“Facebook ailəsi” artmaqda davam edir

24-07-2009 / 16:09

Hesablamalara görə, 2008-ci ilin avqustunda Facebookun aylıq 100 milyon aktiv istifadəçisi olub.

Xeberler.az bildirir ki, insanların Facebook-a olan marağı artmaqda davam edir və cari ilim 7 ayı ərzində istifadəçi sayı ötən iliknə nisbətən 2 dəfə artıb.

2009-cu ilin aprel ayında bu ictimai və sosial şəbəkənin istifadəçi sayı artıq 200 milyon idi. Hal-hazırda isə Facebook-un istifadəçi sayı 250 milyona çatıb.

Facebook rəsmilərindən biri Mark Zuckerberg qeyd edib ki, “Bizim üçün 250 milyon rəqəmi heç də təsiredici gücə malik deyil. Bu bütün istifadəçilərimizin fərdi əlaqələrinin sayının bir göstəricisidir. Dünyanın hər yerində milyardlarla insanla əlaqə qurmaq üçün Facebookun qarşısında hələ uzun bir yol var”.

2009-cu ilin sonunadək Facebook əhalisinin 300 milyona çatacağı gözlənilir. İnsanlar get-gedə Facebook-da daha çox vaxt keçirirlər.

İyun ayında aparılmış araşdırmalara əsasən, bir amerikalı günboyu ortalama 4 saat 39 dəqiqəni Facebook-a sərf edir.

Facebook-un artan istifadəçi sayı xərcləri də artırır. Reklam gəlirlərindəki artım Facebook-un xərclərini belə ödəmir. Qazanc xərclənəndən çox az olduğuna görə, Facebook iqtsadi risklə üzləşə bilər. Hələ ki bu risk səhmləri alan müəyyən firmalar tərəfindən qorunur.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə