Previous Next
Bağla

Ölkəmiz kompüter oyunları üzrə dünya çempionatında təmsil olunacaq

15-07-2016 12:35
Ölkəmiz kompüter oyunları üzrə dünya çempionatında təmsil olunacaq

Oktyabrın 6-9-da Cakartada (İndoneziya) kompüter oyunları üzrə VIII Dünya çempionatı (The 8-th e-Sports World Championship Jakarta 2016) keçiriləcək.

Birinci qeydiyyat mərhələsi artıq başa çatıb və 37 ölkədən 479 müraciət qeydə alınıb. Onun 207-si 15 Asiya, 169-u - 14 Avropa, 39-u - 3 Amerika, 23-ü - 2 Okeaniya və 41-i - 3 Afrika ölkəsindəndir.

Otuz dörd federasiya “League of Legends”, 30-u - “Counter-Strike: Global Offensive”, 35-i -  “Hearthstone” üzrə turnirdə iştirak üçün müraciət edib. 

Yekun müraciətlərin müəyyən olunacağı ikinci qeydiyyat mərhələsi iyulun 1-dən sentyabrın 4-dək davam edəcək. Bu müddət ərzində iştirakçı federasiyalar milli seçim turniri keçirir və milli yığmanı formalaşdırırlar.
 
Xeberler.az bildirir ki, Azərbaycan Kiberidman Federasiyasından verilən məlumata görə, Federasiya bütün 3 rəsmi növ üzrə iştirak üçün müraciət edib. Hazırda iştirakçıların qeydiyyatı aparılır. Qeydiyyat barədə ətraflı məlumatı federasiyanın rəsmi Facebook səhifəsindən əldə etmək olar.
 
Xatırladaq ki, 2014-cü ildə Azərbaycanda kompüter oyunları üzrə VI Dünya çempionatı (The 6-th e-Sports World Championship Baku 2014) keçirilib. Çempionatda 6 oyun növü üzrə 30 ölkənin nümayəndəsi iştirak edib.
 
Beynəlxalq Kiberidman Federasiyasının (IeSF) versiyası üzrə Dünya çempionatı milli yığma komandaların iştirak etdiyi yeganə turnirdir. Bu il çempionat TAFISA World Games yarışması ilə birlikdə eyni meydançada keçiriləcək. Turnirin keçirilməsi zamanı IeSF həqiqi dəyərləri nümayiş etdirərək kiberidmanın gənc nəslə özünü ən yaxşı tərəfdən göstərməyə imkan verməklə idmanın tərkib hissəsi olmasını göstərəcək. Böyük idmanın tərkib hissəsinə çevrilmə “SportAccord” təşkilatı və Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınma üçün əhəmiyyət kəsb edəcək. 

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kiber idman üzrə Avropa çempionatı keçiriləcək

03-03-2022

KATV1 Çempionat iştirakçılarını genişzolaqlı internetlə təmin edəcək

01-09-2016

Azərbaycanda populyar kompüter oyunları üzrə onlayn çempionat keçiriləcək

12-08-2020

ABB “2025 WMF Dünya Kuboku”nun tərəfdaşıdır!

21-05-2025

Kiberidmançılar Asiya oyunlarında iştirak edəcək

21-04-2017

Azərbaycanın ən yaxşı kompüter oyunçuları açıqlandı

29-06-2011

Hər gün 500 milyondan çox sakin kompüter oyunu oynayır

01-05-2015

Kiberidman üzrə çempionatın milli seçim turu başa çatıb

10-08-2015

Bakıda futbol üzrə kiber çempionat keçiriləcək

12-04-2019

Azərbaycanda ilk dəfə beynəlxalq İnnovasiyalar həftəsi keçiriləcək

26-09-2018

ABB-nin tərəfdaşlığı ilə “Startup World Cup” yarışması keçirildi!

20-09-2024

Azərbaycan ITU Telecom World 2015-də təmsil olunacaq

17-08-2015

Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadasının seçim imtahanının I mərhələsi başlanır

06-04-2026

Sosial şəbəkələrə qadağa aradan qaldırılır

21-08-2015

Kompüter Oyunları üzrə VIII Azərbaycan Milli Çempionatı başa çatır

30-08-2013

İnternetdə də qrossmeyster olmaq mümkündür

25-12-2015

“Startup World Cup” tədbiri Azercell-in tərəfdaşlığı ilə baş tutacaq

17-09-2024

Beynəlxalq İT müsabiqəsinə qeydiyyat başlayıb

07-07-2016

20 min dollar qazanmaq imkanı-Golden Byte

07-02-2018

“Rocket League” üzrə Avropa çempionatına qeydiyyat başa çatıb

06-04-2022

“Rocket League” Avropa çempionatına qeydiyyat davam edir

15-03-2022

Azercell müştəriləri arasında I Futbol Turniri elan edir

12-09-2017

BMU-nun 4 komandası Dünya Robototexnika Çempionatının finalına vəsiqə qazanıb

09-04-2025

Yayın sonunda ən çox satılan kompüter oyunları

12-09-2008





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə