks-mühəndislik tədbirləri üzrə onlayn kurs təqdim edir…”

19-04-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə