Previous Next
Bağla

Şəbəkə uşaq oyuncağı deyil: uşağı internetdə necə qorumalı

26-08-2022 13:50
Şəbəkə uşaq oyuncağı deyil: uşağı internetdə necə qorumalı

Dərs ilinin başlanmasına çox az vaxt qalıb və uşaqlar istirahət günlərinin dadını çıxarmağa davam edirlər. Tətil günləri uşaqların adi vaxtlara nisbətən daha tez-tez öz başına buraxıldığı, asudə vaxtlarını çox vaxt kompüter və qadcetlərə ayrıldığı dövrdür. Valideynlərdə uşaqla necə əlaqədə qalmaq, virtual aləmdə onun təhlükəsizliyini necə təmin etmək, uzaqdan əlaqə saxlamaqla sosial şəbəkələrdəki təhlükəli qrupların və təhlükəli məzmun yüklənməsinin qarşısını necə almaq kimi suallar yarana bilər.

Xeberler.az bildirir ki, tam yerinə düşən nümunə video oyunlardır. Belə ki, proqnozlara görə, 2025-ci ilə qədər kompyuter oyunları bazarının həcmi 256.97 milyard dollara çatacaq. Planetin hər üçüncü sakini bu oyunları oynayır və qeymerlərin böyük əksəriyyətini uşaqlar təşkil edir. Bu sahədə əsas təhlükələrdən biri uşaqların valideynlərinin bank kartları vasitəsilə oyun predmetləri üçün real ödəniş etdikləri hesablarının sındırılmasıdır. Təcavüzkarlar ələ keçirilmiş hesabın və ya ondakı oyun predmetlərinin satışından qazanc əldə edə bilirlər.

“Uşağa elektron cihazlar alarkən, valideynin ilk düşündüyü məqam cihazı necə qoruya biləcəyidir. Uşaqları potensial təhlükələrdən müdafiə etmək üçün ən azı onların cihazlarında antivirus mühafizəsi quraşdırmalı və maksimum dərəcədə övladınızla Kaspersky Safe Kids kimi valideyn nəzarəti proqramını quraşdırmaq imkanını müzakirə etməlisiniz. Uşağa bunun onun virtual məkanda təhlükəsizliyini necə təmin edəcəyini izah edin. Eyni zamanda, uşağın məxfiliyini pozmamaq və həlli təyinatı üzrə istifadə etmək vacibdir: uyğun olmayan məzmunu bloklamaq, cihazdan istifadə müddətini məhdudlaşdırmaq və zəruri hallarda GPS-dən istifadə edərək uşaqların yerini izləmək. Bu mövzuda bir çox faydalı məlumatları, xüsusilə “Şifrəni dəyiş! Şəbəkədəki uşaqlar haqqında” podkastının son epizodundan öyrənə bilərsiniz”, - deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirir.

“Texniki həllərə uşaqlarla ünsiyyəti də əlavə etmək çox vacibdir. Onlarla onlayn təhlükəsizlik haqqında danışın. Ehtiyatlı olun və rəqəmsal təhlükəsizlik bacarıqlarınızı onlarla birlikdə təkmilləşdirin. Onlara heç vaxt yad insanlarla ünsiyyət qurmamağı, şəxsi məlumatı heç vaxt açıq şəkildə paylaşmamağı, dərc etməzdən əvvəl hər hansı materialla ehtiyatlı davranmağı, yeni hesablar yaradan zaman təhlükəsiz şifrələrdən istifadə etməyi, tanış olmayan saytlara ehtiyatla daxil olmağı, oraya heç vaxt hesab məlumatları və digər şəxsi məlumatları daxil etməməyi öyrədin”, - deyə “Stop Uqroza” uşaqlar və valideynlər üçün təhlükəsizlik məktəbinin direktoru və baş təlimçisi Nigar Əliyeva əlavə edir.

Uşağın onlayn vaxtını daha təhlükəsiz etməyə kömək etmək üçün valideynlərə bəzi tövsiyələr:

  • Uşağınızı internetlə baş-başa buraxmayın, xüsusən əgər o, şəbəkədən istifadə etməyi yenicə öyrənirsə. Ona qanuni təhlükəsiz saytlarını ziyarət etməyi öyrədin, təhlükələrin harada gizlənə biləcəyini və onların qarşısını necə alaca biləcəyini göstərin;
  • Şəbəkədə ünvan, telefon nömrəsi, pasport və ya bank kartı rekvizitlərini, həmçinin təhsil və ya sevimli istirahət yerini qeyd etməyə ehtiyac olmadığını izah edin;
  • Övladınıza internetdə yad şəxslərə qarşı ehtiyatlı olmağı və heç vaxt özü və ya valideynləri haqqında şəxsi və ya maliyyə məlumatlarını açıqlamamağı öyrədin;
  • Zərərli məzmunu süzgəcdən keçirəcək müasir proqramlarla uşaqların fəaliyyətinə nəzarət edin;
  • İzah edin ki, şübhəli mənbələrdən proqramlar yükləmək olmaz, xüsusilə əgər adətən pulla satılan bir şeyi onlara pulsuz təklif edirlərsə.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Kaspersky” "Təhlükəsiz internet" mövzusunda seminar keçirib

06-03-2020

Kaspersky: valideynlər uşaqları ilə internet təhlükəsizliyi qaydalarını müzakirə edib

20-02-2020

“Valideynlər övladını kibertəhlükədən qorumur”

15-11-2016

Valideynlər uşaqlarının hansı videolara baxdıqlarını izləyə biləcəklər

01-06-2022

Uşaqların internet təhlükəsizliyini necə təmin etməliyik?

01-06-2016

Kaspersky 2021-ci ilin payızında uşaqların hansı internet məzmunla maraqlandığını araşdırıb

14-01-2022

Kaspersk Azərbacanda uşaqların əsasən hansı saytlara girdikləri araşdırıb

08-09-2021

Kaspersky: Valideynlərin dörddə biri yeni doğulmuş körpələrə qadjet verir

17-01-2020

Azərbaycanda uşaqların təxminən üçdə biri hər gün video oyun oynayır

19-05-2020

Kaspersky Lab Azərbaycanda Yeni il tətilində uşaqların internetdə nə axtardıqlarını müəyyənləşdirib

04-02-2019

Kaspersky internet məlumatları ilə davtanış qaydalarını açıqlayıb

29-01-2022

Sosial mediada uşaqları təhlükələrdən necə qorumalı?

20-02-2017

Kaspersky: Valideynlər internetdən istifadədə özlərinə nəzarət etmir

24-10-2019

Uşaqları internetdəki təhlükələrdən necə qorumalı?

01-02-2017

Kaspersky və Skill Cup uşaqların onlayn təhlükəsizliyi üzrə mobil kursa başlayıb

30-06-2021

Təcavüzkarlar onlayn tanışlıq xidmətlərindən necə sui-istifadə edirlər?

14-02-2023

Kaspersky Lab uşaqlar üçün yeni xidmət istifadəyə verib

29-07-2016

Şagirdləri internetdə zərərli məlumatlardan necə qorumaq olar?

15-09-2016

Rəqəmsal məkanda şəxsi məlumatları və pulları necə qoruyaq?

07-02-2023

Rəqəmsal dünyada uşaqları necə qoruyaq?

16-11-2022

Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

25-10-2021

Kaspersky-in nümayəndəsi: Kiber təhlükəsizliyin tam təmin edilməsinə dair fərdi həllər təklif edirik

29-04-2020

Android telefonlarda təhlükəsizliyi necə qorumalı?

19-08-2015

Uşaqların narkotik saytlara marağı artıb- Reytinq cədvəli

02-06-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə