Previous Next
Bağla

Azərbaycanda uşaqların təxminən üçdə biri hər gün video oyun oynayır

19-05-2020 09:25
Azərbaycanda uşaqların təxminən üçdə biri hər gün video oyun oynayır

Xeberler.az bildirir ki, Azərbaycanda uşaqların demək olar ki, üçdə biri (32%) video oyunlara gündə bir və ya iki saat vaxt sərf edir. Ölkədəki digər 6% gənc istifadəçi isə bu fəaliyyətə o qədər çox vaxt ayırır ki, məktəb fəaliyyətlərindən geri qalmaq problem yaşayır. Eyni zamanda, uşaqların üçdə biri ümumiyyətlə video oyun oynamır. Bunlar, 2019-cu ilin sonunda Kaspersky tərəfindən Azərbaycanda aparılan bir araşdırmanın nəticələridir.
İndi, yəni pandemiya dövründə, uşaqlar məsafədən öyrənmə, həmyaşıdları ilə canlı ünsiyyətin və fiziki aktivliyin olmaması və s. səbəbindən ekran qarşısında daha çox vaxt keçirməyə başlayıblar. Çox vaxt, onlar sadəcə nə ilə məşğul olacaqlarını bilmirlər və vaxtı qadcetlərin köməyilə öldürürlər. Buna görə də indiki şəraitdə gənc istifadəçilər üçün İnternet asılılığı və digər psixoloji problemlərin yaranma riski var.

Hər bir valideyn yadda saxlamalıdır ki, ağılla seçilmiş oyun yox, kompüterdə keçirilən vaxta nəzarətin olmaması uşağa zərər verə bilər. Kompüter oyunları bir-birindən əhəmiyyətli dərəcədə fərqlidir və müxtəlif yaş dərəcələrinə uyğundur.
Məsələn, Kaspersky mütəxəssisləri axıcı süjetə malik kompüter oyunlarını digərlərindən ayırırlar. Onları tez-tez filmlər və hətta ədəbiyyatla müqayisə edirlər: oyunun gedişində uşaq gələcəkdə nəyin baş verəcəyini bilməkdə maraqlı olur və daim özünə yeni bir sərhəd qoyur - "yadda saxlama nöqtəsinə qədər," "bir sonrakı səviyyəyə qədər" və s. Bu cür oyunları başa çatdırmaq bir neçə saatdan bir neçə günə qədər davam edə bilər, onların əksəriyyəti çox populyardır və bütün dünyada pərəstişkarları var. Uşaqların onlayn təhlükəsizliyi üzrə mütəxəssislərin fikrincə, bu cür oyunlar uşaqların dünyagörüşünü genişləndirə və faydalı bir hobbi kimi çıxış edə bilər.

Eyni zamanda, uşaqları daha çox cəlb edə biləcək çoxsaylı onlayn oyunlar var, çünki
onlarda, öz fərdi oyunu ilə yanaşı, uşaq həm də sosiallaşma - digər oyunçularla ünsiyyət də əldə edir. Uşaqda hətta bir maraq qrupu da meydana çıxa bilər. Kaspersky-nin tədqiqatına əsasən, Azərbaycanda uşaqların 42% -i onlayn multipleyer oyunu oynayır, belə ki, daha yüksək göstərici 15-18 yaşlı yeniyetmələr arasındadır (59%). İstənilən şəbəkələşmiş dünyada sosial bir aspekt yaranır və bu cür oyunlar da istisna deyil. Ancaq uşağa oyun dünyasının gerçək dünyanı əvəz edə bilməyəcəyini çatdırmaq lazımdır. Bundan əlavə, valideynlər qızının və ya oğlunun sevdiyi hər hansı bir oyunun yaş həddinə diqqət yetirməlidirlər.

“Kompüter oyunları ilə bağlı çoxlu mənfi fikirlər var və onlar qismən həqiqət ola bilər. Məsələn, daxili alış-veriş sisteminin tətbiq olunduğu oyunların sayı hər gün daha da çoxalır. Oyun valyutası və ya digər resursları əldə etmək üçün uşaqlar valideynlərinin gerçək pullarını xərcləyə bilərlər. Məlum olan bəzi hallarda heç nədən şübhələnməyən uşaq külli miqdarda pul xərcləyib, nəticədə isə həmin pullar böyüklərin kart hesabından çıxılıb," deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov deyib. "Hər cür mümkün riskləri minimuma endirmək üçün, valideynlərin övladlarının oynadıqları oyunlar ilə maraqlanmaları və oyun seçimində fəal iştirak etmələri vacibdir - janrlara, yaş reytinqinə və tətbiqdə satınalmaların olmasına diqqət yetirilməlidir. Həmçinin, gənc istifadəçilərin kompüterə sərf etdikləri vaxta nəzarət etmək və sadəcə uşaqlarla daha çox ünsiyyət qurmaq lazımdır."

Kaspersky mütəxəssisləri, böyüklərə uşaqlarla etibarlı əlaqələr qurmağı, İnternet davranışları haqqında danışmağı və bu sahədəki maraq və problemlər haqqında bilməyi məsləhət görürlər. Kaspersky Safe Kids həllinin köməyi ilə istənməyən məzmundan və digər İnternet təhlükələrindən qorunmaq olar. Bu məhsul bir çox aktual kiber təhdidləri tanıyır və bloklayır, uyğun olmayan məzmunu süzgəcdən keçirir və potensial təhlükəli yadlarla onlayn əlaqələrin qarşısını alır. Bundan əlavə, bu həllin köməyilə valideynlər uşağın paylaşımlarından və sosial şəbəkələrdəki dostlar siyahısındakı dəyişikliklərdən xəbərdar ola, həqiqi vaxt rejimində onların yerini öyrənə bilərlər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kaspersky: valideynlər uşaqları ilə internet təhlükəsizliyi qaydalarını müzakirə edib

20-02-2020

Kaspersky: Valideynlərin dörddə biri yeni doğulmuş körpələrə qadjet verir

17-01-2020

“Kaspersky” "Təhlükəsiz internet" mövzusunda seminar keçirib

06-03-2020

Kaspersky Lab uşaqların internet maraqlarını  araşdırıb

13-09-2019

Uşaqların narkotik saytlara marağı artıb- Reytinq cədvəli

02-06-2017

Şəbəkə uşaq oyuncağı deyil: uşağı internetdə necə qorumalı

26-08-2022

Kaspersky Lab Azərbaycanda Yeni il tətilində uşaqların internetdə nə axtardıqlarını müəyyənləşdirib

04-02-2019

Şagirdləri internetdə zərərli məlumatlardan necə qorumaq olar?

15-09-2016

Kaspersky Lab şirkəti uşaqların bu yay nə ilə maraqlandıqlarını araşdırıb

03-09-2018

Texnologiyaların uşaqlara təsiri

07-04-2015

Kaspersky: Valideynlər internetdən istifadədə özlərinə nəzarət etmir

24-10-2019

Valideynlər uşaqlarının hansı videolara baxdıqlarını izləyə biləcəklər

01-06-2022

İnternet oyunları uşaqlar üçün təhlükə mənbəyidir

05-08-2019

Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

18-06-2020

Kaspersky 2021-ci ilin payızında uşaqların hansı internet məzmunla maraqlandığını araşdırıb

14-01-2022

Psixoloq: Valideynlər uşaqların mobil cihazlardan istifadəsinə məhdudiyyət qoymalıdır

19-03-2020

“Valideynlər övladını kibertəhlükədən qorumur”

15-11-2016

Azərbaycanlı uşaqlar ən çox əyləncəli multimedianı seçir

04-06-2019

Kaspersky Lab uşaqlar üçün yeni xidmət istifadəyə verib

29-07-2016

Kaspersky və Fnatic əməkdaşlığa başlayır

02-07-2021

Bir milyon istifadəçi video oyun əvəzinə təhdid təhlükəsi ilə üzləşib

20-06-2019

Təhlükəsiz İnternet Günü: internetdə təhlükəsiz fəaliyyət üçün onlayn oyun

10-02-2010

Sosial mediada uşaqları təhlükələrdən necə qorumalı?

20-02-2017

Ekspert: “Roblox” və “Mavi Balina” kimi oyunlarda real təhlükə var

04-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə