Facebook qeydiyyat üçün sənəd tələb edəcək

17-12-2014 / 11:18

Facebook  saxta profilləri aşkarladıqda heç bir xəbərdarlıq etmədən bağlayacaq

Xeberler.az ensonhaber-e istinadən xəbər verir ki, Bu halda Facebook hesabına girərkən belə yazı çıxacaq: “Facebook hesabınızdakı adın gerçək olmadığı aydın olur. Dostlarının kiminlə ünsiyyət qurduğunu öyrənmək üçün hər kəsə real həyatdakı adlarını istifadə etməyi təklif edirik (It looks like the name on your Facebook account may not be your authentic name. We ask everyone to use the name they go by in real life so friends know who they'RE connecting with)”.

Bu yazının altında isə şəxsiyyət, sürücülük vəsiqəsinin surətinin yüklənilməsi tələb ediləcək və Facebook komandasının “şəxsiyyətinizin doğruluğuna inandıqdan sonra” hesabın geri verəcəyi bildiriləcək.

İşlərini və ya xarici ölkələrlə  əlaqələrini Facebook vasitəsilə idarə edən və öz adını istifadə etdiyi halda soyadını istifadə etmək istəməyən istifadəçilər, hesablarının bağlanması ilə bərabər əlavə çətinliklə qarşılaşacaq. Üstəlik şəxsiyyət kimi vacib sənədin  tələb edilməsi şəxsiyyət və gizlilik hüquqlarına ziddir.

Facebook şəxsiyyət məlumatların təhlükəsiz qorunduğunu açıqlasa da, buna tam zəmanət yoxdur. Üstəlik istifadəçi şəxsiyyətinin fotoşəkilini çəkib yollasa belə, uzun  müddət hesabı açılmaya bilər. Bu da vacib ünsiyyət kanallarına Facebook hesabı vasitəsilə çatan şəxsləri olduqca çətin vəziyyətdə qoyacaq. 

Əfsanə Şərif


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.